27.4.09

“Təhsil Könüllüləri” layihəsi



“Təhsil Könüllüləri” layihəsinin əsas məqsədi Bakı və region gənclərini könüllülük, təhsilin vacibliyi, təhsildə olan neqativ hallara qarşı mübarizə, regionlardan şəhərə gələn gənclərin qarşılaşa biləcəkləri problemlərin həlli yolları, demokratiya, demokratik mədəniyyət,  demokratik vətəndaşlıq sahəsində maarifləndirmək və onların gələcək fəaliyyətini təmin etmək üçün şəbəkələrini yaratmaqdır. Layihə regionlarda icra olunur. Təlimçilərdən və təşkilatçılardan ibarət xüsusi qrup və könüllü paytaxt gəncləri seçilmiş regiona səfər edərək mədəni inteqrasiya istiqamətində tədbir və görüşlər təşkil edilir.

Bu günə qədər “Təhsil Könüllüləri” layihəsi çərçivəsində aşağıdakı işlər görülmüşdür.
  • 19 iyul 2005-ci ildə Gəncə Təhsil Məlumat Mərkəzində (Soros) Təhsil Könüllüləri layihəsinin təqdimatı və ilk seminarı olub. Bu seminar yerli  «Alternativ» telekanalı və mətbuat tərəfindən geniş işıqlandırılıb.
  • 2-4 avqust 2005-ci ildə 10 Təhsil Könüllüsü Qax rayonunda 2 günlük seminar-treninq təşkil edib.
  • 29-30 avqust 2005-ci ildə Təhsil Könüllüləri layihəsi çərçivəsində  Dalğa GH-nin 10 üzvü Gəncə, Samux, Xanlar və Şəmkirdə seminar-treninqlər təşkil edib.
  • 24-27  iyul 2006-ci ildə Təhsil Könüllüləri layihəsi çərçivəsində Gəncə şəhərinə səfər edilib. Səfərin ilk günü Açıq Cəmiyyət İnstitutunun yerli ofisində region gənclərinin iştirakı ilə seminar keçirilib. Səfərin ikinci günündə Milli Demokratiya İnstitutunun (NDİ) regional ofisində liderlik mövzüsunda seminar-treyninq keçirilib.
  • 27 avqust 2006-cı ildə Dalğa GH-nın  7 könüllüsü «Təhsil Könüllüləri» layihəsi çərçivəsində Bərdə şəhərinə səfər etmişdir. Onlar, Bərdə Şəhər Gənclər Mərkəzində 32 gəncin iştirakı ilə seminar keçirmişlər.
  • 6 sentyabr 2006-cı ildə Hərəkatın Bakıdan və Gəncədən olan 14 üzvü «Təhsil Könüllüləri» layihəsi çərçivəsində Qax rayonunda yerli gənclərlə görüş keçirib və gələcəkdə yerli ofisin yaradılması üçün hazırlıqlara başlanılıb.
  • 7 sentyabr  2006-cı ildə Zaqatalada səfərdə olan «Təhsil Könüllüləri» 52 gəncin iştirakı ilə Zaqatala Mədəniyyət evində seminar-treyninq təşkil edib.
  • 7 sentyabr 2006-cı ildə Hərəkatın 2 üzvü Balakənə gedərək, orada gələcəkdə seminar-treyninqin təşkil olunması üçün hazırlıq işləri görüb.
  • 13-14 oktyabr 2007-ci ildə 8 “Təhsil Könüllüsü” Lənkərana səfər etmişlər. Səfər zamanı regionun aktiv gəncləri ilə və Lənkəran Dövlət Universitetinin tələbələri ilə görüş keçirən Könüllülər Dalğa Gənclər Hərəkatının regional ofisini yaratmaq qərarına gəlmişlər (bu sayca Gəncədən sonra Hərəkatın 2-ci regional ofisidir).

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.