7.3.10

ADR-də Azərbaycan Hökümətlərinin Tərkibi


I KABİNƏ : 28.05.1918 - 17.06.1918
  1. Nazirlər Şurasının sədri və Daxili İşlər naziri - Fətəli Xan  Xoyski
  2. Hərbi nazir -X.Sultanov
  3. Xarici  İşlər naziri - M.H.Hacınski
  4. Maliyyə və Xalq Maarifi  naziri - N. Yusifbəyli
  5. Ədliyyə Naziri - X.Xasməmmədov
  6. Ticarət və sənaye naziri - M.Y.Cəfərov
  7. Əkinçilik və Sənaye naziri - Ə.Şeyxulislamzadə
  8. Yollar və Poçt Teleqraf naziri - X.Məlikaslanov
  9. Dövlət Müfəttişi - C.Hacınski
II KABİNƏ : 17.06.1918 - 07.12.1918
  1. Nazirlər Şurasının sədri və Ədliyyə naziri - Fətəli Xan  Xoyski
  2. Daxili İşlər naziri -B.Cavanşir
  3. Xarici  İşlər naziri - M.H.Hacınski
  4. Xalq Maarifi və Dini Etiqad naziri - N. Yusifbəyli
  5. Maliyyə Naziri - Ə.Əmircanov
  6. Ticarət və sənaye naziri - A.Aşurov
  7. Əkinçilik naziri - X.Sultanov
  8. Yollar naziri - X.Məlikaslanov
  9. Səhiyyə və Sosial  Təminat naziri - X.Rəfibəyov
  10. Portfelsiz Nazir - Əli Mərdan bəy Topçubaşov
  11. Portfelsiz Nazir -X.Xasməmmədov
  12. Portfelsiz Nazir - M.Rəfiyev
1918 ci il 6 Oktyabr tarixli kabinə daxili
dəyişiklikdən sonra
  1. Nazirlər Şurasının sədri - Fətəli Xan  Xoyski
  2. Ticarət ,Sənaye və Daxili İşlər naziri -B.Cavanşir
  3. Xarici  İşlər naziri -Əli Mərdan bəy Topçubaşov
  4. Xalq Maarifi - N. Yusifbəyli
  5. Maliyyə Naziri - M.H.Hacınski
  6. Poçt və Teleqraf naziri - A.Aşurov
  7. Əkinçilik naziri - X.Sultanov
  8. Yollar naziri - X.Məlikaslanov
  9. Xalq Səhiyyə naziri - X.Rəfibəyov
  10. Sosial Təminat və Dini Etiqad naziri - M.Rəfiyev
  11. Dövlət Müfəttişi- Ə.Əmircanov
III KABİNƏ : 26.12.1918 - 14.03.1919
  1. Nazirlər Şurasının sədri və Xarici  İşlər  - Fətəli Xan  Xoyski
  2. Daxili İşlər naziri -X.Xasməmmədov
  3. Maliyyə Naziri - İ.Protasov
  4. Yollar naziri - X.Məlikaslanov
  5. Ədliyyə naziri -T.Makinski
  6. Xalq Maarifi və Dini Etiqad naziri - N. Yusifbəyli
  7. Poçt - Teleqraf  və Əmək naziri - A.Səfikürdski
  8. Hərbi nazir - S.Mehmandarov
  9. Xalq Səhiyyə naziri - Y.Gindes
  10. Ticarət  və Sənaye naziri - M.Əsədullayev
  11. Dövlət Müfəttişi- H.Hacınski
  12. Ərzaq naziri   - K.Lizqar
  13. Əkinçilik naziri - X.Sultanov
IV KABİNƏ : 14.03.1919 - 22.12.1919
  1. Nazirlər Şurasının sədri və Daxili  İşlər  - N.Yusifbəyli
  2. Maliyyə Naziri - Ə.Həsənov
  3. Ticarət  və Sənaye naziri - A.Əminov
  4. Xarici  İşlər naziri - M.Y.Cəfərov
  5. Yollar naziri - X.Məlikaslanov
  6. Poçt - Teleqraf  və Əmək naziri - X.Hacınski
  7. Hərbi nazir - S.Mehmandarov
  8. Sosial  Təminat Naziri - V.Klenevski
  9. Səhiyyə naziri -A.Dastakov
  10. Xalq Maarifi və Dini Etiqad naziri - R.Kaplanov
  11. Əkinçilik naziri - A.Qardaşov
  12. Dövlət Müfəttişi- N.Nərimanbəyli
  13. Portfelsiz nazir   - X.Amaspür
  14. Ədliyyə və Əmək Naziri - A.Səfikürdski.
  15. Sonralar Daxili İşlər Naziri - X.Xasməmmədov
V KABİNƏ : 24.12.1919 - 30.03.1919
  1. Nazirlər Şurasının sədri   - N.Yusifbəyli
  2. Xarici  İşlər naziri - F.X.Xoyski
  3. Hərbi nazir - S.Mehmandarov
  4. Daxili İşlər Naziri - M.H.HAcınski (18.02.1920 cil ildən sonra M.Vəkilov)
  5. Ədliyyə naziri - X.Xasməmmədov
  6. Maliyyə Naziri - R.Kaplanov
  7. Maarif və Dini Etiqad naziri - H.Şaxtaxtinski (05.03.1920 cilidən sonra N.Şahsuvarov)
  8. Əmək və Əkinçilik  naziri  - Ə.Pepinov
  9. Yollar ,Ticarət , Sənaye,Ərzaq naziri -  X.Məlikaslanov (18.02.1920 cilildən sonra Ticarət , Sənaye,Ərzaq naziri - M.H.Hacınski )
  10. Poçt - Teleqraf  - X.Hacınski
  11. Sosial  Təminat və Səhiyyə naziri -M.Rəfiyev
  12. Dövlət Müfəttişi- H.Məmmədbəyov

Mənbə : Azərbaycan Cümhuriyyəti Hökümətinin qanun və bina güzarlığı məcmei, 15 Noyabr 1919, №1;Azərb.SSR OİMDA fond 894, siyahı 10 iş 87v 24..."Azərbaycan" qəzetinin müxtəlif nömrələri.
... Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mənedilən (qadağan edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında Dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabita və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı az zamanda oxutmaya başladı. Türkcəyi dövlətin dövlətin rəsmi dili elan etdi. Orta və Ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələri cavabdeh bir hökumət üsulu idarəsi yaratdı. Hakimiyyət, Millət Məclisinin əlində idi. Parlamentodan etimad almadıqca heç bir Hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı.
Məhəmməd Əmin Rəsulzadə

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.