1.12.05


Dalğa Gənclər Hərəkatının əsasnaməsinin 4-cü bəndinə əsasən:

4.      Rəsmi təqdimat atributları:

Dalğa Gənclər Hərəkatı (Dalğa GH) öz özəlliyini və ideoloji baxışını ehtiva etmək üçün rəsmi atributlara sahibdir. Bu atributlar Geniş Toplantı tərəfindən müəyyən olunur. Hərəkatın devizi, emblemi, himni, görüş forması, bayrağı, andı, web səhifəsi və bloqu vardır. Bunlarla yanaşı Geniş Toplantı, Hərəkat üzvlərinin sinerjisi və maarifləndirilməsi üçün simvolik canlı, simvolik meyvə, simvolik  filmlər, nümunəvi şəxsiyyətlər, simvolik  kitablar, simvolik musiqilər və  simvolik marşlar  müəyyənləşdirə bilər.


8.1. Dalğa GH-nın rəsmi atributları (deviz, emblem, görüş forması, bayraq, himn, and, rəsmi web səhifə, rəsmi bloq və rəsmi elektron poçtlar (e-mail)):



Ø Simvolik meyvə


Dalğa Gənclər Hərəkatının simvolik meyvəsi – Alma
ALMA sağlam gələcək deməkdir.

ALMA heç bir zərəri olmayan faydalı meyvədir. Dalğa Gənclər Hərəkatının (Dalğa GH) əsas məqsədi sağlam və xoşbəxt gələcək qurmaqdır. Bunun üçün insanları zərərli vərdişlərdən və insanlığa zidd düşüncələrdən qoruyaraq yeni nəslin formalaşması əsas şərtdir.

Dalğa Gənclər Hərəkatının Bayrağı:



Dalğa GH-nın bayrağı qırmızı və göy rənglərdən və ağ fonda hərəkatın loqosundan ibarətdir. Bayrağın böyük qismi qırmızı rəngdən ibarət olduğu üçün loqonun yerləşdiyi ağ fon qərmızı rəngin üzərindədir. Göy rəng bayrağın sağ hissəsində şaquli xətdən ibarətdir. Qırmızı və göy hərəkatın simvolik rəngləridir. Müvafiq olaraq dönməzlik və sivillik anlamı daşıyır.

Ø Devizimiz

Azad Fərd


Məsuliyyətli Vətəndaş


Bütöv Xalq Şüuru



Azad fərd:
 Cəmiyyətin azadlığı fərdlərin azadlığından keçir. Biz insan mərkəzçilik prinsipindən çıxış edərək hər şeyin insana xidmət etməsinin tərəfdarıyıq. Heç bir qüvvə fərdin azadlığını və xoşbəxtliyini onun yerinə müəyyənləşdirə bilməz. Azad fərd öz taleyini seçmək haqqına sahib olmalıdır. Yalnız insanlığa xidmət üçün qəbul edilmiş qanunlar fərdin azadlığının sərhədləri ola bilər. Azad fərdin düzgün qərar verməsi üçün çoxhəqiqətliliyin və alternativlərin olması vacibdir. Danılmazdır ki, azad seçimə malik fərd şəxsiyyət ola bilər. İnsanın özünüifadə formasını düzgün seçməsi onun bütöv şəxsiyyət kimi formalaşmasından asılıdır. Biz hər bir fərdin şəxsiyyət ola bilmə gücünə inanırıq və bunun üçün azadlığı əsas şərt hesab edirik.

Məsuliyyətli vətəndaş:
Cəmiyyətin inkişafına, dolaysı ilə insanın xoşbəxtliyinə xidmət edən elementləri formalaşdırmaq və artırmaq məsuliyyətli vətəndaşın əsas vəzifəsidir. Biz insanın rahat olma təşəbbüsünə inanırıq. Rahatlığa can atan azad fərd üçün ən böyük dəstək məsuliyyətli vətəndaş tərəfindən edilir. Nəzərə almalıyıq ki, fürsətlərin bərabər olduğu cəmiyyətdə fərasətsizlərin dəstəyə ehtiyacı var. Təbii ki, təbiətin fərasətsiz etdiyi və ya fiziki qüsurlu vətəndaşların dəstəyə olan ehtiyacından bəhs edirik. Belə olan təqdirdə, həm fürsətlər bərabərliyi, həm də hüququn aliliyi prinsipi bütün vətəndaşların xoşbəxtliyinə xidmət etməlidir. Məsuliyyətli vətəndaş  nə məzlum, nə də zalim ola bilməz. Məsuliyyətli vətəndaşlar cəmiyyəti inistutlaşdıraraq, dövlət üzərində nəzarətini formalaşdırır.

Bütöv xalq şüuru:
Azad fərd və məsuliyyətli vətəndaşlardan formalaşan cəmiyyət, təbiətin insana bəxş etdiyi haqlar var olduqca xoşbəxtlik ola bilər. Biz insanların doğuşdan qazandığı təməl haqq və azadlıqlarını birlikdə qorumaq  sərbəstliyinə inanırıq. Hər hansı bir xarici və ya daxili qüvvə, həmçinin idealogiya insanların təməl haqlarına müdaxilə etdiyi zaman, bütöv xalq şüurunun formalaşıb, öz müqəddaratını həll  edə bilər. İnsanlar sərbəst toplaşmaq və birlikdə hərəkət etmək hüquqlarından yalnız müqəddaratlarını dəyişdirmək üçün istifadə etdikdə, bu bütöv xalq şüurunun formalaşdığının nəticəsi sayıla bilər. Hər hansı bir toplum təhlükə ilə üz – üzə qalarsa, həmrəylik göstərərək özünü müdafiə edə bilər. Biz azad fərdlər və məsuliyyətli vətəndaşlar olaraq ümumbəşəri dəyərlər ətrafında bütöv xalq şüurunun formalaşdırılmasının tərəfdarıyıq.


Ø Dalğa Gənclər Hərəkatının Emblemi:


Dalğa Gənclər Hərəkatının (Dalğa GH)  emblemi iç-içə olan iki açıq bucaqlı üçbucaqdan ibarətdir. Bu Azad fərd və Azad cəmiyyəti bildirir. Bucaqları birləşməyən böyük üçbucaq Azad Cəmiyyət, onun içində olan bucaqları birləşməyən kiçik üçbucaq isə Azad Fərd deməkdir. Emblemin üç rəngdən ibarət olması müxtəlif fikirliliyi, üçbucağı əmələ gətirən standartın olmaması qəlibin inkarı, üçbucağın bərabər tərəfli olması isə fürsət bərabərliyi mənasını verir.  Emblemin üçbucaq olması bucaqlarının cəminin 180 dərəcə olmasıdır. Bu qurulacaq cəmiyyətin əvvəlki vəziyyətinə qayıtmamaq şərti ilə, 180 dərəcə dəyişməsi anlamına gəlir.


Ø Dalğa Gənclər Hərəkatı üzvlərinin görüş forması:

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) görüş forması sağ və ya sol əlinin arxasını nümayiş etdirməkdir.

Bu alacağım və verəcəyim heçnə yoxdur deməkdir. Bununla biz itaətə və himayəyə yox deyir, insanların özünə inamının tərəfdarıyıq. Biz insanın mütləq varlıq olduğunu, yalnız insanların iradəsi ilə formalaşmış qanunlara tabe olmasını qəbul edirik.




Dalğa Gənclər Hərəkatının simvolik heyvanı -  Delfin



Delfinlər ayrı-ayrılıqda, fərd kimi də yaşaya bilirlər. Lakin təbiətin yaratdığı çətinlikləri ilə bacarmaq və yetərincə müdafiə olunmaq üçün təşkilatlanmış şəkilində yaşayırlar.
Bundan əlavə ov zamanı, təhlükə zamanı, əyləncə zamanı birlikdə olurlar. Delfinlərə bəzən dənizin insanı deyirlər. Delfin əqli cəhətdən insana ən yaxın heyvandır. Delfinlər heç vaxt digər delfinləri təhlükə ilə üz-üzə qaldıqda tənha buraxmırlar. Delfinlər çox cəsarətlidirlər, özündən daha güclü və böyük köpək balığı ilə belə döyüşə girir. Yetərincə fədakarlıqları ilə seçilirlər. Tarixdə delfinin bir neçə dəfə insanları suda boğulmaqdan xilas edib, sahilə çıxarmaları haqda faktlar da var.  Biz Dalğa Gənclər Hərəkatı (Dalğa GH) olaraq məhz bu cəhətlərə görə delfini hərəkatımızın simvolik heyvanı kimi seçdik.




Dalğa Gənclər Hərəkatının simvolik günü – 1 avqust

Biz insanın azad yaradıcılıq və işgüzarlıqla uğur qazanacağına inanırıq. Dalğa Gənclər Hərəkatı (Dalğa GH) üzvlərinin yaradıcılığına böyük əhəmiyyət verir. Fərdin özünüifadə zamanı cəsarətli və uğurlu olması üçün həmfikirlərinin dəstəyi önəmlidir.
1 avqust günü Dalğa GH rəhbərliyi üzvlərinin uğurlu tərəflərinin təqdimatını təşkil edir.


Ø Dalğa Gənclər Hərəkatının simvolik rəngləri - Qırmızı və göy

Qırmızı rəng dönməzlik anlamı daşıyır.
Göy rəng sivillik anlamı daşıyır.

Dalğa Gənclər Hərəkatı (Dalğa GH) qırmızı rənglə öz prinspiləri uğrunda dönməz olacağını, göy rənglə isə prinsipləri uğrunda yalnız sivil metodlarla fəaliyyət göstərəcəyinin mesajını verir. 

Ø Kitablar




Demokratiya: gediləsi uzun bir yol (Hikmət Hacızadə)



Əli və Nino (Qurban Səid) - Yüklə



Hop hop namə (Mirzə Ələkbər Sabir)




Ø Müsiqilər

Ozan - Dalğa Gənclər Hərəkatının himni - (Yüklə)



Qara Dərviş - Dalğa - (Yüklə)



Queen - The Show must go on - (Yüklə)



Firudin Allahverdi - Rüşvətxor müəllim - (Yüklə)




Ø Filmlər

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.