6.4.05

Namaz Sarıyev

Namaz Mobil oğlu Sarıyev 1985-ci il yanvar ayının 7-si Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olub. 1990-cı ildə mahmud Zeynalov adına Dəliməmmədli şəhər orta məktəbində orta təhsilə başlayıb. 2001-ci ildə həmin məktəbi bitirib. Elə həmin il ali təhsil alamq üçün qəbul imtahanlarında iştirak edib, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının Mühəndis iqtisadiyyatı və İdarəetmə fakültəsinə daxil olub Bir ay sonra Akademiyadan kənarlaşdırılıb. 2002-ci ildə yenidən qəbul imtahanlarında iştirak edib və yüksək nəticə göstərərək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakultəsinin Beynəlxalq Münasibətlər ixtisasina daxil olub. 2006-ci ildə həmin fakultədən məzun olub.

2005-ci ilin 12 fevral tarixində əsası qoyulan Dalğa Gənclər Hərəkatının həmtəsisçilərindən biridir. 2005 – 2007-ci illər ərzində Dalğa GH-nin ideoloji məsələlər üzrə koordinatoru və idarə heyyətinin üzvü olub. Hərəkatın ideoloji əsaslarının hazırlanmasında birbaşa iştirak edib.

2006-cı ildə Azərbaycan Dövlət İqtisad Univesritetinin Beynəlxalq iqtisadi Münasibətlər fakültəsinin magistr pilləsinə qəbul olub. 2008-ci ildə həmin fakultədən məzun olub. 2008 – 2009-cu illərdə hərbi xidmətdə olub.

2010-cu ilin avqust ayından Amerika Birləşmiş Ştatlarında təhsilini davam etdirir.
E-mail: n_saranski@hotmail.com
Facebook: Namaz Sariyev

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.