5.12.07

Hesabat / 2007-2008

·         •      12 fevral 2007-ci ildə Dalğa GH-nin yaranmasının 2-ci ildönümü münasibəti ilə Jazz Centerdə tədbir keçirilmişdir.
•      6 mart 2007-ci ildə Danimarka hökuməti tərəfindən hüquqları pozulmuş danimarkaları tələbələrin etiraz aksiyalarına dəstək məqsədi ilə Dalğa GH Avropa Evi, Avropa Şurası və ATET-in qarşısında aksiya keçirmişdir.  Aksiya iştirakçılarının əsas şüarları bunlar olmuşdur: “Biz Avropaya inteqrasiya edirik, bəs Avropa hara?”, “Gənclərin həbsinə son qoyun!”, “Gəncləri qocaltmayın”.
•      16 aprel 2007-ci il Dalğa fəalları Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosunun idarə heyyətinin üzvü Hadi Musəvinin Azərbaycandan İrana qanunsuz olaraq deportasiya edilməsinə etiraz əlaməti olaraq Daxili İşlər Nazirliyi qaşısında aksiya keçirmişdir. Aksiya iştirakçıları əllərini qandallayaraq üzərlərinə “Bizi də həbs edin”, “Bizi də İrana deportasiya edin”, “Hadi Musəvinin taleyi-???” və s. şüarları yazaraq DİN qarşısında düzülmüşlər.


•      20 aprel 2007-ci ildə Dalğa GH Yasamal rayon məhkəməsi qaşısında “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaijan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevi müdafiə məqsədi ilə aksiya keçirmişlər. Aksiyada dalğaçılar üzərində “Hakimlər, məhkəməyə vicdanınızla gəlin!”, “Mətbuata basqı şəxsi həyatımıza qəsddir”, “Qərəzsiz məhkəmə istəyirik!”, “Hakimə azadlıq!” və s. şüarlar yazılmış və mərhum jurnalist Elmar Hüseynovun şəkilləri olan köynəklər geyinib, əllərini bağlayaraq məhkəmə ədalətsizliyinə qarşı öz etirazlarını etmişlər. Bununla bərabər aksiya zamanı fəallar yerə qanlı əl maketi və qırıq qələm qoymuşlar.
•      22 aprel 2007-ci ildə Dalğa GH Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirmişdir. Tədbirdə korrupsiyanın inkişafı üçün təkliflər paketi və ağsaqqal idarə üsuluna keçmək üçün təkliflər paketi hazırlanmışdır.
•      24 aprel 2007-ci ildə Dalğa Gənclər Hərəkatı Hadi Musəvi ilə bağlı BMT-yə müraciət etmişdir. Müraciətdə bildirilir ki, BMT İranda Hadi Musəvinin təhlükəsizliyinin təmin edilməsinə kömək etsin.
•      14 may 2007-ci ildə Dalğanın təşkilatçılığı ilə hərəkat üzvlərinə qadın zorakılığı ilə bağlı 4 saatlıq seminar keçirilmişdir. Seminarda Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova və mərkəzin psixoloqu Azad İsazadə məruzəçi qismində iştirak etmişlər.
•      18 may 2007-ci ildə Dalğa üzvləri “Azad qadın” heykəlinin qarşısında qadın zorakılığına etiraz olaraq aksiya keçirmişlər. Aksiyada hərəkatçılar əllərində “Azad qadın, azad ölkə”, “Mentalitet qadınları boğmasın!”, “Qadınlar hüquqarını bilsinlər!”, “Qadın alverçilərinə ən sərt cəza verilsin!”, kimi şüarlar olub və bir neçə gənc qız isə başına qəfəs keçirərək Azərbaycanda qadınların azad olmamasını göstərmişlər.
•      17 iyun 2007-ci ildə Dalğa GH rəhbərliyi Filippindən Azərbaycana gələn hüquq müdafiəçisi Mary Jane Realla görüşmüşdür. Görüşdə azərbaycanlı və filippinli gənclərin ictimai-siyasi proseslərdəki rolu müzakirə olumuş və həmçinin iki ölkənin tələbələrinin inteqrasiyası üçün konkret işlərin görülməsi planlaşdırılmışdır.
•      20 iyun-20 iyul 2007-ci il müddətində Təhsil Nazirliyinin “Qaynar xətt”inə Dalğa Gənclər Hərəkatının üzvləri könüllü şəkildə nəzarət etmişlər.
•      1 iyul 2007-ci ildə Dalğa Gənclər Hərəkatının idarə heyyəti hərəkat daxilində müxtəlif klublar yaranması barədə qərar vermiş və qərara uyğun olaraq 15 iyul 2007-ci ildən  “Oxu klubu” və “Jurnalistika klubu” fəaliyyətə başlamışdır.
•      22 iyul 2007-ci ildə Dalğa GH Mətbuat Günü münasibəti ilə Fəvvarələr meydanında 60-dan çox gəncin iştirakı ilə “Azad mətbuatı yaşadaq” şüarı ilə dinc aksiya keçirmişdir. Aksiyada hərəkat üzvləri heç bir şüar səsləndirmədən, bir yerdə dayanaraq və ya oturaraq müxtəlif qəzetlər oxumuşlar. Bununla hərəkatçıların məqsədi insanları azad mətbuata sahib çıxmağa təşviq etmək, həm də insanlarda oxu mədəniyyətinin formalaşmasına yardım etm
ə
·                     2 oktyabr 2006-cı ildə Dalğa Gənclər Hərəkatının ilk qurultayı keçirilib. Qurultayda gizli səsvermə yolu ilə Hərəkatın yeni sədri Ülvi Həsənli, onun birinci mavini isə Turanə Rəsulova seçilib. 3 oktyabr 2006-cı ildə qurultayın ikinci günündə koordinatorlar, komissiya rəhbərləri, ali məktəblər üzrə kuratorlar və nəzarət təftiş komissiyası formalaşdırılıb.
·         17 oktyabr 2006-cı il Dalğa GH Ayaz Salayevin rejissorluğu və «İnternyus-Azərbaycan»ın təşkilatçılığı ilə çəkilmiş «O uzaq yaxın kənd» filminin nümayişini və müzakirəsini təşkil edib. 
·         5-12 noyabr 2006-cı il Dalğa GH tərəfindən təhsil həftəsi elan edilib. Həftənin ilk  3 günü ali və orta məktəblərin həyətlərində, eləcə də şəhərin müxtəlif yerlərində gənclərə 50000-dən çox vərəqə paylanıb. Vərəqələrdə gənclər həftə sonunda əllərinə ağ kağız alaraq, şəhər gəzintisinə dəvət edilib.
·         10 noyabr 2006-cı ildə «Təhsil haqqında qanun ictimai müzakirəyə çıxarılsın!» tələbi ilə Milli Məclis qarşısında aksiya keçirilib. Aksiya zamanı gənclər rəqs edib, kart oynayıbm. Bununla da təhsil qanunu olmayan ölkənin gələcəyi təsəvvür edilib.
•      11 noyabr 2006-cı il şəhərın mərkəzində Dalğa GH təşkilatçılığı ilə əllərində ağ vərəq tutmuş gənclərin yürüşü olub.
Bununla ictimaiyyətin diqqəti təhsildə qanun boşluğunun olmasına yönəldilib.
·          22  noyabr 2006-cı ildə azad mətbuata təzyiqlərə son qoyulması tələbi ilə hərəkat fəalları aksiya keçirib. Aksiya zamanı «Azadlıq» qəzetinin binası simvolik olaraq yuyulub.
·          24 noyabr 2006-cı ildə «Azadlıq» qəzetinin binasının əlindən alınmasına etiraz əlaməti olaraq, hərəkat fəalları kütləvi şəkildə məhkəmə qarşısında «Azadlıq» qəzeti oxumağa başlayıb. Aksiyaya polis müdaxilə edib və qəzetlər gənclərin əlindən alınıb.
·          29 dekabr 2006-cı ildə «İnternyus Azərbaycan» Dalğa GH haqqında film çəkib.
·          1-30 yanvar 2007-ci ildə Dalğa GH universitetlərdə imtahanların gedişini izləmişdir.
·         10 yanvar 2007-ci ildən etibarən qiymətlərin Tarif Şurası tərəfindən qaldırılmasına və insanların sosial vəziyytinin pisləşməsinə etiraz  olaraq, Dalğa GH virtual aksiyalara başlamışdır.
·         12 fevral 2007-ci ildə Dalğa GH-nin yaranmasının 2-ci ildönümü münasibəti ilə Jazz Centerdə tədbir keçirilmişdir.
·         6 mart 2007-ci ildə Danimarka hökuməti tərəfindən hüquqları pozulmuş danimarkaları tələbələrin etiraz aksiyalarına dəstək məqsədi ilə Dalğa GH Avropa Evi, Avropa Şurası və ATET-in qarşısında aksiya keçirmişdir.  Aksiya iştirakçılarının əsas şüarları bunlar olmuşdur: “Biz Avropaya inteqrasiya edirik, bəs Avropa hara?”, “Gənclərin həbsinə son qoyun!”, “Gəncləri qocaltmayın”.
·          16 aprel 2007-ci il Dalğa fəalları Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosunun idarə heyyətinin üzvü Hadi Musəvinin Azərbaycandan İrana qanunsuz olaraq deportasiya edilməsinə etiraz əlaməti olaraq Daxili İşlər Nazirliyi qaşısında aksiya keçirmişdir. Aksiya iştirakçıları əllərini qandallayaraq üzərlərinə “Bizi də həbs edin”, “Bizi də İrana deportasiya edin”, “Hadi Musəvinin taleyi-???” və s. şüarları yazaraq DİN qarşısında düzülmüşlər.
·         20 aprel 2007-ci ildə Dalğa GH Yasamal rayon məhkəməsi qaşısında “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaijan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevi müdafiə məqsədi ilə aksiya keçirmişlər. Aksiyada dalğaçılar üzərində “Hakimlər, məhkəməyə vicdanınızla gəlin!”, “Mətbuata basqı şəxsi həyatımıza qəsddir”, “Qərəzsiz məhkəmə istəyirik!”, “Hakimə azadlıq!” və s. şüarlar yazılmış və mərhum jurnalist Elmar Hüseynovun şəkilləri olan köynəklər geyinib, əllərini bağlayaraq məhkəmə ədalətsizliyinə qarşı öz etirazlarını etmişlər. Bununla bərabər aksiya zamanı fəallar yerə qanlı əl maketi və qırıq qələm qoymuşlar.
·         22 aprel 2007-ci ildə Dalğa GH Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirmişdir. Tədbirdə korrupsiyanın inkişafı üçün təkliflər paketi və ağsaqqal idarə üsuluna keçmək üçün təkliflər paketi hazırlanmışdır.
·         24 aprel 2007-ci ildə Dalğa Gənclər Hərəkatı Hadi Musəvi ilə bağlı BMT-yə müraciət etmişdir. Müraciətdə bildirilir ki, BMT İranda Hadi Musəvinin təhlükəsizliyinin təmin edilməsinə kömək etsin.
·         14 may 2007-ci ildə Dalğanın təşkilatçılığı ilə hərəkat üzvlərinə qadın zorakılığı ilə bağlı 4 saatlıq seminar keçirilmişdir. Seminarda Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova və mərkəzin psixoloqu Azad İsazadə məruzəçi qismində iştirak etmişlər.
·         18 may 2007-ci ildə Dalğa üzvləri “Azad qadın” heykəlinin qarşısında qadın zorakılığına etiraz olaraq aksiya keçirmişlər. Aksiyada hərəkatçılar əllərində “Azad qadın, azad ölkə”, “Mentalitet qadınları boğmasın!”, “Qadınlar hüquqarını bilsinlər!”, “Qadın alverçilərinə ən sərt cəza verilsin!”, kimi şüarlar olub və bir neçə gənc qız isə başına qəfəs keçirərək Azərbaycanda qadınların azad olmamasını göstərmişlər.
·          iyun 2007-ci ildə Dalğa GH rəhbərliyi Filippindən Azərbaycana gələn hüquq müdafiəçisi Mary Jane Realla görüşmüşdür. Görüşdə azərbaycanlı və filippinli gənclərin ictimai-siyasi proseslərdəki rolu müzakirə olumuş və həmçinin iki ölkənin tələbələrinin inteqrasiyası üçün konkret işlərin görülməsi planlaşdırılmışdır.
·          20 iyun-20 iyul 2007-ci il müddətində Təhsil Nazirliyinin “Qaynar xətt”inə Dalğa Gənclər Hərəkatının üzvləri könüllü şəkildə nəzarət etmişlər.
·         1 iyul 2007-ci ildə Dalğa Gənclər Hərəkatının idarə heyyəti hərəkat daxilində müxtəlif klublar yaranması barədə qərar vermiş və qərara uyğun olaraq 15 iyul 2007-ci ildən  “Oxu klubu” və “Jurnalistika klubu” fəaliyyətə başlamışdır.
·         22 iyul 2007-ci ildə Dalğa GH Mətbuat Günü münasibəti ilə Fəvvarələr meydanında 60-dan çox gəncin iştirakı ilə “Azad mətbuatı yaşadaq” şüarı ilə dinc aksiya keçirmişdir. Aksiyada hərəkat üzvləri heç bir şüar səsləndirmədən, bir yerdə dayanaraq və ya oturaraq müxtəlif qəzetlər oxumuşlar. Bununla hərəkatçıların məqsədi insanları azad mətbuata sahib çıxmağa təşviq etmək, həm də insanlarda oxu mədəniyyətinin formalaşmasına yardım etmə.
·         1 avqust 2007-ci ildə Dalğa GH BMM-də “1 avqust - Dalğa Gənclər Hərəkatı günü” münasibəti ilə hesabat xarakterli konfrans keçirmişdir. Biz, həmin gün bayramlara ve istirahət günlərinə etiraz əlaməti olaraq daha çox fəaliyyət göstəririk. Həmin gün Demokratiya bağında kitab oxuma aksiyası keçirmişik. 
·         17 avqust 2007-ci ildə “İnternyus Azərbaycan” Dalğa GH haqda 2-ci filmi çəkmişdir.
·         1 sentyabr 2007-ci ildə bilik günü münasibəti ilə Dalğa GH-nin geniş toplantısı keçirilmişdir. Toplantıda iştirakçılar tərəfindən 10 simvolik kitab müəyyənləşdirilmişdir.
·         11 sentyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı ABŞ səfirliyi qarşısında “Terrora yox deyirik” şüarı ilə aksiya keçirmişdir. Aksiyada səfirlik qarşısına 11 sentyabr terror hadisəsi zamanı dağıdılmış “Əkiz bina“ların maketi və qərənfillər qoyulmuşdur. Aksiyaya müdaxilə edən polislər hərəkatçıları saxlayaraq 22-ci polis bölməsinə aparmışdır. ABŞ-ın Azərbaycandakı səfirinin müdaxiləsindən sonra gənclər sərbəst buraxılmışdır.
·         19 sentyabr 2007-ci ildə Dalğa GH-nin sədri Ülvi Həsənli nizamnaməyə uyğun olaraq qurultayın obyektiv keçirilməsi üçün istefa vermişdir.
·         19 sentyabr 2007-ci ildə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmış və rəhbəri Səda Həsənova seçilmişdir.
·         26 sentyabr 2007-ci ildə Dalğa GH üzvləri təhsildə islahatlar tələbi ilə Demokratiya bağından başlayaraq Nizami küçəsi boyunca ayaqyalın Nizami heykəlinə irəliləmişlər. Aksiyaya polisin müdaxiləsi olmasına baxmayaraq, bir qrup dalğaçı aksiyanı başa vura bilmişdir. Həmin gün 17 üzv saxlanılaraq 39-cu polis bölməsinə aparılmış, 2,5 saat orada saxlanıldıqdan sonra sərbəst buraxılmışlar. Sərbəst buraxılan gənclər, digər gənclərlə birlikdə aksiyaya davam etmişlər.
·         28 sentyabr 2007-ci ildə Böyük Britanıyanın LİNKS beynəlxalq təşkilatı Dalğa GH-nin 30 üzvü üçün “Münaqişələrin tənzimlənməsi” mövzusunda seminar keçmişdir. Məruzəçi qismində təşkilat baş koordinatoru Denis Sammi çıxış etmişdir.
·         2 oktyabr 2007-ci ildə dalğaçılar dahi rus yazıçısı Sergey Yeseninin doğum günü münasibəti ilə onun Mərdəkanda yerləşən “Nəbatat bağı”ndakı “Yeseninin xatirə muzeyini ziyarət etmişlər. Ziyarət zamanı hərəkatçılar sinələrinə Yeseninin şəkillərini vurmuş, onun şeirlərindən oxumuş və barəsində danışmışlar.
·         8 oktyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının II qurultayı keçirilmiş və Vəfa Cəfərova sədr seçilmişdir.
·         10 oktyabr 2007-ci Dalğa Gənclər Hərəkatının II qurultayının II hissəsi keçirilmişdir. Bu hissədə koordinatorluqlar, komissiyalar, idarə heyəti və nəzarət təftiş komissiyası formalaşdırılmışdır.
·         13 oktyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının bir qrup üzvü Lənkərana səfər etmiş və orada cənub regional ofisini yaratmışlar.
·         19 oktyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının üzvləri eyni vaxtda, yəni saat 15:00-da Türkiyə və ABŞ səfirlikləri qarşısında aksiya keçiriblər. Buna səbəb ABŞ Konqressinin Beynəlxalq Əlaqələr Palatasının “qondarma erməni soyqırımını” tanıması olmuşdur. Hərəkat üzvləri əllərində ağ göyərçinlər, şarlar, dostluq və barışı ehtiva edən plakatlar qaldırmışlar
·         4 noyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı İdarə Heyətinin növbəti toplantısında “Açıq Hava” teatrı təsis edilmişdir.
·         12-18 noyabr 2007-ci il aralığında Dalğa Gənclər Hərəkatı “Ekologiyamızı və tarixi abidələrimizi qoruyaq” kampaniyası çərçivəsində “Mənim şəhərim” həftəsinə başlamışdır.
·         12 noyabrda Hərəkat üzvləri 1000-dən çox “Ekologiyamızı və tarixi abidələrimizi qoruyaq” çağırışı olan vərəqələri şəhər əhalisi arasında paylamışdır
·         13 noyabr 2007-ci ildə Dalğaçılar “Tramvaya abidə qoyaq” aksiyası keçirmişlər
·         14 noyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı paytaxtda ağacların kəsilməsi və yerində dekorativ bitkilərin əkilməsinə etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qarşısında aksiya keçirib. Aksiya iştirakçıları yaşıllıqların qırılmasına etirazlarını dekorativ bitkilərin dibinə su tökməklə bildiriblər. Piketçilər su vedrələrini BŞİH əməkdaşlarına vermək istəyəndə isə polis 10 aksiya iştirakçısını saxlayıb. Saxlananlar Səbail Rayon 9-cu Polis Bölməsinə aparılıb. Dalğaçılar 3 saat saxlandıqdan sonra sərbəst buraxılıblar
·         15 noyabr 2007-ci ildə Hərəkat üzvləri “Ekologiyamızı və tarixi abidələrimizi qoruyaq” çağırışı olan 4000-dən çox vərəqəni şəhər əhalisi arasında paylamışdır.
·         16 noyabr 2007-ci ildə “İçəri şəhər bizimdir” şüarı ilə özlərini Qız Qalasına zəncirləmiş və bununla da İçəri Şəhərin sökülməsinə etirazlarını bildirmişlər. Dalğaçılara qarşı zorakılıq törədən polis 11 hərəkat üzvünü saxlamışdır. 3 saatdan çox Səbael rayon 9-cu bölmədə saxlanan üzvlər, şifahi xəbərdarlıqdan sonra sərbəst buraxılmışlar.
·         16 noyabr 2007-ci ildə Hərəkatçıların saxlandığı zaman Dalğaçılar 9-cu bölmənin qarşısında “Gənclərə azadlıq” , “İçəri Şəhərə Azadlıq” şüarları ilə aksiya keçirmişlər.
·         23 noyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının Demokratiya (Sahil) bağında “Açıq Hava Teatrı”nın ilk tamaşasını səhnələşdirmişlər. 10 dəqiqə davam edən ilk tamaşada Azərbaycanın imicinin aşağı düşməsinə səbəb olan və jurnalistlərin həbsi ilə nəticələnən məhkəmə qərarlarına etiraz edilmişdir.
·         28 noyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının üzvləri velosiped yollarının salınması və ictimaiyyəti ekoloji cəhətdən daha təmiz olan velosipedlərə üstünlük vermələrinə təşviq etmək məqsədilə “Velosiped” aksiyası keçirmişlər. Aksiya zamanı 6 nəfər Dalğaçı saxlanmış, 2 üzv isə aksiyanı davam etdirmişdir. Digər aksiya iştirakçılarını zərərləşdirmək məqsədilə polis şəhərin mərkəzində olan velosipedləri müsadirə etmişdir. Saxlanılan Hərəkatçılar 6 saatdan çox bölmədə qalmış, hüquq müdafiəçiləri, vəkillər, ictimaiyyətin tanınmış nümayəndələri və beynəlxalq təşkilatlarının təzyiqlərindən sonra sərbəst buraxılmışlar.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.