7.2.10

Əbdürrəhim bəy Haqverdiyev (1870-1933)

"Molla Nəsrəddin" ədəbi məktəbinin nümayəndələri ilə yaxın əlaqə saxlayan, əsərlərini bu jurnalın səhifələrində dərc etdirən görkəmli realist sənətkarlardan biri Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) idi.Azərbaycan mədəniyyətinin inkişafinda xüsusi xidmətlər göstərmiş Ə.Haqverdiyev Qarabağda-Şuşada bəy ailəsində anadan olmuş, doğma səhərində real məktəbin altinci sinifini bitirmişdir.Orta təhsilini Tiflisdə tamamlayan gənc Əbdürrəhim bəy 1891-ci ildə ali təhsil almaq üçün Peterburqa getmiş, Yol Mühəndisləri Institutuna qəbul edilmisdir.O, eyni zamanda, azad dinləyici kimi Peterburq universitetinin Sərq fakültəsində dil və ədəbiyyata dair müzakirələrə qulaq asmiş, müsəlman tarixi və mədəniyyəti ilə maraqlanmisdir.

Ə.Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman baslamis, M.F.Axundzadənin təsiri ilə "Haci Daşdəmir" adlı kiçik bir pyes yazmışdi.Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır.O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramini və "dağılan tifaq" (1896) faciəsini yazir.
1899-cu ildə Azərbaycana qayidan Haqverdiyev bir müddət Bakıda yaşayır.O, bir tərəfdən müəllimliklə məşğul olur, məktəblərdə dərs deyir, digər tərəfdən teatrlarda verilən tamasalara rejissorluq edir.
Eyni zamanda bədii yaradıcılığını da davam etdirir: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirir.
Zəngin həyati müsahidələr əsasında yazılmış bu əsərlərdə cəmiyyətin düşdüyü ictimai-əxlaqi böhran, tənəzzül və iflas keçirən mülkədarların faciəsi, doğma xalqının mədəni tərəqqisi ugrunda mübarizə aparan maarifçi gənclərin məğlubiyyəti təsvir olunur.Ədib cəmiyyətin müxtəlif təbəqələri arasında mövcud olan mürəkkəb ictimai münasibətlərin mahiyyətini Nəcəf bəy, Fərhad, Qurban kimi tragik qəhrəmanların timsalında açır.
Nəcəf bəy "Dağılan tifaq" faciəsinin qəhrəmanıdır.Ədavət, intiqam, qisas ehtirasları ilə alışan Rüstəm bəydən ("Müsibəti-Fəxrəddin" faciəsi) fərqli olaraq Nəcəf bəy eyş-işrət dəlisidir. Qayğısız həyat, kef-damaqlı yaşayış tərzi, dünyadan kam almaq, bacardıqca çox pul xərcləmək, israf etmək-onun həyat idealı bunlardır.Hələ əsərin başlanğıcında, oxucu ilə qarşılaşdığı ilk səhnədə o, öz xarakterini açaraq deyir: "Atalar məsəlidir, dünya beş gündür, beşi də qara.Bədbəxt mən o kimisinə deyirəm ki, bu beş qara günü ləzzət-damaqla keçirib baş gora aparmaya...Mənim barəmdə pulum var, xərc elə, ye, iç, ver kefə, ləzzətə, eyşü işrətə, beş gün qara dünyanın ləzzətini apar, öləndə də dünyada bir təmənna qalmasın və beş adam da sənə rəhmət oxusun".
Işrətpərəstlik Nəcəf bəydə qumarbazlıq, bədxərclik, israfçılıq, içkiyə aludəliçilik kimi sifətlər əmələ gətirir, onu ailə və mükədarlıq qayğılarından tamamilə uzaqlaşdıraraq, harın bir tüfeyliyə çevirir.Lakin Nəcəf bəy öz faciəsini mənəvi tənəzzülə, iflasa uğramış ailə başçısı-ər və ata kimi keçirir.Pyesin sonunda o, tamamilə müflisləşərək, yoxsul, kimsəsiz bir vəziyyətə düşür; oğlu və arvadı ölür, ev-eşiyi dağılır, özü tənha və sərgərdan qalır.
Ə.Haqverdiyevin dramaturgiyasında xüsusi yer tutan əsərlərindən biri də "Pəri-cadu" faciəsidir.Özünün poetik-struktur sistemi, üslub xüsusiyyətləri, obrazlar aləmi, bədii vasitələrinin tipi, tragik qəhrəmanının xarakteri baxımından Yazıçının başqa faciələrinin hamisindan seçilən bu əsər Azərbaycan dramaturgiyasının inkişafi tarixində orjinal bir səhifətəşkil edir."Pəri-cadu" ilə Ə.Haqverdiyev milli realist dramaturgiyada faciə janrının yeni poetik imkanlarını açmış, onun bədii toxumasını təzə ilmələr hesabına əlvanlaşdirmışdır.Ilk dəfə olaraq mifoloji obrazdan (Iblis) istifadə olunmuş, əcinnə və cadu kimi mücərrəd məfhumlar şəxsləndirilərək, dramatik əsərin konkret personajina çevrilmisdir.
Mövzusu müasir həyatdan alınmış "Dağılan tifaq", "Bəxtsiz cavan" və "Pəri-cadu"dan fərqli olaraq "Aga Məhəmməd şah Qacar" (1907) faciəsini Ə.Haqverdiyev tarixi mövzuda yazmışdır.Hakimiyyət uğrunda mübarizə, feodal cəmiyyətində siyasi həyatın tragik ziddiyyətləri əsərin mərkəzində dayanan başlıca problemdir.Yazıçı tarixi hadisələri, xüsusilə İran şahı Qacarın həyatını, şahlıq və siyasi fəaliyyətini elmi dəqiqliklə, kiçik detallarına qədər öyrənmiş və əsərdə bu təsərrüfati mümkün qədər geniş, əhatəli və tarixi ardicıllıqla canlandırmış, Azərbaycan dramaturgiyası tarixində faciə janrının təzə formasini-"dramatik salnamə", "faciə-xronika" formasını yaratmışdır.
Ə.Haqverdiyev 1906-cı ildə "Həyat" qəzetində "Ata və oğul", "Ayin şahidliyi" kimi lirik-psixoloji hekayələrini çap etdirir.Az sonra "Molla Nəsrəddin" jurnalında onun "Cəhənnəm Məktubları", 1910-cu ildə isə "marallarım" başlığı altında silsilə hekayələri dərc edilir: "Mütrüb dəftəri", "Şikayət", "Qiraət","Dəccəlabad", "Şəbih", "Tənqid", "Acından təbib", "Bomba" və s.
Məzmun baxımından cəmiyyətdəki naqisliklərə, mənəvi-əxlaqi eybəcərliklərə qarşı çevrilmis bu hekayələr, eyni zamanda özlərinin yığcamlığı, gözəl üslubu və dilinin aydınlığı, zənginliyi ilə diqqəti cəlb edir.Yazıçı təsvir etdiyi tipləri-kənd yüzbaşılarını, səhər qorodovoylarını, qırmızısaqqal məşədiləri, riyakar kərbəlayilari, ikiüzlü hacilari, yalançi mühərrirləri, xəbis və xəsis tacirləri, cəhalətpərəst ruhaniləri "maral" adi altinda ümumiləsdirərək, incə bir ironiya ilə yazir: "Hər yer mənim marallarım, haci marallarım, kərbəlayi marallarım, məşədi marallarım, molla, rövzəxan, bəy-xan marallarım.Keçəl marallarım, qotur, bitli marallarım.Başları qapazlı, üzləri tüpürcəkli marallarım".
20-30-cu illərdə Ə.Haqverdiyev bir sıra yeni dram əsərləri ("Qırmızı qarı", "Padşahın məhəbbəti", "Vaveyla", "Köhnə dudman", "Kamran", "Yoldaş Koroğlu" və s.) yazmış, "Cəhənnəm məktublari" povestini yenidən işləyərək "Xortdanın cəhənnəm məktubları" adı ilə çap etdirmişdir.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.