19.3.10

Camo bəy Hacınski

Camo bəy Hacınski Süleyman oğlu 14 iyun 1888 -ci ildə Quba şəhərində anadan olmuşdur. 1912-ci ildə Peterburq Universtetinin Hüquq fakultəsini bitirmişdir. Zaqafqaziya Seymi Müsəlman fraksiyasınin üzvü olmuşdur. Milli Şuranın üzvü və İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri idi. Hacınski Azərbaycan Xalq Cumhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində təmsil olunmuşdur. Respublikanın rabitə sahəsində xüsusi xidmətləri olmuşdur. Aprel işğalından sonra mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirmişdir. 1922-ci ildə həbs olunaraq 3 il məhbəsdə saxlanıldıqdan sonra Solovki (Rusiya) düşərgəsinə göndərilmişdir. 1928-ci ildə azad olunaraq Bakıya gəlmiş lakin, 1938-ci ildə yenidən həbs edilərək sürgün olunmuş və 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat etmişdir. 1956-cı ildə ona ölümündən sonra bəraət verilmişdir.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.