6.3.10

Mondurs mütarikəsinin qafqasiyadakı nətayici

Tarixin daha başqa cilvələri varmış

Türkiyə mondurs mütarikəsini əqd etmək məcburiyyətində qaldı.Bizdə bəklədiyimiz kondfransın in”iqadını görmədən geri dönüyorduq.”Yürük vaporu” Şimaldan şiddətlə əsən müxalif bir rüzgarə qarşı boğazdan çıxıyordu, bizi Batuma doğru götürüyordu.Təşrini- əvvəl sonralar doğru Bakıda idik.Hənüz sevinən simalarda əndişə görünüyordu.Türk ordusunun gedəcəyi, ingilis ordusunun gələcəyi xəbəri hər kəs müztərib ediyordu.
Əcəba nə olacaqdı? İngilislərlə bərabər rus ordusu, erməni məfrəzələri dəxi bərabər dönəcəklər, kim bilir əhalidən nə intiqam alacaqlar?
Nuri Paşa Ənzəlidə bulunan müttəfiqin qəvayi - əskəriyyəsi komandanı general Tomsondan mundors mütarikənaməsi mucibincə bir həftəyə qədər Bakını bir aya qədər bütün Qafqasiyəni tahliyəsini tələb ediyordu.Nuri paşa kəndisinin Azərbaycan xidməti-əskəriyyəsini keçdiyini irəli sürərək, Bakıda qalmaq təşəbbüsündə bulunsada faidə vermədi.Tomsonun ultimatumu qəti idi.Başqa heç bir təvil və təsvirə imkan buraxmıyordu.O zaman məqami – sədarətdə buluna Tofiq paşanın teleqrafı gəlmişdi.Bu teleqrafda mütarikınin maddeyi-məxsusəsi ehkamınca Osmanlı əsgərlərinin Azər baycanı təxıiyyə etmələri zərurəti xəbəri veriliyordu.Ana vətəni müşkilata soxmaq istəməyən zabitan İstambuldan əmrə təbiyyət qərarını tərcih ediyorlardı.

Bakının istirdadından sonra Şurayi – Milli təkrar toplanımışdı.16 təşrini – sani məmləkətin bəzi əqsami ilə Şurayi – Millidə bulunmayan milli əqəliyyətlərə dəxi müməssillərini göndərmək üçün Şurayi-Milli yeni qanun vəz ediyordu.Bu qanuna görə 120 məbusandan mütəşəkkil bir məclis toplanacaq, yeni təhəddüs edən əhvalə müvafiq müştərək bir hökümət təşkil ediləcəkdi.

Unudulmayacaq ağır bir gün, təşrini - saninin 17si İngilis bandərəsi ilə çar Rusiyasının bayrağının hamil olduğu filo(t) Bakı limanına yanaşıyordu.Bir az əvvəl Bakıdan ricaət edərək Ənzəlidə təhəşşüd edən bu qüvvətin Bakıda oturmaqda olan Azərbaycan hökümətinə qarşı alacağı vəziyyət nə olacaqdı? – bəlli deyil.

Türk ordusu çəkilmiş, Azərbaycan qitəatı dəxi yox.Çünki gələn komandanlıq Azərbaycan qitəatı deyə əsgər tanımıyor.Azərbaycan əsgəri naminə müntəzəm bir qüvvət zatən yox kimi idi.Komandan Nuri paşanın o zaman Şurayi –Milli rəisi sifəti ilə mənə yazdığı bir məktubdan amlaşıldığı vəchlə yekunu ancaq 1500 kişidən ibarət Azərbaycan əsgərlərinin toplu olara bir yerdə olmayıb məmləkətin müxtəlif nöqtələrində durduğu anlaşılıyordu.Azərbaycan hökümətinin bu gün Bakıda təqviyə edən qevvət yalnız 500 nəfərdən ibarıt polis nəfərlərindən ibarət idi.Fərəza, qüvvət olsa belə,Almanyanın,türkiyınin təmsil olunduğu bir qüvvətə qarşı Azərbaycanın hərb açması bittəb əqlə belə gəlməzdi.Binaən əleyh məsələ yalnız diplomatik vəsilələrlə həll ediləcəkdi.

Üç gün əvvəl sürəti-məxsusədə göndərilən heyyətə (bu heyyətə Yusif bəyki Nəsib,Ağa oğlu Əhməd və Hacinski Mehdi bəylərdən ibarət idi) ingilis heyyətini komandanın son sözü bu olmuşdu ki: “Bizim bildiyimiz Azərbaycan xəlqinin arayi-ümumiyyəsindən doğma bir cümhuriyyət yoxdur.Yalnız türk komandanlığının intiriqası ilə təşəkkül olunmuş bir hökümət var.Madəm ki. siz bunun əksini iddia ediyorsunuz, o halda gəlir, məhəllində tədqiq, ona görə qərar veririz.”

Bu “qərara” mütəvəkkilanə intizar edən Azərbaycan höküməti ingilis komandanlığına verdiyi notada müttəfiqlərin şu surətdə Azərbaycan torpağıda vürudunu Azərbaycan istiqlal və təmamiyyəti – mülkiyyəsini müxəll olamayacağı ümidini dərmiyan ediyordu.

17 təşrini – sanidə iki Bakı vardı.Məhzun müsəlman bakısı,məmnun xirisian bakısı.Şəhər üzərində rus Biçexarov qitəatına mənsub aeroplanlardan bəyannəmələr saçılıyor,bu bəyannəmələrdə rus vətəndaşlara Bakının təkrar ana vətənə iadəsi ilə təbrik ediliyorlardı.

İki gün sonra komandanlığın əhaliyyə-islamiyyıni məyus edəcək bir bəyannaməsi nəşr olunuyordu.Bu bəyannamədə Biçeraxov bəyannaməsində olduğu kimi “Qalib etilaf ordusunun məmləkətə dönmədən əvvəl zəfətri-müştərəkə bunca xidmətlərinə dəyən fədakar rus xəlqinə ədai-dinşükran etmək vəzifələrindən olduğu və bu vəzifənin ifalası üçün Rusiyadan qoparılmış Qafqasyanın düşməndən təxliyyəsi üçün Ufadan təşəkkül edən rus höküməti ilə bilteilaf buraya gəlindiyi” anladılıyordu.

Böylə bir bəyannamə təsirinə, bir ingilis ordusu ilə bərabər gəlmiş Biçeraxov qitəatı erməni məfrəzələrinin şəhərdə ehdas etməkdə olduqları hadisələr və əhaliyi-islamiyyəyə qarşı qağındıqları təhqiramiz hərəkətlər dəxi təsəvvür ediliyorsa, o zaman nə kibi saətlər yaşanmaqda olduğu kəndi-kəndinə anlaşılır.Türkcə yazılı lövhələrin qırıldığına,Azərbaycanın bandirəsinin təhqiratə məruz qalmağına, boşuna tüfəng atılaraq müsəlmanların hər vasitə ilə təhqir və təcavüzə məruz qaldıqlarına aid vəqelər həman o günə küçilməz bir fəsar törətmək üzrə idi.

Bakı böylə əndişənak günlər keçirməkdə ikən daha bir kaç gün kəndisi ilə bərabərbulunan türk komandanlığını, Gəncə həzin bir təsirlə təşyi ediyordu.



Bu yazı Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabından götürülmüşdür.Qeyd edək ki, bu kitab 1923 cü ildə Türkiyənin İzmir şəhərində keçirilən “Kitab Bayramında” Atatürk mükafatına layiq görülmüşdür və bu kitab Atatürkün en çox sevdiyi kitabları arasında yer almışdir.

Ərəb qrafikasından tranlasiya edəni, qeydləri və lüğətin müəllifi Asif Rüstəmovdur.

Redaktorları : İmamverdi Həmidov,Ağanəcəf Həmidovdur.

BAKI, Elm 1990



Məlumat "www.resulzade.org" saytından götürülmüşdür.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.