17.2.11

“Biz, M.Ə.Rəsulzadə və Ə.Elçibəy dalğasıyıq”

Müsahibimiz Dalğa Gənclər Hərəkatının ən qocaman üzvlərindən biri, bəzən yarı zarafat – yarıciddi “boz kordinalımız” adlandırılan Rövşən Nəcəfovdur.
- Rövşən bəy, Hər il Dalğa Gənclər Hərəkatında sədrliyə namizədliyini irəli sürənlər “yeni nəsl”in nümayəndələri olurdu. Bu il isə sanki bu ənənə pozuldu. Bunun səbəbini necə izah edə bilərsiz?
- Razıyam. Bundan əvvəlki seçkilərə nəzər saldıqda “Dalğa”da sədrliyə namizəd hətta bir ay üzv olmuş gənc də olub. Yəni, bu il hansısa yeni üzvlərin namizəd olmaması da bir dönəmdir. Çünki, Dalğada kiminsə namizəd olub-olmamasını gənclərin özləri seçirm edir. Bu onların azad seçimidir. Fikrimcə yeni üzvlər ilk öncə idarə heyətində bir təcrübə qazanmaq və daha sonra sədr olmağı məqsəd bilirlər. Builki namizədlər Dalğa GH-nın idarəlçiliyində yetərincə təcrübə qazanmış faəllardır. Yenə də zaman var, yeni üzvlərdən namizədliyini irəli sürə bilərlər.
- Özünüzün də Dalğada kifayət qədər təcrübəniz var. Niyə namizədliyinizi irəli sürmədiniz?
- Dalğa GH-ya gəldiyim ilk gündən bir nümunə ilə tanış oldum: Sənin Dalğada nəsə etmək və cəmiyyətə yararlı vətəndaş olmaq fikrin varsa, bunun üçün rəhbərlikdə təmsil olunmağın o qədər də vacib deyil. Amma Dalğanın rəhbəri olacaq şəxs növbəti bir il həyatını buna sərf etməlidir. Mən Dalğa GH-nın iki il Beynəlxalq Əlaqələr Koordinatoru olmuşam və bu gün “Dalğa”da sədr olmağıma ehtiyac duymuram. Mənim ruhumda Dalğaçılıq virusu var. Bu mənə bəs edər. Gələcəklə bağlı planlarım var. Növbəti bir ildə isə xaricdə təhsil almaq fikrindəyəm.
- Artıq 5 ildir ki Dalğaçısınız və Dalğa GH-nın bundan əvvəl 4 Qurultayında seçici olmusuz. Bu il ilk dəfə olaraq Dalğa GH Qurultayı ilə yaranış gününü eyni vaxtda keçirəcək. Sizcə bunun bir ənənəyə çevrilməsinə ehtiyac varmı?
- Dalğa GH ofisindən çıxarılıdıqdan sonra daxili təşkilatlanmada bir müddət pozuntular yarandı. Çünki gəncləri birləşdirəcək bir ideya evinə hər zaman ehtiyac var. Biz son hadisələrdən sonra 2005-2006-cı il Dalğasına qayıtdıq. Yenidən küçələrə axışdıq və başqa ofislərdə toplaşdıq. Tədbirlərimizi müxtəlif məkanlarda etdik. Qurultayın təxirə salınmasının səbəbi həmçinin maliyyə problemlərinin olmasıdır. Bütün bunlardan sonra zaman bizi 12 fevral yaranış günümüzə yaxınlaşdırdı və qərara aldıq ki, həm yaranış günümüzü həm də qurultayımızı eyni vaxtda keçirdək. Hər şey çox sadədir, bu gün Azərbaycanda fəaliyyət göstərən müstəqil təşkilat hər zaman ofis və maliyyə problemləri ilə qarşılaşır. Ümid edirəm ki, növbəti qurultayda bu hal baş verməz. Çünki 12 fevral bizim üçün ən önəmli tarixdir.


- Hazırkı fəaliyyəti nəzərə alsaq, sizin fikrinizcə “Dalğa” öz hədəfinə nə zaman çata bilər?
-. Bizi bir gələcək gözləyir. Biz gələcəyi azad və sağlam istəyirik. Hədəfimiz bu ölkəninin gələcəyinə sahib olmaqdır. Gələcəyimizin hansısa axmaq mental qaydalarla deyil, təhsilimiz və mədəniyyətimizlə formalaşmasının tərəfdarıyıq. Hər bir gənc bu ölkənin gələcəyi olduğunu düşünməlidir. Bizim təhsilimiz necə olacaqsa, Azərbaycanın da gələcəyi elə olacaq. Zaman isə hədəfi hədəflərə çevirir və böyüdür.
- Bu il ilk dəfə olaraq “Dalğa”nın layihəsi olan “Demokratiya Məktəbi”nin direktoru da səsvermə nəticələrinə əsasən müəyyənləşdiriləcək. Bu hansı zərurətdən irəli gəldi?
- “Demokratiya Məktəbi” layihəsi başlayanda ABŞ-ın NED Fondu tərəfindən maliyyələşdirildi. Layihədə məktəbin direktoru əvvəlcədən təqdim olunmuşdu. Layihənin NED Fondu tərəfindən maliyyələşməsi bitdikdən sonra Dalğa GH öz gücünə “Demokratiya Məktəbi”ni davam etdirir. “Demokratiya Məktəbi”nin bugünə qədər 11 qrup və hər qrupda 25-30 arası gənc məzunu olub. Layihənin əsas hədəfi Azərbaycan gənclərində demokratik bilgilərin təməlinin qoyulmasıdır. Adından göründüyü kimi bu bir demokratik məktəbdir və direktorun da demokratik yolla seçilməsi daha məqsədəuyğundur.
Pərviz Əzimov

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.