8.3.11

Dalğa Gənclər Hərəkatının sədri xanımları 8 mart bayramı münasibəti ilə təbrik edir.

Əziz analar, dahi bir insanın təbirincə desək, insanı incitməyən tək sevgi ana sevgisidir. Övladlarınız bəzən seçdikləri yolun sevgisi ilə sizi narahat edir. Lakin analar heç vaxt, heç bir seçimi ilə övladlarını narahat edəcək addım atmır.

Sizləri bu gözəl bayram münasibəti ilə təbrik edirəm və övladlarınızla fəxr etməyi arzu edirəm.

Hörmətli xanımlar, bu gün insan cəmiyyətinin inkşaf etməsi üçün ən gərəkli amillərdən biri həmin cəmiyyətdə gender bərabərliyinin olmasıdır. Təmsil etdiyim qurumun da əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan cəmiyyətində bu bərabərliyin qurulmasıdır. Biz əminik ki, qadınların əməyi olan işlər hər zaman uğur qazanacaqdır. Zaman-zaman keçirdiyimiz aksiyalarda və tədbirlərdə cəmiyyətimizdə qadınlara qarşı olan haqsızlıqlara hər zaman öz etirazımızı bildirmişik və bu məsələnin çıxış yolları ilə bağlı müzakirələr aparmışıq. Bizim əsas şüarlarımızdan biri də məhz “Azadlıq qadını əxlaqlı edər!” şüarıdır. Biz düşünürük ki, azadlıqdan əxlaq yaranar, əxlaqdan isə məzuliyyətli və azad cəmiyyət. Bizim əxlaqlı cəmiyyətdə yaşamağımız sizin azadlığınızdan keçir. Sizlərə, hər zaman aktiv həyat tərzi, azad cəmiyyətdə yaşamaq və gözəl sevgi arzulayıram.



Hörmətlə,

Dalğa Gənclər Hərəkatının sədri

Orxan Nəbiyev

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.