30 mart 2011-ci il, səhər saatlarında Dalğa Gənclər Hərəkatının üzvü Təbriz Önər polis tərəfindən saxlanılıb. Polis heç bir səbəb göstərmədən onu Bakı şəhəri, Səbayıl rayon 9-cu polis bölməsinə aparıb. Bundan sonra Səbayıl rayon məhkəməsinin qərarı ilə Təbriz Önər fəallara qarşı tez-tez istifadə olunan “Polisə müqavimət” maddəsi ilə 5 sutka azadlıqdan məhrum edilib.

Azərbaycan Respublikasının ali məqsədlərindən biri kimi qarşısına qoyduğu hüquqi dövlət modeli prinsipinə yaraşmayan preventiv həbslər gənclərdə yaradıcılıq deyil məhz dağıdıcılıq hisslərini artırır.
Biz, Dalğa Gənclər Hərəkatı olaraq Azərbaycanda dağıdıcılığın deyil yaradıcılığın tərəfdarıyıq və aidiyyatı qurumlardan Təbriz Önərin dərhal azadlığa buraxılmasını tələb edirik.
