3.4.11

Tramvay və Elektrik qatarı nəqliyyatlarının bərpasını istəyənlər

Dünya bu gün ekoloji fəlakətlə üzbəüz qalıb. Təsadüfi deyil ki, BMT bu ili "meşə ili" elan edib. Azərbaycanda da bu gün ekoloji durum çox dəhşətli vəziyyətdədir. Bakı Avropanın ekoloji cəhətdən çirklənmiş şəhərlərinə çevrilməkdədir. Buna bir neçə beynəlxalq təşkilatların hesabatlarında rast gəlmək olar. Bu günlərdə gənc ziyalılar tərəfindən bu durumun aradan qaldırılması istiqamətində aktiv vətəndaş hərəkatının yaradılması və dövlətin bir çox islahatlar etməsi ilə bağlı təşəbbüs irəli sürülüb. Biz, Dalğa Gənclər Hərəkatı olaraq bu təşəbbüsü yüksək qiymətləndirir və hesab edirik ki, gənclər olaraq sağlam gələcəkdə yaşamaq üçün bu gündən aktiv olmalıyıq. Təşəbbüsə dəstək kimi bir sıra tədbirlərin keçirilməsini Dalğa Gənclər Hərəkatı olaraq öz üzərimizə götürürük.

1. Bu istiqamətdə kütləvi aksiyaların təşkili (Kiçik flaş-moblarla yanaşı Bakı Şəhəri İcra Hakimiyyəti ilə razılaşdırılmış kütləvi aksiyalar da nəzərdə tutulur).
2. Bakının ekoloji durumunu əks etdirən yazılı müsabiqələr.
3. Kütləvi İnformasiya Vasitələrində problemin gündəmdə saxlanılmasını təmin etmək.
4. Müxtəlif forum və tədbirlərin təşkili.

https://www.facebook.com/home.php?sk=group_204073396287181 - Tramvay və Elektrik qatarı nəqliyyatlarının bərpasını istəyənlər

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.