10.2.12

Biz anladıq ki…

Dalğa GH-nın yaranmasının 7-ci ili ilə bağlı

2005-ci il 12 fevralında Dalğan Gənclər Hərəkatı (Dalğa GH) təsis edildi. Hərəkat statusu ilə fəaliyyət göstərdiyi üçün Dalğa GH daha geniş ölçülü faliyyət istiqamətində işlər görür. Təbii ki, bugünədək Dalğa GH-da təmsil olunan hər kəsin hərəkatın inkişafında xidmətləri var. 2 gün sonra  Dalğa GH-nın yaranmasının 7-ci ili tamam olacaq. Biz, Dalğa GH-nin bugünki rəhbərliyi olaraq hərəkatımızın inkişafında xidməti olan hər kəsə dərin minnətdarlığımızı bildiririk.

Hərəkatımız bir neçə özəllikləri ilə seçilir. Bunlardan ən çox yadda qalanı Azərbaycanımıza yeniliklər gətirməsi və ölkəmizdə iş görmək istəyən digər insanlara, qurumlara dəstək verməmizdir. Təəssüflər olsun ki, bir çox hallarda edilən yeniliklər və ya dəstək aksiyalarımız insanlar tərəfindən birmənalı qarşılanmır. Biz anlayırıq! Anlayırıq ki, həbsdə olan gənc dostlarımızın müdafiəsi məqsədi ilə yaradılan Gənclərin Hüquqlarını Müdafiə Komitəsində təmsil olunmağımız hakimiyyət qurumlari tərəfindən yaxşı qarşılanmır. Necə ki, maarifçilik hərəkatı ilə eyni dəyərləri paylaşmağımız üçün də mollaların xoşuna gəlmirik. Dövlətə islahatlar üçün təkliflər verəndə də müxalifətin xoşuna gəlmirik. Hər kəsin anlamasını istədiyimiz bir şey var: Biz müstəqil fəaliyyət göstərdiyimiz üçün zaman – zaman kimlərinsə xoşuna gələ ya da gəlmiyə bilərik. Artıq hamı bilsin ki, Dalğa GH kiminsə xoşuna gəlmək, hər hansı bir başqa məqsəd üçün öz prinsiplərini dəyişən deyil.

Bizi ən çox narahat edən məsələlərdən biri də dəstək kampaniyalarımıza kölgə salınmasıdır. Yeni Müsavat və Azadlıq qəzetlərinin məhkəməsi zamanı azad mediaya dəstək verən bizlər heç də az tənqid olunmadıq. Məgər biz nə vaxsa kiminsə haqqları tapdananda Dalğa GH-ya edilən müracəitə yoxmu demişik?! Sizcə Dalğa GH hər hansı bir tənqiddən və ya təhdiddən qorxub da öz prinsiplərindən – xeyirxah əməlindən  imtinamı etməlidir?

Dalğa GH yaranma tarixinin 7-ci ilini hər il olduğu kimi sərbəst girişli parti etmək niyyətində idi. Diqqətli dostlarımız xatırlayarsa facebook sosial şəbəkəsində ilk “event” belə də yaranmışdı. Sonradan Güney Azərbaycanın futbol klubu olan “Traktor Sazi”nin Azərbaycandakı fan klubu bizə müraciət edərək onların “fundraising” kampanyasına dəstək verməyimizi istədi.

Biz yaranış partimizə girişi biletlə də edə bilərdik. Belə olsaydı heç bir söz-söhbət də olmazdı, ilk baxışdan ideasız və standart parti olacaqdı. Biz isə ideaya idea qatmaq niyyətindəyik. Dalğa GH-nın partisinə gələn hər iştrakçı həm də “Traktor Sazi”ni tanıyacaq (https://www.facebook.com/Traktorsazi.Azerbaycan )  və  ən əsası isə dəstəkçi olacaq.  Bunu xoşniyyətli dostlarımız hər hansısa yazıçının kitab kampanyasına dəstək kimi xaraktrerizə edir. 

Bu da əbəs yerə deyil, çünki Dalğa GH olaraq kitab kampaniyalarına az dəstək verməmişik.
Beləliklə, hər kəsi dəstəkçi  olmağa və yeni kampaniyamız olan “Dəstəkçilər Kampaniyası”na   təkliflər göndərməyinizi rica edirik. ( dalga_telebe@yahoo.com )
     
Sevgilərlə,
Dalga Gənclər Hərəkatı

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.