14.3.13

Dalğa Gənclər Hərəkatının sədri istefa verdi



Dalğa Gənclər Hərəkatının Nizamnaməsinin 4.4.5. bəndinə əsasən (4.4.5. Sədr Qurultaya bir ay qalmış vəzifəsindən istefa verir) Dalğa Gənclər Hərəkatının sədri Saleh Mehdizadə vəzifəsindən istefa verib.

Prosedur qaydalara əsasən yaxın 1 ay ərzində Dalğa Gənclər Hərəkatının Qurultayı keçiriləcək. Bununla bağlı olaraq 17 mart 2013-cü ildə Dalğa Gənclər Hərəkatının Geniş Toplantısı keçiriləcək. Geniş Toplantı zamanı Saleh Mehdizadə hərəkat rəhbərlik etdiyi dövrlə bağlı hesabatı dinlənəck, hərəkat daxilində Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılacaq və növbəti qurultayın keçiriləcəyi tarix açıqlanacaq.

2 hissədən ibarət olacaq Qurultayın birinci hissəsində Dalğa Gənclər Hərəkatının yeni sədri və hərəkatın layihəsi olan “Demokratiya məktəbi”nin yeni direktoru seçiləcək. Qurultayın 2-ci hissəsində isə növbəti 1 il ərzində Dalğa GH-nin İdarə  Heyətində təmsil olunacaq şəxslər müəyyənləşəcək.

Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi Qurultayın keçiriləcəyi tarixə 24 saat qalmış müddətə qədər hərəkatın sədrliyinə namizəd olacaq şəxsləri (birinci müavinləri ilə birlikdə) və “Demokratiya məktəbi”nin direktorluğuna namizəd olacaq şəxsləri qeydiyyata alacaq və onların bərabər təbliğatı üçün şərait yaradacaq. Qurultaya 7 gün qalmış həmin vaxta qədər namizədliyini irəli sürən şəxslərin ictimaiyyət üçün açıq debatı keçiriləcək.

Qeyd edək ki, ötən ilin mart ayında keçirilən Qurultay zamanı Xanım Yadigarlı Dalğa Gənclər Hərəkatının sədri seçilmişdi. 2012-ci ilin 31 iyul tarixində o səhhətində yaranan problemlərə görə vəzifəsindən istefa vermişdi və geniş toplantı zamanı Saleh Mehdizadə Dalğa Gənclər Hərəkatının sədr əvəzi seçilmişdi.


Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.