25.12.13

“Dalğa” Gənclər Fondunu razılaşmaya çağırdı - BƏYANAT

"Son günlər jurnalist Pərviz Əzimovla Azərbaycan Respubilikası Prezidenti Yanında Gənclər Fondu arasında yaranmış və cəmiyyətin müzakirəsinə səbəb olan senzura qalmaqalı Azərbaycanımızın demokratikləşməsi uğrunda çalışan qurum kimi bizi narahat edir.

Dalğa Gənclər Hərəkatı (Dalğa GH) olaraq bu məsələnin dəyərlər və ölkəmizin seçmiş olduğu inkişaf modelinə,
konstitusiyada təsbit olunmuş vətəndaş hüquqları əsas alınaraq həll olunmasının ölkəmizə başucalığı gətirəcəyini düşünürük. Bunun üçün də Gənclər Fondunun yaranma məqsədindən və misiyasından çıxış edərək mübahisəyə səbəb olan kitabın paylanmasına imkan yaratmasını vacib hesab edirik. Yeni yazarların özlərini ifadəsi üçün nəşr olunmuş kitabın qadağası mədəni inkişafa zərbə hesab olunmaması üçün Gənclər Fondunun gənc yazarlara sahib çıxacağına ümid edirik. Dalğa GH olaraq bu istiqamətdə vasitəçilik etməyə və layihənin uğurlu alınması üçün öz dəstəyimizi təklif edirik.

Qeyd edək ki, Azərbaycan Respubilikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə jurnalist Pərviz Əzimov tərəfindən icra olunan “Gənc Yazarların kitabı” layhəsi ilə bağlı qalmaqal yaşanıb. Belə ki, fond kitabın kommersiya məqsədli olmasını əsas gətirərək kitabın üzərində qiymətin yazılmasını qanun pozuntusu olduğunu bildirir.
P. Əzimov isə kitabın üzərində qiymətin yazılmasına səbəb fondun da əvvəldən təsdiq etdiyi kimi layihənin davamlılığını təmin etmək olduğunu bildirir. Bu fondun Müşahidə Şurası tərəfindən təsdiqlənib.
Bununla yanaşı, P. Əzimov fonda kitabın yenidən qiymət yazılmadan və sırf pulsuz paylama xarakterli olması üçün yenidən nəşr etməyi təklif etdiyini, bununla razılaşılmadığını və kitab qoyulan qadağanın kitabın mətni ilə bağlı olduğunu bildirir".

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.