11.3.14

Dalğa "Qanun"a dəstək üçün vətəndaş cəmiyyətinə səsələndi

Dalğa Gənclər Hərəkatının təşkilatçılığı ilə "Demokratiya məktəbi" layihəsi çərçivəsində "Azərbaycan kitabı bu gün- " Qanun " nəşriyyatı mövzusunda tədbir keçirilib. Nəşriyyatın üzləşdiyi problemlər və kitab sektorundakı son durum müzakirə olunub.
Bu polemikalarda bir sıra təkliflər irəli sürülüb. Belə ki, bu məsələnin həlli yolunda təşkilat komitəsi yaradılması və bu komitə daxilində nəşriyyata dəstək üçün işlərin görülməsi nəzərdə tutuldu.

Sonda, Dalğa Gənclər Hərəkatı digər QHT-ləri, vətəndaş cəmiyyəti nümayəndələrini birgə dəstək nümayiş etdirməyə və fəal olmağa çağıraraq, "Qanun" nəşriyyatına sahib çıxmağa səslədi.









Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.