10.11.05

Üzv olmaq

DALĞA GH-na ÜZVLÜK

3.1. Dalğa GH-nın Nizamnaməsini, Əsasnaməsini, Bəyannaməsini, Simvollarını, Konsepsiyalarını və Andını qəbul edən 16-35 yaş arası şəxslər  Dalğa GH-na üzv ola bilərlər.

3.2.  Dalğa GH-na üzv olmaq üçün müvafiq ərazi ofisinə müraciət olunur.  Aidiatı orqan bir ay ərzində həmin şəxsə cavab verir.

3.3. Üzvlükdən azad edilmiş hər bir şəxs bir ay müddətində yazılı surətdə Mərkəzi Nəzarət Təftiş Komissiyasına ( MNTK) və yaxud məhkəməyə müraciət edə bilər.

3.4. Üzvlər bərabər hüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:

• Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada hərəkatın idarə olunmasında iştirak etmək;
• Dalğa GH-nın hər hansı seçkili orqanına seçmək və seçilmək (Nizamnamədə nəzərdə tutulmuş hallar istisna olmaqla);
• Dalğa GH-nın rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
• Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək;
• Hərəkatın  müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
Dalğa GH-nın hər bir üzvü hərəkatın Nizamnaməsini, Əsasnaməsini, Bəyannaməsini, simvolikalarını, himnini, andını və konsepsiyalarını bilməlidir. Dalğa GH-nın təbliğat və təşviqatı yuxarıda qeyd olunanlar, həmçinin hərəkatın gördüyü işlər və rəsmi bəyanatları əsasında qurulmalıdır.


Üzvl olmaq üçün:

Dalğa GH-nın rəsmi bloqu (weblog):
www.dalga-gh.blogspot.com

Dalğa GH-nın rəsmi elektron poçtu (e-mail):
dalga_telebe@yahoo.com

Dalğa GH-nın rəsmi elektron poçtu (e-mail):
dalga.ym@yahoo.com

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.