1.12.05

MNTK


Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) - Dalğa GH-nın rəhbər orqanlarının və ayrı-ayrı üzvlərinin fəaliyyətinə nəzarət edir, habelə onların fəaliyyətinin Dalğa GH-nın Nizamnaməsinə tələblərinə uyğun qurulumasına nəzarət edir.
1. MNTK-nın üzvləri Qurultay tərəfindən seçilir. MNTK-nın üzvlərinin sayı üç nəfərdən az olmamalıdır.
2.  MNTK-nın iclasları ən az halda ayda 1 dəfə çağırılır
3. MNTK aşağıdakı səlahiyyətlərə malikdir:
• İdarəetmə orqanlarının fəaliyyətinə nəzarət edir və bununla bağlı hesabat və məlumatları tələb edir;
• Rəhbər orqanların qəbul etdikləri qərarların Dalğa GH-nın Nizamnaməsinə tələblərinə cavab vermədiyini təyin etdikdə bu qərarların icrasını İH-nin yaxın iclasınadək dondurur;
• MNTK Dalğa GH-nın ayrı-ayrı üzvlərinin yazılı apellyasiya şikayətlərinə baxır, onları müzakirə edir və bir ay ərzində yazılı cavab verir.
4. MNTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul olunur
5.  MNTK-nın iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir
MNTK-nın üzvləri
1.      Sədr 


Agarəhim Poladov











2.      - Kamran Pənahi








  


3. - Logman Əliyev

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.