1.12.05

Nizamnamə

Dalğa Gənclər Hərəkatının Nizamnaməsi

Dalğa Gənclər Hərəkatının Nizamnaməsi 2006-cı il oktyabrın 2-də hərəkatın
 I (II) Qurultayında qəbul edilib.

1. ÜMUMİ MÜDDƏALAR 

1.1. Dalğa Gənclər Hərəkatı  (Bundan sonra Dalğa GH) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, aşkarlıq, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz
üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır (Dalğa GH-nın fəaliyyəti bütün Respublika ərazisini əhatə edir).

1.2. Dalğa GH öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və «Qeyri-Hökumət Təşkilatları (İctimai Birliklər və Fondlar) Haqqında» Azərbaycan Respublikasının Qanunu, həmçinin öz nizamnaməsi və əsasnaməsi əsasında qurur.

1.3. Dalğa GH Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusu qazanır. Dalğa GH-nın müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri ola bilər.

1.4. Dalğa GH-nın hüquqi ünvanı: …………… 

2. DALĞA GH-nin MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1.  Dalğa GH-nin məqsədi Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu işinə, mülki cəmiyyətin yaradılmasına kömək etməkdir. Bunlardan başqa Dalğa GH-nın məqsədlərinə cəmiyyətdə sağlam düşüncəli və vicdanlı vətəndaş ideyasının təbliği, insanlar arasındakı münasibətlərdə humanist dəyərlərin formalaşdırılması, yəni, vətəndaşların bir-birilərinə hörmət və səmimiyyətin aşılanması, həmçinin, gənclər arasında elmə və təhsilə həvəsin, ictimai fəallığın artırılması, gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaradılması daxildir.

2.2. Bu məqsədlərə çatmaq üçün Dalğa GH aşağdakıları həyata keçirir:

• Şəxsiyyətin hüquq və azadlıqlarının, şərəf və ləyəqətinin hərtərəfli müdafiəsinə, vətəndaşların özünə inam və hümanitar əlaqələrinin inkişafına kömək edir.
• Gənclərin ictimai fəallığının artırılması üçün təlimlər keçirir, tədbirlər təşkil edir;
• İnsan hüquqları, liberal dəyərləri və demokratik prinsipləri cəmiyyətdə təbliğ və müdafiə edir;
• İnsan hüquqlarının təbliğinə, təhsilin inkişafına dair müxtəlif layihələrdə iştirak edir;
• Təhsilin səviyyəsi ilə bağlı monitorinqlər həyata keçirir;
• Azad, demokratik, hüquqi, dünyəvi, sivil və liberal yönümlü dövlətin qurulması naminə birgə səy göstərmək istəyən Azərbaycan vətəndaşlarını öz ətrafında birləşdirmək və hərəkatın işinə cəlb edir.
• Təhsildə yeniliklərlə bağlı öz təkliflərini hazırlayır və əlaqədar qurumlara təqdim edir;
• Həyatın bütün sahələrində qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsinə kömək göstərir;
• Müxtəlif mədəni tədbirlər təşkil edir;
•  Müxtəlif xeyriyyə məqsədli tədbirlər təşkil edir;
• Vətəndaşların, xüsusilə gənclərin cəmiyyətə və ümumiyyətlə insanlığa xeyir verə biləcək fəaliyyətinə kömək göstərir;
• Ətraf mühitin mühafizəsi məqsədilə ekoloji maarifləndirmə aparır;
•  Öz məqsədlərinə uyğun fəaliyyətlə məşğul olan digər təşkilatlarla əməkdaşlıq edir.
•  Qanunla qadağan olunmayan digər fəaliyyət sahələri ilə məşğul olur


3.  DALĞA GH-na ÜZVLÜK

3.1. Dalğa GH-nın Nizamnaməsini, Əsasnaməsini, Bəyannaməsini, Simvollarını, Konsepsiyalarını və Andını qəbul edən 16-35 yaş arası şəxslər  Dalğa GH-na üzv ola bilərlər.

3.2.  Dalğa GH-yə üzv olmaq üçün müvafiq ərazi ofisinə müraciət olunur.  Aidiatı orqan bir ay ərzində həmin şəxsə cavab verir.

3.3. Üzvlükdən azad edilmiş hər bir şəxs bir ay müddətində yazılı surətdə Mərkəzi Nəzarət Təftiş Komissiyasına ( MNTK) və yaxud məhkəməyə müraciət edə bilər.

3.4. Üzvlər bərabər hüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:

• Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada hərəkatın idarə olunmasında iştirak etmək;
• Dalğa GH-nın hər hansı seçkili orqanına seçmək və seçilmək (Nizamnamədə nəzərdə tutulmuş hallar istisna olmaqla);
• Dalğa GH-nın rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
• Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək;
• Hərəkatın  müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

3.5.  Dalğa GH-nın üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.

3.6. Dalğa GH-nın üzvü yalnız Dalğa GH-nın müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya həmin orqanın adından bəyanatla çıxış edə bilər.

3.7.  Dalğa GH üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

• Dalğa GH-nın Nizamnaməsinə, Əsasnaməsinə və etika normalarına əməl etmək;
• Dalğa GH-nın seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
• Dalğa GH-nın Qurultayında iştirak etmək.

3.8.  Dalğa GH-nın seçkili orqanının hər bir üzvü 3 iclasa ardıcıl olaraq gəlmədikdə onun bu orqanda fəaliyyətinə xitam vərilə bilər. Bu işi həmin şəxsi seçmiş orqan etməlidir. Üzvlüyə xitam verilmə 2/3 səs çoxluğu ilə həyata keçirilir.

3.9.  Aşağıdakı hallarda üzvlükdən xaric edilmə həyata keçirilir:

• Könüllü surətdə üzvlükdən imtina etdikdə;
• Hərəkatın nizamnaməsini kobud surətdə və ya dəfələrlə pmozduqda;
• Hərəkatın əsasnaməsini kobud surətdə və ya dəfələrlə pozduqda;
• Etik normaları kobud surətdə pozduqda;
• Mütəmadi olaraq Qurultayda iştirak etməkdən boyun qaçırdıqda;

3.10. Üzvlük haqqı İH tərəfindən müəyyənləşdirilir.
 

4. DALĞA GH-nin İDARƏETMƏ və NƏZARƏT ORQANLARI

4.1. Dalğa GH-nın təşkilati quruluşu:

• Qurultay
• Geniş Toplantı
• İdarə Heyəti (İH)
• Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK)


Qurultay:

4.2. Qurultay ən yüksək səlahiyyətli orqandır.

4.2.1. Qurultay Dalğa GH-nın bütün üzvlərindən ibarətdir.

4.2.2. Qurultayın səlahiyyətlərinə daxildir:

• 2/3 səs çoxluğu ilə Dalğa GH-nın təsisi və onun fəaliyyətinə xitam verilməsi məsələlərini həll edir;
• 2/3 səs çoxluğu ilə Dalğa GH-nın Nizamnaməsini, Əsasnməsini və Bəyannaməsini açıq səsvermə ilə qəbul edir , ona əlavə və dəyişikliklər edir;
• Sədrin, İH-nin və MNTK-nın hesabatlarını dinləyir;
• Gizli səsvermə ilə sədri və birinci muavini, açıq səsvermə ilə isə İH-nin və MNTK üzvlərini 1 il müddətinə seçir ;
• Dalğa GH-nın ümumi fəaliyyət istiqamətlərini müəyyənləşdirir;
• Üzvlərin 1/3-nin tələbi ilə Dalğa GH-nın fəaliyyəti ilə bağlı İH-nin və ya digər orqanların həll etdiyi konkret məsələni öz müzakirəsinə çıxarıb həll edə bilər.

4.2.3. Qurultay üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

4.2.4. Nizamnamədə başqa qayda nəzərdə tutulmadıqda qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

4.2.5. Qurultay ən azı ildə bir dəfə çağırılır. Aşağıdakı hallarda Qurultay növbədənkənar çağırılır:

• Geniş Toplantının qərarı ilə;
• Dalğa GH-nın üzvlərinin 1/3-nin tələbi ilə;
•  Sədrin qərarı ilə .

4.2.6. Dalğa GH –nın bütün üzvlərinə Qurultayın keçirildiyi yer və vaxt barəsində ən azı yarım ay (15 gün) əvvəl məlumat verilməlidir.

4.2.7. Dalğa GH-nın sədri və İdarə Heyyəti istefaya getdikdən sonar Qurultaya qədərki dövrdə hərəkata Genish Toplanti (GT) tərəfindən formalaşdırılan, hüquq və vəzifələri Əsasnamə ilə müəyyənləşən Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsi (QHTK) rəhbərlik edir.
Geniş toplantı

4.3.1. Geniş Toplantı Dalğa GH-nın cari siyasətini və strateji fəaliyyət istiqamətlərini müəyyən edən orqandır. Geniş Toplantı sədrdən, sədrin 1-ci müavinindən, MNTK üzvlərindən, regional ofis rəhbərlərindən, komitə sədrlərindən, layihə rəhbərlərindən, hərəkatın nümayəndəlik rəhbərlərindən, klub rəhbərlərindən, sədr tərəfindən dəvət olunan iştirakçılardan və İdarə Heyyətinin digər üzvlərindən ibarətdir.

4.3.2. Geniş Toplantının səlahiyyətlərinə daxildir:

• Hərəkatın fəaliyyət taktikasını hazırlayır.
• Hərəkatın Qurultayını çağırma haqqında qərar qəbul edir.
• Sədr üzrlü səbəbdən vəzifəsini icra edə bilmədikdə onun yerinə qısa müddətlik (sədrin səlahiyyət müddətini keçməmək şərti ilə) sədr əvəzi seçir.
• Daimi və müvəqqəti komissiyalar yaradır, onların fəaliyyətlərini əlaqələndirir.
• Hərəkatın rəsmi mətbu orqan və ya orqanlarını müəyyənləşdirmək.
• Hərəkatın strukturunda dəyişikliklər və əlavələr edir.
• Hərəkatın sədri barəsində impiçment qaldırmaq və 2/3 səs çoxluğu ilə Qurultay çağırmaq.
• Hərəkatın simvollarını və təqdimat formalarını müəyyənləşdirir.
• Nizamnamədən və Əsasnamədən irəli gələn digər məsələləri həll edir.

4.3.3. Geniş Toplantı ayda ən az bir dəfə olmaqla çağrılır və Qurultaylar arası dövrdə ən ali qərarverici orqandır.


İdarə Heyyəti

4.4. Dalğa GH-nin İdarə Heyyəti hərəkatın ən ali icraedici orqanıdır. İH Dalğa GH-nin sədrindən, 1-ci müavindən və İH-nin üzvlərindən ibarətdir.

4.4.1. İH-nin səlahiyyətlərinə daxildir:

• Dalğa GH-nın iş proqramlarını müəyyən edir;
• Xüsusi hallarda 2/3 səs çoxluğu ilə Dalğa GH-nın üzvlüyünə qəbul və üzvlükdən azad edir;
• Dalğa GH-nın regional ofislərini yaradır, nümayəndəliklərini açır;
•  Sədrin bağladığı müqavilələri və verdiyi etibarnamələri təsdiq edir;
• Hərəkatın daxili həyatı və fəaliyyətinin təxirəsalınmaz məsələlərinə baxır.
• Hərəkatın Geniş Toplantısının iclaslarını təşkil edir.
• Bəyənatlar və müraciətlərlə çıxış edir.
•  Hərəkatın büdcəsinin formalaşdırılması və istifadəsi ilə bağlı qərar qəbul edir.
• Dövlət orqanları, İctimai-siyasi təşkilatlar və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr yaradır.
•  Başqa orqanların səlahiyyətlərinə aid olmayan bütün məsələri həll edir.
• Nizamnamədən və Əsasnamədən irəli gələn digər məsələləri həll    edir.

4.4.2. İH ən az halda ayda iki dəfə çağırılır. İH-nin növbədənkənar iclasları sədrin və ya İH-nin üzvlərinin 1/3-nin tələbi ilə çağırılır

4.4.3. İH-nin bütün üzvləri bərabərhüquqludurlar. Nizamnamədə başqa hal nəzərdə tutulmadıqda qərar sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda sədrin səsi həlledici səs kimi nəzərə alınır.


Dalğa GH-nin sədri

4.4.4. Dalğa GH-nin sədri Qurultay tərəfindən 1-ci müavini ilə birlikdə bir il müddətinə seçilir.

4.4.5. Sədrin səlahiyyətləri :

• İdarə Heyyətinin və Geniş Toplantının iclaslarına sədrlik edir, İdarə        Heyyətinin işinə rəhbərlik edir;
• Dalğa GH-nın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir və icraedici , sərəncamverici funksiyalar daşıyır;
• Dalğa GH-nı təmsil edir, onun adından sənədləri imzalayır, müqavilələr bağlayır, etibarnamələr verir, bəyanatlar qəbul edir;
•  Digər orqanların fəaliyyətini əlaqələndirir;
•  Geniş Toplantı və İdarə Heyyətinin qərarlarının icrasını təşkil edir.
•  Hərəkatın təşkil etdiyi tədbir və aksiyalarda situasiyaya uyğun ani qərarlar verir.
•  Zəruri hallarda öz səlahiyyətlərini müvəqqəti olaraq 1ci müavinə həvalə edir.
•  Sədr Qurultaya bir ay müddət qalmış vəzifəsindən istefa verir.
•  Nizamnaməyə və Əsasnaməyə müvafiq olaraq digər vəzifələri yerinə yetirir.


Mərkəzi Nəzarət Təftiş Komissiyası

4.4.6. Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) Dalğa GH-nin ali nəzarətedici orqanıdır.

4.4.7. MNTK Dalğa GH-nın rəhbər orqanlarının və ayrı-ayrı üzvlərinin fəaliyyətinə nəzarət edir, habelə onların fəaliyyətinin Dalğa GH-nın Nizamnaməsinin,Əsasnaməsinin və Bəyannaməsinin tələblərinə uyğun qurulumasına nəzarət edir.

4.4.8. MNTK-nın üzvləri Qurultay tərəfindən seçilir. MNTK-nın üzvlərinin sayı üç nəfərdən az olmamalıdır.

4.4.9. MNTK-nın iclasları ən az halda ayda 1 dəfə çağırılır

4.4.10. MNTK aşağıdakı səlahiyyətlərə malikdir:

• İdarəetmə orqanlarının fəaliyyətinə nəzarət edir və bununla bağlı hesabat və məlumatları tələb edir;
• Rəhbər orqanların qəbul etdikləri qərarların Dalğa GH-nın Nizamnaməsinin, Əsasnaməsinin və Bəyannaməsinin tələblərinə cavab vermədiyini təyin etdikdə bu qərarların icrasını GT-nin yaxın iclasınadək dondurur;
• MNTK Dalğa GH-nın ayrı-ayrı üzvlərinin yazılı apellyasiya şikayətlərinə baxır, onları müzakirə edir və bir ay ərzində yazılı cavab verir.

4.4.11. MNTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul olunur

4.4.12. MNTK-nın iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir


5. Dalğa GH-nın Əmlakı və Maliyyə Vəsaiti.

5.1.  Dalğa GH-nın əmlakı və maliyyə vəsaiti aşağıdakı mənbələrdən formalaşır:

• Üzvlük haqqlarından;
• Könüllü verilən vəsait və ianələrdən;
• Qrantlardan;
• Dalğa GH-nın həyata keçirdiyi tədbirlərdən
• Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər
• Qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət sahələrindən əldə olunan gəlirlərdən.

5.2. Üzvlük haqqının məbləği İH tərəfinfən müəyyənləşdirilir və Manat və ya xarici valyuta vasitəsi ilə toplanır.

5.3. Hərəkatın mülkiyyətinə binalar, qurğular, nəqliyyat vasitələri, səhmlər, qiymətli kağızlar və onun fəaliyyətinin maddi təminatı üçün zəruri olan digər əmlak daxil ola bilər.

5.4. Maliyyə vəsaiti ancaq Dalğa GH-nın Nizamnaməsində və Əsasnaməsində göstərilən məqsədlərin yerinə yetirilməsinə xərclənir.


6.  Dalğa GH-nin hüquqi statusu

6.1. Dalğa GH hüquqi şəxsdir. Hərəkatın ağzı yazılmış dairəvi möhürü və ştampı, özünün rəmzi, həmçinin digər rekivizitləri ola bilər.

6.2. Dalğa GH-nin bankda hesaplaşma hesabı və digər hesabları vardır.

6.3. Dalğa GH-nin qərarverici orqanı tərəfindən müəyyənləşdirilən rəsmi simvolikaları mövcuddur.

6.4. Qanunvericiliyə uyğun olaraq Hərəkatın mətbuu orqanı və ya orqanları həmçinin digər kütləvi informasiya vasitələri ola bilər.


7. Dalğa GH-nın Fəaliyyətinə Xitam Verilməsi

7.1. Dalğa GH-nın fəaliyyətinə Qurultayın qərarına əsasən xitam verilir (Qurultay iştirakçılarının 2/3 səs çoxluğu ilə) və yaxud «Qeyri-Hökumət Təşkilatları (İctimai Birliklər və Fondlar) Haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən məhkəmə qərarı ilə xitam verilə bilər.

7.2. Dalğa GH-nın fəaliyyətinə xitam verildikdən və ya ləğv edildikdən sonra onun bütün əmlakı müvafiq qanunvericiliyə uyğun Nizamnamədə və Əsasnaməsində nəzərdə tutulan məqsədlərə yönəldilir. Dalğa GH-nın fəaliyyətinə xitam verilməsi və ya ləğvi barədə KİV-də məlumat verilir. 

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.