1.4.08


Vərəm əleyhinə aksiya keçirən gənclər, polislə də 1 aprel zarafatı etməyə imkan tapdılar
QayNar: Dalğa Gənclər Hərəkatı (Dalğa GH) 1 aprel tarixində Demokratiya bağından başlayaraq Fəvvarələr Meydanına kimi aksiya edəcəyini açıqlamışdı. Nəzərdə tutulan aksiya bu gün saat 14-00-da öncədən elan olunmuş yerdə yox, Tibb Universitetinin qarşısında keçirilib. Buna səbəb əvvəlcədən nəzərdə tutulmuş yerə polis nəfərlərinin cəlb olunması olub. Bu da dalğaçılara polislərlə 1 aprel zarafatı etmək fürsəti verdi. Tibb Universitetinin qarşısına gedən Hərəkat fəalları üzərində “Sağlam gələcək, vərəmlə gələcək?!”, “Səhiyyəmiz komadadır!” azərbaycan və ingilis dilində şüarlar qaldırmış və ağızlarına tibbi maska bağlayaraq yerə uzanmışlar. Bu isə Tibb Universitetinin tələbələrinin marağına səbəb olmuşdur. Aksiya iştirakçıları üzərində tələbləri  yazılmış 2000 vərəqəni tələbələr arasında paylamışlar. Vərəqənin mətni aşağıdakı kimi olub.

Təmiz ekologiya, korrupsiyasız səhiyyə, sağlam gələcək...

Niyə Bakı dünyanın ən çirkli paytaxt şəhəridir ?..
Niyə Azərbaycanın iki böyük şəhəri çirkli şəhərlər sırasındadır?..
Niyə imkanlı şəxslər müalicə üçün xaricə gedirlər?..
Niyə səhiyyə sistemində korrupsiya var?
Niyə Tibb Universitetində tibbi texnologiyanın son yenilikləri yoxdur?..
Niyə Tibb Universitetində kitab çatışmazlığı var?..
Niyə Azərbaycan dünyada vərəmə görə birincidir?..
Bizi bu suallar düşündürür...
Biz bu suallara cavab axtarırıq...
Biz " Dalğa Gənclər Hərəkatı bu suallara cavab tapmayana qədər mübarizəmizdən dönməyəcəyik və hər kəsi bizimlə birlikdə mübarizəyə səsləyirik! Unutmayaq ki, bu günki Azərbaycanın gələcəyi biz GƏNCLƏRİK!

Sağlam Azərbaycanda Yaşamaq Arzusu ilə,

Dalğa Gənclər Hərəkatı                      web:www.dalga-gh.tk,
                                                             email: dalga_telebe@yahoo.com
PS. Alma - "sağlamlıq" yox, "sağlam gələcək" deməkdir!..






Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.