Dalğa Gənclər Hərəkatı - "Uşaqlara qayğı ilə"
31 may 2012-ci il Dalğa Gənclər Hərəkatının İdarə Heyətinin qərarına əsasən, “ Uşaqlara qayğı ilə” həftəsi çərçivəsində Dalğa GH-nın təşkilatçılığı ilə Səhiyyə Nazirliyinə məktub ünvanlanacaq, müxtəlif tədbirlər, flashmoblar keçiriləcəkdir.
Dalğa Gənclər hərəkatı “ADR həftəsi” çərçivəsində “Demokratiya yürüşü” keçirib.
Çox sayda Dalğaçının iştirak etdiyi yürüş Nizami küçəsindən Rəsulzadə bağına qədər davam edib. Yürüş zamanı hərəkat üzvləri Azərbaycan və Dalğa Gənclər hərəkatın himnini ifa ediblər.
Biz anladıq ki…
Bir çox hallarda edilən yeniliklər və ya dəstək aksiyalarımız insanlar tərəfindən birmənalı qarşılanmır. Biz anlayırıq! Anlayırıq ki, həbsdə olan gənc dostlarımızın müdafiəsi məqsədi ilə yaradılan Gənclərin Hüquqlarını Müdafiə Komitəsində təmsil olunmağımız hakimiyyət qurumlari tərəfindən yaxşı qarşılanmır. Necə ki, maarifçilik hərəkatı ilə eyni dəyərləri paylaşmağımız üçün də mollaların xoşuna gəlmirik..
“Dalğa”çılar ağızlarını bağladılar
Iyunun 3çü Dalğaçılar ümumidünya İfadə Azadlığına dəstək aksiyasını keçiriblər.
Gənclərin Rəsulzadə sevgisinin acı aqibəti?
Polis «Dalğa» Gənclər Təşkilatının 2 üzvünü saxlayıb. Təşkilatdan hesab edirlər ki, buna gənclərin əyinlərindəki köynək səbəb olub. Təşkilatın həmtəsisçisi Ramin Hacılı: «Səbəb köynəkdir, Rəsulzadənin şəkli olan köynək. 2 gün əvvəl «Dalğa»nın ofisinə 9-cu polis bölməsinin əməkdaşları gəlib, bildiriblər ki, burda köynək satılır.
21.11.12
Erməniləri Azərbaycan “Dalğa”sı vurdu
20.11.12
Dalğa Gənclər Hərəkatı ictimaiyyətə müraciət etdi
İdarə Heyyəti
Rafiq Tağı Mükafatının verilmə vaxtı müəyyənləşdi
Dalğa Gənclər Hərəkatı Azərbaycanda Avropa və ümumbəşəri dəyərlərin yayılması istiqamətində fəaliyyət göstərən Rafiq Tağının əziz xatirəsinə "Rafiq Tağı Mükafatı" təsis edib.
Hörmətlə,
Dalğa Gənclər Hərəkatın
İdarə Heyyəti
7.11.12
Dalğa Gənclər Hərəkatın Bəyanatı
Etik normaları kobud sürətdə pozduğuna görə və hərəkatın üzvlərinə qarşı hörmətsizliklə yanaşdığı üçün, Dalğa Gənclər Hərəkatının üzvu Fərid Eyyubov, hərəkatın nizamnaməsinin 3.9 bəndinə əsasən şiddətli töhmət alıb və Dalğa Gənclər Hərəkatının üzlüyündən uzaqlaşdırılmışdır.
Dalğa Gənclər Hərəkatı olaraq əməkdaşlıq etdiyimiz təşkilatlara və fərdlərə həmin şəxslə əlaqə yaratmamağı tövsiyyə edirik.
Hörmətlə,
Dalğa Gənclər Hərəkatın İdarə Heyyəti
18.10.12
Dalğaçılar "Yeni Müsavata" və "Azadlığa" dəstək oldular
Dalğa Gənclər Hərəkatının üzvləri "Yeni Müsavat" və "Azadlıq" qəzetlərin bu gün gunorta saatlarında baş tutmuş Qasid ASC-nin Nəsimi rayonu «Memar Əcəmi» metro stansiyası yaxınlığında yerləşən ofisinin qarşısında kecirdiyi aksiyasında ishtirak edərək onlara dəstək olublar.Bu gün ölkədə mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib lakin onların yalniz bir hissəsi daimi olaraq nəşr olunur , bu siyahıda "Yeni Müsavat" və "Azadlıq" qəzetlərin də adını qeyd etmək mütləqdir.
Hərəkat olaraq Dalga GH azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, KIV bazarında müəyyən nöqsanların aradan qaldırılması və sosial vəziyyətin yaxşılaşdırılmasının tərəfdarıdır.
15.10.12
Dalğa Gənclər Hərəkatında yeni rəhbər seçildi
İctimai Əlaqələr koordinatoru –Fəridə Aşralova.
Media koordinatoru – Rüfət Əlisultanlı.
Təşkilati İşlər üzrə koordinator –Kənan İsmayılov.
Maliyyə koordinatoru – Mirheydər Məmmədov .
Gender koordinatoru –Fəridə Aşralova.
MNTK – Səbadə Behbudova (sədr)
MNTK-nın məsul şəxsləri –Kənan Rəfiyev və Babək Əliyev.
Regionlar üzrə komissiyanın rəhbəri –Fərid Eyyubov.
10.10.12
“Dalğa”çılardan seçki aksiyası
Oktyabrın 13çü dünya məşhur olan "Esquire" jurnalın 920 000 minlik vkontakte.ru səhifəsində aksiyanın foto şəkili yayımlanmışdı.
5.10.12
Dalğa Gənclər Hərəkatı "Rafiq Tağı" Mükafatı təsis edib
30.9.12
Bir Nidaçı üçün " ! "
31.7.12
Dalğa Gənclər Hərəkatının sədri ilə bağlı rəsmi məlumat
Dalğa Gənclər Hərəkatının sədri Xanım Yadigarlının səhhətindən problemlər aşkarlanıb. Belə ki, Azərbaycanda keçdiyi diaqonistik müayinələr zamanı onun ağır xəstəlikdən əziyyət çəkdiyi və xarici ölkələrin birində müalicə olunmasına ehtiyac olduğu müəyyənləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, Xanim Yadigarlının müalicəsi bir neçə ay davam edə, müalicə effektli olmadığı təqdirdə o əməaliyyat da oluna bilər. Əməliyyatdan sonra isə ən azı 1 ay həkim nəzarəti altında yaşayacaq. Bütün bunları nəzər alaraq 29 iyul 2012-ci ildə Dalğa GH-nin İdarə Heyətinin toplantısında onun səlahiyyətləri müvəqqəti olaraq birinci müavini Kamran Rəşidova həvalə olunub.
Qeyd edək ki, hazırda Xanim Yadigarlının durumu ilə bağlı hər hansı məlumata sahib deyilik. Yaxın 1 həftə ərzində onun durumu haqqında daha geniş məlumat əldə ediləcək və bundan sonra onun vəzifəsini icra edə bilib bilməyəcəyi ilə bağlı qərar veriləcək. Əgər o vəzifəsini icra edə bilməzsə, bu zaman hərəkatın nizamnaməsinə uyğun olaraq geniş toplantı tərəfindən sədr əvəzi seçiləcək.
Biz Dalğa Gənclər Hərəkatının üzvləri olaraq Xanım Yadigarlıya şəfa diləyir, tezliklə sağalmasını arzu edirik!
15.7.12
Dalga Youth Movement participated in London 2012 'Beach Football' championship
11.7.12
Dalğa Gənclər Hərəkatı İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
Aksiyada 15-dən çox hərəkat üzvü iştirak edib. Aksiyanı keçirməkdə məqsəd aprelin 29-da Təbrizdə Güney Azərbaycan Yazarlar Ocağının təşkil etdiyi poeziya festivalında iştirak etmək üçün İrana dəvət olunan və mayın 2-də həbs olunan iki həmyerlimizin – gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin həbsini qəti şəkildə pisləmək və onlar haqqında hər hansı rəsmi ittiham olmadığı təqdirdə qeyri-şərtsiz olaraq azadlığa buraxılması istiqamətində İran hökümətinin müvafiq addımlar atmasını tələb etmək olub.24.6.12
“Dalğa”çılar Elçibəyi andılar
20.6.12
Dalğaya "hacker" hücumları davam edir!
May və İyun ayları ərzində Dalğa Gənclər Hərəkatının emaillarına, naməlum şəxslər tərəfindən, daimi virus hücumları cəhdi müşahidə olunub.
Mayın 28-də isə Dalğa Gənclər Hərəkatın 2 e-mailı və blogspot akauntu sındırılmışdır.
Bütün akauntlar bərpa olunmuşdur və daha güclü müdafiyə sistemi quraşdırılmışdır.Bu günə qədər hər gün müxtəlif şəxslər tərəfindən viruslar emailimizə göndərilməkdədir. 20.06.2012 tarixində yenidən blog və saytımıza hacker hücumları olub.Bu səbəbdən Dalğa Gənclər Hərəkatı olaraq bəyan edirik ki, həmin elktron poçtlardan göndərilən məktublara görə Dalğa Gənclər Hərəkatı məsuliyyət daşımır. Əgər həmin poçtlardan kimlərinsə elektron ünvanına məktub daxil olarsa, xahiş edirik ki, bu barədə Dalğa GH rəhbərliyinə məlumat verilsin.
14.6.12
"Qanvermə aksiyası" və donor Dalğaçılar.
Qeyd edək ki, Ümumdünya Səhiyyə təşkilatının 2005-ci ilin may ayında qəbul etdiyi bəyannaməyə əsasən 14 iyun tarixinin “Ümumdünya Qan Donoru” günü kimi qeyd olunması qərara alınmışdır.
13.6.12
Söz və ifadə azadlığının müdafiəsi yolunda sonacan döyüşəcəyik
11.6.12
Gənclər kubokuna start verildi.
11 iyun tarixində AFFA-nın Futbol Akademiyasında qeydiyyatdan keçən 32 komandalar arasında Dalğa Gənclər Hərəkatı da iştirak edti. 32 komandanın iştirak edəcəyi turnirin startı iyunun 14-də veriləcək. Turnirin ilk mərhələsində komandalar olimpiya sistemi, daha sonra qrup turnirində mübarizə aparacaqlar. “Gənclər Kuboku”nun final görüşü 8 iyul tarixində keçiriləcək və turnirin qalibləri kubok, medallar, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir. Xatırladaq ki, bütün oyunlar AFFA-nın Futbol Akademiyasının meydançasında keçiriləcək.
-Komandamıza uğurlar arzulayırıq.
6.6.12
"Uşaqlara qayğı ilə" flashmobu.
Dalğa Gənclər Hərəkatı “Uşaqlara qayğı ilə” həftəsi çərçivəsində flashmob keçirib. Flashmob Bakının mərkəzi küçələrindən birində olub. Flashmobda 20-dən artıq “Dalğaçı” iştirak edib. Flashmob zamanı uşaqlara müxtəlif şiriniyyatlar, şarlar paylanıb. Flashmobda uşaqlara aid aksesuarlardan istifadə olunub. Qeyd edək ki, flashmona heç bir polis müdaxiləsi olmayıb. Flashmob uğurla başa çatıb.1.6.12
Dalğa Gənclər Hərəkatı - "Uşaqlara qayğı ilə"
28.5.12
Dalğa Gənclər hərəkatı “ADR həftəsi” çərçivəsində “Demokratiya yürüşü” keçirib.
Şəkillər İRFS (c)






.jpg)












