11.6.12

Gənclər kubokuna start verildi.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA),  ADİDAS və “İRƏLİ” İdman Mərkəzi Azərbaycanda gənclərarası futbol üzrə ilk “Gənclər Kuboku” turnirinə start verib. 
11 iyun tarixində AFFA-nın Futbol Akademiyasında qeydiyyatdan keçən 32 komandalar arasında Dalğa Gənclər Hərəkatı da iştirak edti. 32 komandanın iştirak edəcəyi turnirin startı iyunun 14-də veriləcək. Turnirin ilk mərhələsində komandalar olimpiya sistemi, daha sonra qrup turnirində mübarizə aparacaqlar. “Gənclər Kuboku”nun final görüşü 8 iyul tarixində keçiriləcək və turnirin qalibləri kubok, medallar, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği  və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir. Xatırladaq ki, bütün oyunlar AFFA-nın Futbol Akademiyasının meydançasında keçiriləcək. 


-Komandamıza uğurlar arzulayırıq.
Sevqi ilə idarə heyyəti.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.