24.6.12

“Dalğa”çılar Elçibəyi andılar



Məlum olduğu kimi bu gün, 24 iyun 2012-ci il Azərbaycan Xalq Hərəkatının lideri, eks-Prezident Əbülfəz Elçibəyin doğum günüdür. Bu məqsədlə Dalğa Gənclər Hərəkatının üzvləri eks Prezidentin fəxri xiyabanda yerləşən məzarını ziyarət ediblər.
Hərəkat üzvləri Elçibəyin məzarı önündə keçirdikləri anım mərasiminə Azərbaycan Respublikasının himni ilə başlayıblar. Daha sonra Hərəkat üzvlərindən bir neçəsi çıxış edərək anım mərasiminə toplaşan gənclərə Elçibəyin fəaliyyəti haqqında məlumat veriblər. Bundan əlavə dalğaçılar əllərində “Eks-Prezident doğum günün mübarək” , “Bu Bəyin taleyidir – 24.06.1938” şüarlarını təqdim etdilər.
Qeyd edək ki, Dalğa Gənclər Hərəkatı 2 il bundan əvvəl mərhum Prezident Əbülfəz Elçibəyə “Eks Prezident”lik statusu verib. 3 gün bundan əvvəl isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin eks Prezidentlik haqqında qanununu təsdiqləyib və Elçibəyə rəsmən eks Prezidentlik statusu verilib.
 

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.