20.6.12

Dalğaya "hacker" hücumları davam edir!


May və İyun ayları ərzində Dalğa Gənclər Hərəkatının emaillarına, naməlum şəxslər tərəfindən, daimi virus hücumları cəhdi müşahidə olunub.
Mayın 28-də isə Dalğa Gənclər Hərəkatın 2 e-mailı və blogspot akauntu sındırılmışdır.
Bütün akauntlar bərpa olunmuşdur və daha güclü müdafiyə sistemi quraşdırılmışdır.Bu günə qədər hər gün müxtəlif şəxslər tərəfindən viruslar emailimizə göndərilməkdədir. 20.06.2012 tarixində yenidən blog və saytımıza hacker hücumları olub.Bu səbəbdən Dalğa Gənclər Hərəkatı olaraq bəyan edirik ki, həmin elktron poçtlardan göndərilən məktublara görə Dalğa Gənclər Hərəkatı məsuliyyət daşımır. Əgər həmin poçtlardan kimlərinsə elektron ünvanına məktub daxil olarsa, xahiş edirik ki, bu barədə Dalğa GH rəhbərliyinə məlumat verilsin.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.