13.6.12

Söz və ifadə azadlığının müdafiəsi yolunda sonacan döyüşəcəyik


Biz Dalğa Gənclər Hərəkatı 12 iyun 2012-ci ildə qondarma ittihamla saxlanılan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynovun həbsini qəti şəkildə pisləyirik.Hesab edirik ki, bu hadisə Azərbaycanda mətbuat və söz azadlığına ciddi zərbədir.Bu olay ətrafında bütün ictimai aktiv gəncləri və əsasəndə media işçilərini həmrəy olmağa çağırırıq.

Dalğa Gənclər Hərəkatı olaraq daim plüralizmin keşiyində durmuşuq və azadlığa qarşı olan və ya onu məhdudlaşdıran hər hansı bir qərarlara yenidən baxılmasını tələb edirik.Ümid edirik ki, məhkəmə absurd ittihamla saxlanılan gənc foto-bloggerin azad olunması barədə ədalətli qərar çıxaracaq. Əks təqdirdə, biz hərəkat olaraq haqqın öz yerini tapması üçün bütün resurslarımızı səfərbər edib, Azərbaycan Respublikasının konstitutsiyasına əsaslanaraq, insan hüquq və azadlıqlarının eləcə də söz və ifadə azadlığının müdafiəsi yolunda vətəndaşlıq vəzifəmizi yerinə yetirəcəyik.


Hörmətlə,
Xanım Yadigarlı
Dalğa Gənclər Hərəkatının Sədri

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.