31.7.12

Dalğa Gənclər Hərəkatının sədri ilə bağlı rəsmi məlumat


Dalğa Gənclər Hərəkatının sədri Xanım Yadigarlının səhhətindən problemlər aşkarlanıb. Belə ki, Azərbaycanda keçdiyi diaqonistik müayinələr zamanı onun ağır xəstəlikdən əziyyət çəkdiyi və xarici ölkələrin birində müalicə olunmasına ehtiyac olduğu müəyyənləşdirilib. 

Həkimlərin verdiyi məlumata görə, Xanim Yadigarlının müalicəsi bir neçə ay davam edə, müalicə effektli olmadığı təqdirdə o əməaliyyat da oluna bilər. Əməliyyatdan sonra isə ən azı 1 ay həkim nəzarəti altında yaşayacaq. Bütün bunları nəzər alaraq 29 iyul 2012-ci ildə Dalğa GH-nin İdarə Heyətinin toplantısında onun səlahiyyətləri müvəqqəti olaraq birinci müavini Kamran Rəşidova həvalə olunub.
Qeyd edək ki, hazırda Xanim Yadigarlının durumu ilə bağlı hər hansı məlumata sahib deyilik. Yaxın 1 həftə ərzində onun durumu haqqında daha geniş məlumat əldə ediləcək və bundan sonra onun vəzifəsini icra edə bilib bilməyəcəyi ilə bağlı qərar veriləcək. Əgər o vəzifəsini icra edə bilməzsə, bu zaman hərəkatın nizamnaməsinə uyğun olaraq geniş toplantı tərəfindən sədr əvəzi seçiləcək.
Biz Dalğa Gənclər Hərəkatının üzvləri olaraq Xanım Yadigarlıya şəfa diləyir, tezliklə sağalmasını arzu edirik!

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.