20.11.12

Rafiq Tağı Mükafatının verilmə vaxtı müəyyənləşdi



Ötən il 19 noyabr tarixində maarifçi - publisist Rafiq Tağı naməlum şəxs(lər) tərəfindən hücuma məruz qalmışdı, o, aldığı bıçaq yaralarından 23 noyabr 2012-ci il tarixində xəstəxanada vəfat edib.

Dalğa Gənclər Hərəkatı Azərbaycanda Avropa və ümumbəşəri dəyərlərin yayılması istiqamətində fəaliyyət göstərən Rafiq Tağının əziz xatirəsinə "Rafiq Tağı Mükafatı" təsis edib.
Mükafat ölkədə Avropa və ümumbəşəri dəyərlərin yayılmasına xidmət edən 3 nəfərə veriləcək.
Mükafatın qalibləri son 1 ildə Azərbaycan insanı üçün etdiyi fədakarlıqlara görə müəyyənləşdiriləcək.

Qaliblər aşağıdakı qaydada mükafatlandırılacaq:
Birinci yer – qalibin 1000 tirajla kitabı çap olunacaq
İkinci yer – pul mükafatı
Üçüncü yer – pul mükafatı

23 noyabr 2012-ci il tarixində, saat 15:00-da Dalğa Plazanın 9-cu mərtəbəsındə mükafatın təqdimetmə mərasimi keçiriləcək. Qaliblər mərasim zamanı açıqlanacaq.

Təqdimata KİV və ictimaiyyət nümayəndələri dəvətlidir.

Hörmətlə,

Dalğa Gənclər Hərəkatın
İdarə Heyyəti

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.