18.10.12

Dalğaçılar "Yeni Müsavata" və "Azadlığa" dəstək oldular

Dalğa Gənclər Hərəkatının üzvləri "Yeni Müsavat" və "Azadlıq" qəzetlərin bu gün gunorta saatlarında baş tutmuş Qasid ASC-nin Nəsimi rayonu «Memar Əcəmi» metro stansiyası yaxınlığında yerləşən ofisinin qarşısında kecirdiyi aksiyasında ishtirak edərək onlara dəstək olublar.
Aksiyanin keçirilməsinin səbəbi , Qasid ASC "Yeni Müsavat" və "Azadlıq" qəzetlərin satışdan əldə etdiyi pulları mənimsəməsi və heç bir açıqlamada bulunmamasıdır. 
Bu gün ölkədə mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib lakin onların yalniz bir hissəsi daimi olaraq nəşr olunur , bu siyahıda "Yeni Müsavat" və "Azadlıq" qəzetlərin də adını qeyd etmək mütləqdir. 
Hərəkat olaraq Dalga GH azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, KIV bazarında müəyyən nöqsanların aradan qaldırılması və sosial vəziyyətin yaxşılaşdırılmasının tərəfdarıdır.




Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.