11.7.12

Dalğa Gənclər Hərəkatı İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib


Aksiyada 15-dən çox hərəkat üzvü iştirak edib. Aksiyanı keçirməkdə məqsəd aprelin 29-da Təbrizdə Güney Azərbaycan Yazarlar Ocağının təşkil etdiyi poeziya festivalında iştirak etmək üçün İrana dəvət olunan və mayın 2-də həbs olunan iki həmyerlimizin – gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin həbsini qəti şəkildə pisləmək və onlar haqqında hər hansı rəsmi ittiham olmadığı təqdirdə qeyri-şərtsiz olaraq azadlığa buraxılması istiqamətində İran hökümətinin müvafiq addımlar atmasını tələb etmək olub.
Gənclər “Şair molladan yaxşıdır” “Şər atmaq imandan gəlir?” şüarları ilə öz etirazlarını çatdırıblar. Aksiya insidentsiz ötüşüb və polis müdaxiləsi qeydə alınmayıb
Sonda aksiya iştirakçıları aksiyanın bəyanatını səsləndiriblər.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.