30.9.12

Bir Nidaçı üçün " ! "


"NİDA Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü Zaur Qurbanlı Sentyabırın 29zu səhər saatlarında evinin qarşısında bir qrup mülki geyimli şəxs tərəfindən saxlanılmış, daha sonra evində axtarış aparılmışdır.
Eyni vaxtda Müsbət Dəyişiklik Gənclər Hərəkatının ofisinə də bir neçə mülki geyimli şəxs gələrək axtarış aparmağa başlayıblar. Gələnlər özlərini Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim ediblər.  Axtarış zamanı MDGH-ın ofisində NİDA-a məxsus olan çap məhsulları  tapılmışdır. Daha sonra ofisə gətirilən Zaur Qurbanlının iştirakı ilə video çəkliş aparılmış və kamera qarşısında broşuraların NİDA-a aid olması  təsdiqlətdirilmişdir. Daha sonra Zaur Qurbanlı qeyri-müəyyən yerə aparılmışdır. Fərqli mənbələrdən Zaurun saxlandığı yer barədə məlumat verilirdi. Əvvəl  Yasamal Rayon Polis İdarəsi, daha sonra Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi və Yasamal Rayon Məhkəməsi, lakin indiyənə qədər orqanların heç birisi bu məlumatı tıstiqləndirmiyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə Zaurun yerinin müəyyənləşdirilməsi ilə bağlı heç bir cavab verməyib. Bakı Şəhər Prokurorluğu və Ombudsman Aparatının qaynar xəttinə edilən zənglər cavabsız qalmışdır.
Hadisə zamanı MDGH-ın ofisində olan şahidlərdən biri Zaur Qurbanlını aparan mülki geyimlilərdən birini Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qarşısında gördü. Buna görə belə güman edilir ki, Zaur Qurbanlı hazırda Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır."
Artıq 24 saatdan çoxdur ki  Zaur Qurbanlının saxladığı yer barədə dəqiq heç bir orqan tərəfindən məlumat verilməyib, buna görə də biz, Dalğa Gənclər Hərəkatı bəyan edirik ki, bu həbsi qətiyyətlə pisləyirik və müvafiq qurumlardan Zaur Qurbanlının tezliklə azad edilməsini tələb edirik.
Əks təqdirdə biz adı çəkilən qurumların Azərbaycan Respublikasının Konstitusiyasına qarşı etinasızlığı, söz və ifadə azadlığına hörmətlə yanaşmaması və həmin hadisəni adam oğurlanması kimi qiymətləndirəcəyik. Hərəkat olaraq haqqın öz yerini tapması üçün bütün resurslarımızı səfərbər edib, Azərbaycan Respublikasının konstitutsiyasına əsaslanaraq, insan hüquq və azadlıqlarının eləcə də söz və ifadə azadlığının müdafiəsi yolunda vətəndaşlıq vəzifəmizi yerinə yetirəcəyik!

Dalğa Gənclər Hərəkatı artıq bu məsələ ilə bağlı ATƏTin Baki Ofisin əməkdaşları ilə ələqə saxlayıb.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.