14.6.12

"Qanvermə aksiyası" və donor Dalğaçılar.


14 iyun tarixində Hilton otelində 14 iyun “Ümumdünya Qan Donoru” günü münasibəti ilə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası keçirilmişdir. Aksiya Qan Donorları Assosiasiyası tərəfindən təşkil olunmuşdur. Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının mobil işçi qrupu tərəfindən həyata keçirilmişdir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə təşkilatının 2005-ci ilin may ayında qəbul etdiyi bəyannaməyə əsasən 14 iyun tarixinin “Ümumdünya Qan Donoru” günü kimi qeyd olunması qərara alınmışdır.


Şəkildə Dalğa Gənclər Hərəkatın üzvləri qan vermədən sonra.


Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.