15.10.12

Dalğa Gənclər Hərəkatında yeni rəhbər seçildi


10 mart 2012-ci il tarixində qurultay tərəfindən Dalğa Gənclər Hərəkatının sədri seçilmiş və 5 ay fəaliyyət göstərmiş Xanım Yadigarlının istefasından sonra onun səlahiyyətlərini birbaşa olaraq sədrin birinci müavini Kamran Rəşidov yerinə yetirib və 14 oktyabr tarixində Dalğa GH-nın geniş toplantısı zamanı tutduğu vəzifədən istefaya gedib.
Geniş Toplantı tərəfindən növbəti qurultaya qədər Saleh Mehdizadə Sədr əvəzi, Həmidə Qiyasbəyli isə sədrin birinci müavini seçiliblər. Təşkilatın sədr əvəzi və müavini seçildikdən sonra Geniş Toplantı tərəfindən yeni İdarə Heyyəti formalaşdırılıb.
Beynəlxalq Əlaqələr koordinatoru – Fəzilət Səmədsoy.
İctimai Əlaqələr koordinatoru –Fəridə Aşralova.
Media koordinatoru – Rüfət Əlisultanlı.
Təşkilati İşlər üzrə koordinator –Kənan İsmayılov.
Maliyyə koordinatoru – Mirheydər Məmmədov .
Gender koordinatoru –Fəridə Aşralova.
İdeoloqiya Koordinatoru - Cavad Nəsirov
MNTK – Səbadə Behbudova (sədr)
MNTK-nın məsul şəxsləri –Kənan Rəfiyev və Babək Əliyev.
Regionlar üzrə komissiyanın rəhbəri –Fərid Eyyubov.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.