10.10.12

“Dalğa”çılardan seçki aksiyası

“Dalğa” Gənclər Hərəkatı oktyabrın 9-u “səsimiz zibil deyil” adlı aksiya keçirib. Aksiya günün müxtəlif saatlarında hərəkatın üzvlərindən ibarət mobil qruplar tərəfindən həyata keçirilib.
Aksiyada “Dalğa”çılar Bakının bir çox yerində zibil qablarının üzərinə “seçki qutusu” yazıblar. Bununla da hərəkat üzvləri həm seçki saxtakarlıqlarına qarşı etiraz ediblər, həm də vətəndaşları seçkilər zamanı səslərinə sahib çıxmağa çağırıblar.
Aksiya Torqovu küçəsi, Nizami küçəsi, Sahil bağı, Malakan bağı, 28 may metrosu, İçerişəhər metrosu, 5 mərtəbə, Nizami metrosu, Gənclik metrosu, Heydər Əliyev prospekti, Nərimanov metrosu, Elimlər metrosu, İnşaatçılar metrosu, Hüseyn Cavid bağı, Fəxri Xiyaban, Nərimanov heykəli, Dostluq kinotetrı, Rus-Turkiyə səfirliyi ərazisini əhatə edib. Yürüş “Səsimiz zibil deyil, seçki qutusu zibil qabı olsa belə” şüarı altında keçirilib.


 VİDEO

Əlavə +

Oktyabrın 13çü dünya məşhur olan "Esquire" jurnalın 920 000 minlik vkontakte.ru səhifəsində aksiyanın foto şəkili yayımlanmışdı.

 
 



Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.