1.6.12

Dalğa Gənclər Hərəkatı - "Uşaqlara qayğı ilə"



31  may 2012-ci il Dalğa Gənclər Hərəkatının İdarə Heyətinin qərarına əsasən, “ Uşaqlara qayğı ilə” həftəsi çərçivəsində  Dalğa GH-nın təşkilatçılığı ilə Səhiyyə Nazirliyinə məktub ünvanlanacaq, müxtəlif tədbirlər, flashmoblar  keçiriləcəkdir.

“Uşaqlara qayğı ilə” həftəsi  1-7 iyun tarixlərində nəzərdə tutulub. İştirak üçün hər kəs dəvətlidir.Tədbirlərin keçirilməsi elanları Dalğa Gənclər Hərəkatının rəsmi internet səhifəsində (www.dgh.az) və "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanacaq.


Hörmətlə,
Xanım Yadigarlı
Dalğa Gənclər Hərəkatının  Sədri

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.