19.10.08

Təşkilatın növbəti bir il üçün sədrliyinə üç iddiaçı var
   
Dalğa Gənclər Hərəkatının (DGH) üçüncü qurultayına artıq bir gün qalıb. Bu haqda ""Qaynar.info"-ya açıqlamasında Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri (QHTK) Elvin Kazımlı məlumat verib: "Təşkilat Komitəsi, Dalğanın bu dəfəki qurultayını oktyabrın 20-də, saat 15-də "Ramada" otelində keçirməyi qərara almışıq. Qurultayda iştirak üçün ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlara, səfirliklərə, aktiv gənclər təşkilatlarına, ictimai sektorda fəallığı ilə seçilən təşkilatlara və KİV nümayəndələrinə dəvətnamələr göndərilib. Qurultayda 200 nəfərin iştirakı gözlənilir. Hazırda tədbirə yekun hazırlıq işləri gedir"
.
Elvin bəy bildirib ki, Dalğanın nizamnaməsinə görə, təşkilat sədrliyinə namizədlərin qeydə alınması prosesi qurultaya 3 gün qalmış başa çatır: "Artıq Dalğanın 3 üzvünün namizədliyi qeydə alınıb. Bunlar Araz Önər, Vəfa Cəfərova və İlkin Əlisoydur. Onların hər biri öz seçki kampaniyasını müxtəlif vasitələrlə aparıblar. Məsələn, Vəfa xanım həm seçiciləri ilə, həm də digər gənclər təşkilatları ilə görüşlər keçirib. İlkin Əlisoy ictimai təşkilatlarla görüşüb. Araz isə daha çox dalğaçılarla fərdi şəkildə görüşməyə üstünlük verib. Hər üç namizəd öz təşviqat kampaniyası zamanı internetdən də geniş istifadə ediblər".
Qeyd edək ki, bu gün saat 16:00-da "Kapelhaus" Alman-Azərbaycan mədəniyyət Mərkəzində hər üç namizədin iştirakı ilə debat olacaq. Bu görüşdə qurultayda səsvermə hüququ olan Dalğaçılarla yanaşı, arzu edənlər də iştirak edə bilər. Debatda iştirak etmək istəyənlərin nəzərinə çatdıraq ki, sözügedən mədəniyyət mərkəzi Bakının Səbayel rayonun ərazisində - 28 may küçəsi-20 ünvanında yerləşir.
  
DGH-nin üçüncü qurultayının proqramı:
  
   Saat 14.00.
   Qurultay iştirakçılarının tədbir yerinə birgə getməsini təşkil etmək üçün toplanış. Toplanış yeri saat 13:45-dən 14:00-a qədər Qoşa Qala Qapılarının yanında olacaq.
  
   14:30.
   Ramada Hoteldə qurultay iştirakçılarının qeydiyyatı
  
   15:00.
   Açılış nitqi və salamlama (çıxışçı: Elşən Poladlı)
  
   15:05.
   Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) hesabatı (çıxışçı: Elvin Kazımlı)
  
   15:15.
   Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) hesabatı (çıxışçı: Elyar Həsənov)
  
   15:20.
   Dalğa Gənclər Hərəkatının (Dalğa GH) son 1 illik hesabatı (çıxışçı: DGH-nin son bir ildəki sədri Vəfa Cəfərova)
  
   15:30.
   DGH-nin çəkdiyi "Dönüş" filminin nümayişi
  
   15:50
   Qonaqların çıxışları
  
   16:45
   DGH-nin növbəti bir il üçün sədrliyə namizədlərinin çıxışları (İlkin Əlisoy, Vəfa Cəfərova, Araz Önər)
  
   17:15
   Səsverməyə start veriləcək
  
   Coffee-break
  
   17:45
   Səslərin sayılması və nəticələrin açıqlanması (çıxışçı: SMM nümayəndəsi)
  
   18:00
   Növbəti bir il üçün seçilmiş sədrin çıxışı və təbriklər
  
   18:15
   Yekun çıxış
   

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.