3.12.08

Hesabat / 2008-2009

• 8 oktyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının II qurultayı keçirilmiş və Vəfa Cəfərova sədr seçilmişdir.
• 10 oktyabr 2007-ci Dalğa Gənclər Hərəkatının II qurultayının II hissəsi keçirilmişdir. Bu hissədə koordinatorluqlar, komissiyalar, idarə heyəti və nəzarət təftiş komissiyası formalaşdırılmışdır.
• 13 oktyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının bir qrup üzvü Lənkərana səfər etmiş və orada cənub regional ofisini yaratmışlar.
• 19 oktyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının üzvləri eyni vaxtda, yəni saat 15:00-da Türkiyə və ABŞ səfirlikləri qarşısında aksiya keçiriblər. Buna səbəb ABŞ Konqressinin Beynəlxalq Əlaqələr Palatasının “qondarma erməni soyqırımını” tanıması olmuşdur. Hərəkat üzvləri əllərində ağ göyərçinlər, şarlar, dostluq və barışı ehtiva edən plakatlar qaldırmışlar
• 4 noyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı İdarə Heyətinin növbəti toplantısında “Açıq Hava teatrı” təsis edilmişdir.
• 12-18 noyabr 2007-ci il aralığında Dalğa Gənclər Hərəkatı “Ekologiyamızı və tarixi abidələrimizi qoruyaq” kampaniyası çərçivəsində “Mənim şəhərim” həftəsinə başlamışdır.
• 12 noyabrda Hərəkat üzvləri 1000-dən çox “Ekologiyamızı və tarixi abidələrimizi qoruyaq” çağırışı olan vərəqələri şəhər əhalisi arasında paylamışdır
• 13 noyabr 2007-ci ildə Dalğaçılar “Tramvaya abidə qoyaq” aksiyası keçirmişlər
• 14 noyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı paytaxtda ağacların kəsilməsi və yerində dekorativ bitkilərin əkilməsinə etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qarşısında aksiya keçirib. Aksiya iştirakçıları yaşıllıqların qırılmasına etirazlarını dekorativ bitkilərin dibinə su tökməklə bildiriblər. Piketçilər su vedrələrini BŞİH əməkdaşlarına vermək istəyəndə isə polis 10 aksiya iştirakçısını saxlayıb. Saxlananlar Səbail Rayon 9-cu Polis Bölməsinə aparılıb. Dalğaçılar 3 saat saxlandıqdan sonra sərbəst buraxılıblar
• 15 noyabr 2007-ci ildə Hərəkat üzvləri “Ekologiyamızı və tarixi abidələrimizi qoruyaq” çağırışı olan 4000-dən çox vərəqəni şəhər əhalisi arasında paylamışdır.
• 16 noyabr 2007-ci ildə “İçəri şəhər bizimdir” şüarı ilə özlərini Qız Qalasına zəncirləmiş və bununla da İçəri Şəhərin sökülməsinə etirazlarını bildirmişlər. Dalğaçılara qarşı zorakılıq törədən polis 11 hərəkat üzvünü saxlamışdır. 3 saatdan çox Səbael rayon 9-cu bölmədə saxlanan üzvlər, şifahi xəbərdarlıqdan sonra sərbəst buraxılmışlar.
• 16 noyabr 2007-ci ildə Hərəkatçıların saxlandığı zaman Dalğaçılar 9-cu bölmənin qarşısında “Gənclərə azadlıq” , “İçəri Şəhərə Azadlıq” şüarları ilə aksiya keçirmişlər.
• 23 noyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının Demokratiya (Sahil) bağında “Açıq Hava Teatrı”nın ilk tamaşasını səhnələşdirmişlər. 10 dəqiqə davam edən ilk tamaşada Azərbaycanın imicinin aşağı düşməsinə səbəb olan və jurnalistlərin həbsi ilə nəticələnən məhkəmə qərarlarına etiraz edilmişdir.
• 28 noyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının üzvləri velosiped yollarının salınması və ictimaiyyəti ekoloji cəhətdən daha təmiz olan velosipedlərə üstünlük vermələrinə təşviq etmək məqsədilə “Velosiped” aksiyası keçirmişlər. Aksiya zamanı 6 nəfər Dalğaçı saxlanmış, 2 üzv isə aksiyanı davam etdirmişdir. Digər aksiya iştirakçılarını zərərləşdirmək məqsədilə polis şəhərin mərkəzində olan velosipedləri müsadirə etmişdir. Saxlanılan Hərəkatçılar 6 saatdan çox bölmədə qalmış, hüquq müdafiəçiləri, vəkillər, ictimaiyyətin tanınmış nümayəndələri və beynəlxalq təşkilatlarının təzyiqlərindən sonra sərbəst buraxılmışlar.
• 8 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının üzvləri AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkellə görüşüblər. Görüşdə Azərbaycanda gənclər sektorundakı durum, tələbələrin əsas problemləri, o cümlədən DALĞAnın gördüyü işlər və üzləşdiyi problemlər müzakirə olunub.
• 9 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının 3 üzvü Azərbaycanda keçirilən “Beynəlxalq İnsan Haqqları Konfransı”nda iştirak etmişlər. Konfransda Dalğa Gənclər Hərəkatının sədri Vəfa Cəfərova gənclərin problemləri ilə bağlı məruzə etmişdir.
• 9 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının təşkilatçılığı ilə Ələt çölündə «Yaşasın azad Azərbaycan çölləri!» şüarı altında insanların sərbəst toplaşmaq hüquqlarının pozulmasına etiraz olaraq aksiya keçirilib. Təxminən 70 nəfərlik aksiyada iştirakçılar əllərində «Azad fərd, məsuliyyətli vətəndaş!», «Təhsildə rüşvət-gələcəkdə korrupsiyadır!» və «Biz terrora «yox!» deyirik!» sözləri yazılmış plakatlar tutublar.
• 10-16 dekabr 2007-ci il aralığında olan müddəti Dalğa Gənclər Hərəkatı “İnsan Haqqları Həftəsi” elan etmişdir. “İnsan Haqqları həftəsi” cərçivəsində aşağıdakı tədbirlər keçirilmişdir.
- 10 dekabr 2007-ci ildə Hərəkatın mərkəzi ofisində Güney Azərbaycandan gəlmiş "Zeytoon" rock qrupunun iştirakı ilə müzakirə təşkil olunub, həmçinin qrupun insan haqqlarına həsr etdiyi musiqiləri dinlənilib.
- 11 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının rəhbərliyi Avropa Evinin Bakı ofisində Dalğa Gənclər Hərəkatının rəhbərliyi ilə Avropa Evinin Koordinatoru xanım İnqrid Angela Qössingerlə görüş keçiriblər.
- 11 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı ölkədə fəaliyyət göstərən bütün səfirliklərə və beynəlxalq təşkilatlara ölkəmizdəki insan haqqlarının vəziyyəti ilə bağlı məlumat göndərilib. Məktubda dünya demokratlarını azərbaycanlı həmfikirlərinə dəstək olmağa səsləyən Dalğaçılar, "dəstək" dedikdə konkret nəyi ifadə etdiklərini də aydın şəkildə göstəriblər: QHT-lərə beynəlxalq maliyyə dəstəyi; ölkəmizdə baş verənləri dünyaya çatdırmaq, demokratiyanın inkişafına intellektual dəstək və s.
- 12 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının mərkəzi ofisində vəkil İsaxan Aşurovun iştirakı ilə «Hüquqlarımızı necə qorumalıyıq?» mövzusunda seminar keçirilib. Məruzəçi seminarda gənclərə polislə aksiyalar zamanı və bölmədə qanunauyğun necə davranmalarını izah edib.
- 13 dekabr 2007-ci ildə hüquq müdafiəçisi Arzu Abdullayeva və Media Hüquqları İnstitutunun direktoru, hüquqşünas Rəşid Hacılının iştirakı ilə Hərəkatın mərkəzi ofisində «Dəyirmi masa» təşkil olunub. «Dəyirmi masa»nın mövzusu «İnsan Haqqlarının müqəddəsliyi» olub.
- 14 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı BMM-də "Biz susaqmı?" şüarıyla tədbir keçirib. Tədbir Artmob - tamaşa xarakterli. Tədbirdə iştirak edən gənclər iki hissəyə ayrılıb: "Susan gənclik" və "Susmayan gənclik". Əgər "Susan gənclik" zalda kart oynayıb, şit musiqiləri dinləyib, danışanlara, çıxış edənlərə mane olmaqla məşğul idisə, "Susmayan gənclik" Dalğanın gördüyü işlərdən, gəncliyə qarşı diskriminasiya siyasətindən, qadın problemlərindən və Azərbaycanda demokratiyanın inkişafı prosesində ortaya çıxan əngəllərdən danışıb və uyğun təkliflər veriblər.
- 15 dekabr 2007-ci ildə Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın iştirakı ilə qadın alverinə yol açan səbəblər mövzusunda seminar keçirilib.
- 16 dekabr 2007-ci ildə “İnsan Haqqları həftəsi”də yekun olaraq "Həmrəylik party"-si keçirib. Party-də Azərbaycanda təhsil alan bütün xarici ölkələrdən tələbələrin iştirak edib. Tədbir "Biz öncə insanıq!" şüarıyla keçirilib.
• 24 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının fəalları Bakı Dövlət Universitetinin 5 nömrəli yataqxanada məskunlaşan və su qıtlığı yaşayan məcburi köçkünlərin problemlərini qabartmaq məqsədilə “Su şəffaflığın başlanğıcıdır” şüarı ilə aksiya keçirmişdir. Aksiya zamanı gənclər məcburi köçkünlərin su mənbəyi kimi istifadə etdikləri və yataqxanadan 300 metr uzaqlıqda yerləşən krandan su daşımışlar.
• 5 – 25 yanvar 2008 – ci ildə Dalğa Gənclər Hərəkatının bir qrup üzvü Təhsil Nazirliyində “Qaynar xətt”ə nəzartə etmişdir.
• 14 yanvar 2008-ci ildə Dalğa Gənclər Hərəkatı RİA-Novosti İnformasiya Agentliyinin Konfrans zalında mətbuat konfransı keçirmişlər. Mətbuat konfransında təhsilini davam etdirmək üçün Gürcüstana gedən Vəfa Cəfərovanı onun olmayacağı müddətdə əvəz edəcək Araz Qasımov ictimaiyyətə təqdim olunmuş, eləcə də Hərəkatın 2008-ci il üçün seçilmiş strategiyası cəmiyyətə açıqlanmışdır.
• 30 yanvar 2008-ci ildə Dalğa Gənclər Hərəkatı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Rəsulzadə və Azərbaycan Xalq Cumhuriyyəti: Gələcək inkişafımızda hansı dəyərlərə istinad etməliyik?” mövzusunda tədbir keçirmişdir. Tədbirdə gənc ziyalılar və Dalğa Gənclər Hərəkatının media koordinatoru Rəsulzadənin adının əbədiləşdirilməsini ilə Prezidentə müraciət ünvanlamışlar.
• 31 yanvar 2008-ci ildə Dalğa Gənclər Hərəkatının üzvləri Rəsulzadənin ad günü qeyd etmək məqsədi ilə şəhərin 7 müxtəlif yerində aksiya keçirmək qərarına gəlmişlər. Lakin, aksiyanın başlamasına bir neçə saat qalmış 3 nəfər hərəkatçının saxlanması, aksiyanın yalnız bir məkanda keçirilməsi zərurətini yaratmışdır. Aksiyada ümumilikdə 11 Hərəkat üzvü saxlanmışdır. Onlardan 8-i Məhkəməyə verilmiş və onlara 301 və 310-cu maddələrlə yazılı xəbərdarlıq olunmuşdur.
• 12 fevral 2008-ci ildə Dalğa Gənclər Hərəkatı “Jazz Center”də yaranmasının 3-cü il dönümü münasibətilə tədbir keçirmişdir.
• 1 aprel 2008-ci ildə Dalğa Gənclər Hərəkatı Demokratiya bağından başlayaraq Fəvvarələr Meydanına kimi aksiya edəcəyini açıqlamışdı. Nəzərdə tutulan aksiya 14-00-da öncədən elan olunmuş yerdə yox, Tibb Universitetinin qarşısında keçirilib. Buna səbəb əvvəlcədən nəzərdə tutulmuş yerə polis nəfərlərinin cəlb olunması olub. Bu da dalğaçılara polislərlə 1 aprel zarafatı etmək fürsəti verdi. Tibb Universitetinin qarşısına gedən Hərəkat fəalları üzərində “Sağlam gələcək, vərəmlə gələcək?!”, “Səhiyyəmiz komadadır!” azərbaycan və ingilis dilində şüarlar qaldırmış və ağızlarına tibbi maska bağlayaraq yerə uzanmışlar.
• 7 – 12 aprel 2008-ci ildə Dalğa Gənclər Hərəkatının siravi üzvü Ramin Hacılı Ukraniya dövlətinə səfər etmişdir. Səfər zamanı orada təşkil olunmuş tədbirdə Dalğa Gənclər Hərəkatı haqqında olan məlumatlardan ibarət sərgi açmışdır.
• 10 – 22 aprel 2008-ci ildə Dalğa Gənclər Hərəkatının Beynelxlaq Əlaqələr koordinatoru Rövşən Nəcəfov ABŞ səfər edib. Səfər zamanı dövlət deportamenti ilə və Azərbaycanın Amerikadakı səfiri ilə görüşlər keçirmiş və Dalğa Gənclər Hərəkatı haqqıda təqdimat etmişdir.
• 12 - 16 aprel 2008-ci ildə Dalğa Gənclər Hərəkatının İctimaiyyətlə Əlaqələr koordinatoru Pənah Əliyev Türkiyə respublikasına səfər etmişdir. Səfərdə Pənah Əliyev orada təşkil olunan “Gəp-Gənc” beynəlxalq gənclər təşkilatı sərgisi adlı tədbirdə iştirak etmişdir. Səfərdə olduğu müddətdə bir çox gənclər təşkilatı ilə görüşlər keçirmişdir.
• 9 aprel 2008-ci ildə Dlağa Gənclər Hərəkatının Musiqi klubu fəaliyyət başlamışdır. Klubun ilk qonağı Firuddin Allahverdiyev “Avropa Musiqisində Klassizim: Mozart və Betxoven” bağlı mühazirə deyib.
• 19 aprel 2008 – ci ildə Ambassador hotelində, Almaniyanın Fridrix Ebert Fondunun və Azərbaycan Avrointeqrasiya üzre Milli-İctimai Komitəsinin dəstəyi ilə Dalğa Gənclər Hərəkatı “Azərbaycanın Avropaya İnteqrasiyası Prosesində gənclərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
• 1 may 2008 – ci ildə Dalğa Gənclər Hərəkatının ABŞ depotamentinin maliyyə dəstəyi ilə “Biz korrupsiya ilə nə əldə edirik?” layihəsinin icrasına başlanıb.
• 2 may 2008-ci ildə Dalğa Gənclər Hərəkatı Beynəlxalq Mətbuat Günü ilə bağlı Nəcəf Nəcəfov və Elmar Hüseynovun qəbirlərini ziyarət ediblər. Elmar Hüseynovun qəbri önüdə Dalğa GH üzvləri Açıq Hava Teatrı göstəriblər. Teatr zamanı söz azadlığı sahəsində vəziyyətin gözəl olduğu, İlham Əliyevin mətbuatın inkişafında böyük rolu və qayğısı, Azərbaycan haqqında yanlış məlumat yayan düşmənlərin axtarılması barədə raport verən Prezident Apparatının ictimai-siyasi şöbəsinin rəhbərini təqlid edən parodiya göstəriblər.
• 26 may – 2 iyun 2008 – ci ildə Dalğa Gənclər Hərəkatının üzvləri Ramin Hacılı və Eləşən Poladlı Ukraniyada keçirilən “Təşkilatı təhlükəsizliyi” ilə bağlı seminarda iştirak etmişlər.
• 22 may 2008-ci ildə Dalğa Gənclər Hərəkatı Ombudsman aparatında aksiya keçirib. Dalğaçılar simvolik olaraq üzvlərdən birini “Mirzə Sakit” qismində kəfənə bürüyərək ombudsman aparatının yerləşdiyi binanın içinə qoyublar. Aksiyanın məqsədi Mirzə Sakitin vəziyyətinin pissləşməsini diqqət mərkəzinə çəkmək olub.
• 3 iyun 2008-ci ildə Dalğa Gənclər Hərəkatı Azərbaycanda İnsan haqlarının xüsusəndə mətbuatın haqlarının pozulmasına etiraz olaraq beynəlxalq təşkilatları konkret və adevkat reaksiya verməsini təşviq etmək üçün “Gələcək üçün AZADLIQ!” adlı kompaniyaya başlayıb.
• 4 iyul 2008-ci ildə Dalğa Gənclər Hərəkatının ATƏT-in Bakı ofisi qarşısında keçirmək istədiyi aksiya polis müdaxiləsi nəticəsində baş tutmayıb. Gənclər ofisə yaxınlaşan kimi polislər onların əllərindəki plakatları alaraq cırıb, 7 nəfər Dalğaçını (Vəfa Cəfərova, Rövşən Nəcəfov, Araz Qasımov, Leyla Əliyeva, Orxan Nəbiyev, Pənah Əliyev, Anar Əsgərov) isə zorla tutaraq 39-cu bölməyə aparıblar. Müəyyən vaxt saxladıqdan sonra Hərəkatı üzvlərinin 4 sərbəst buraxılıb. Digər 3 nəfər, Ramin Hacılı, Rövşən Nəcəfov və Pənah Əliyevi isə məhkəməyə göndəriliblər. Səbayel rayon məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə 3 Dalğaçıya məhkəmə keçirilərək hökm oxunub. Hökm xəbərdarlıqdan ibarət olub. Bundan sonra gənclər məhkəmə zalından azadlığa buraxılıb.
• 22 iyul 2008-ci ildə Dalğa Gənclər Hərəkatı Milli Mətbuat Günü ilə bağlı aksiya keçirir. Bu dəfə Dalğaçılar mətbuata yardım etmək qərarına gəliblər. Onlar iyulun 22-də həm iqtidar, həm müxalifət, həm də müstəqil media strukturlarının redaksiyalarına gedib, jurnalistlərin işinə köməklərini təklif edirlər.
Hərəkat üzvləri «Azadlıq», «BBC» radioları, «Yeni Müsavat», «Yeni Azərbaycan», «Azadlıq», «Exo», «Zerkalo» və «525-ci» qəzetlərin, «Media forum», «Turan», «APA», «Trend» agentliklərinin redaksiyalarına paylanıblar.
• 28 iyul 2008-ci ildə Dalğa Gənclər Hərəkatının bir qrup üzvü 25-27 iyul tarixində Lənkəran şəhərinə səfər ediblər. Səfər zamanı Hərəklatın üzvləri Lənkaranın aktiv gəncləri üçün tədbir keçirib. 26 iyul tarixində baş tutan görüşün məzmunu gəncləri Dalğa GH-nın haqqında məlumatlandırmaq olub. Tədbirdə Lənkəran gəncləri ilə yanaşı Avrasiya Fondunun Gəncə, Şəki, eləcədə cənub regionunun nümayəndəlikləri də iştirak ediblər.
• 1 avqust 2008-ci ildə Dalğa Gənclər Hərəkatı 1 avqustu “Dalğa Gənclər Hərəkatı günü” elan edib. Bununla bağlı “Diplomat” otelin konfrans zalında Dalğaçılar tədbir keçirib. Tədbirdə beynəlxalq təşkilatların, gənclər təşkilatlarının, yerli QHT-lərin nümayəndələri və KİV nümayəndələri də iştirak edirdi.Tədbir iki hissədən ibarət idi. Birinci hissədə ABŞ Dövlət Departamentinin kiçik qrantlar proqramı çırçivəsində həyata keçirdikləri “Biz korrupsiyadan nə əldə edirik?” layihəsi haqqında iştirakçılara məlumat verilib. Sonra isə layihə çərçivəsində çəkilmiş “Dönüş” bədii filmi nümayiş etdirildi. Tədbirin ikinçi hissəsində isə nəzərdə tutluduğu kimi “Atam məni ərə yox, məktəbə göndər” layihəsinin təqdimatı oldu. Bu layihəni heç bir donor maliyyələşdirmir.
• 9 avqust 2008-ci ildə Dalğa Gənclər Hərəkatı Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında Gürcüstana dəstək aksiyası keçirib. Aksiyada “Biz “Müasir SSRİ” modelinə qarşıyıq!”, “Gürcüstanın Suverenliyi uğrunda birləşək”, “İşğalçılara və İmperialistlərə qarşı ayaqdayıq” kimi şüuarlar qaldırılıb. Aksiya insidentsiz başa çatıb.
• 11 avqust 2008-ci ildə Dalğa Gənclər Hərəkatının bir qrup üzvü “Gürcüstana yardım edin” dəstək kampaniyası keçiribş Kampaniyanın məqsədi Gürcüstanın müstəqilliyi uğurunda vuruşaraq yaralanan və bombardmanlar zamanı xəsarət alan dinc sakinlərə yardım toplamaq, onlar üçün yod, bint və digər lazimi ləvazimatlar almaq idi. Aksiya zamanı hərəkat üzvləri tutularaq 39-cu polis bölməsinə aparılıb. İzahat alındıqdan sonra sərbəst buraxılıb.
• 1 sentyabr 2008-ci ildə Gürcüstanın ictimai təşkilatlarının təşəbüssü ilə saat 16:00-da “Rusiya dur!” şüarı ilə Tiblisinin mərkəzində əl-ələ tutaraq həmrəylik aksiyası keçirib. Buna dünyanın bir çox ölkələrindən analoji aksiya ilə dəstək verilib. Dalğa Gənclər Hərəkatı da həmin vaxt Bakının mərkəzində yerləşən “Puşkin bağı”nda gürcülərə dəstək aksiyası keçirib. Puşkinin heykəli ilə əl-ələ verən gənclər rus mədəniyyətinin deyil, rus siyasi və iqtisadi elitasının etdiklərinə görə öz etirazlarını bildiriblər.
• 18 sentyabr 2008-ci ildə Dalğa Gənclər Hərəkatın sədri Vəfa Cəfərova və həmtəsisçisi Ramin Hacılı başladıqları "Gürcüstana dəstək" kampaniyası çərçivəsində Tiflisdə aksiya keçiriblər. Gürcüstanın paytaxtında Dalğaçılar Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binanın qarşısında Gürcüstanla əl-ələ verərək, Azərbaycan və Gürcü xalqlarının həmrəy olduğunu nümayiş etdiriblər. Aksiya 17 sentyabr tarixində Bakı vaxtı ilə saat 18:00-da baş tutub. Aksiya zamanı Dalğa GH üzvləri azərbaycan və ingilis dillərində nəşr olunan “Alma” qəzetinin "Gürcüstana dəstək" xüsusi buraxılışından 150 ədədi və Bakıda Gürcüstana dəstək üçün vətəndaşlardan toplanan vəsait hesabına alınan 30 ədəd “Əli və Nino” kitabını Tiflis sakinlərinə paylayıb.
• 1 – 3 oktyabr 2008-ci ildə Dalğa Gənclər Hərəkatının üzvləri Vəfa Cəfərova, Elşən Poladlı, Zaur Əliyev, Nərmin Ramazanova, Araz Qasımov, İlkin Əlisoy, Orxan Nəbiyev Gürcüstana səfər etmişlər.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.