27.4.09

Demokratiya Məktəbi

Demokratiya Məktəbi haqqında:
“Demokratiya Məktəbi” layihəsinin Azərbaycanın aktiv gənclər qurumlarından biri olan Dalğa Gənclər Hərəkatı həyata keçirir. Layihənin başlanmasına və Demokratiya Məktəbinin təsis olunmasına ilk dəstəyi 2007-ci ilin ikinci yarısında ABŞ-ın Demokratiya üçün Yardım Fondu (DYF) (National Endowment for Democracy (NED)) maddi dəstək verib. 2007-2008`ci illəri əhatə edən 1 illik layihə çərçivəsində qarşıya qoyulan əsas məqsədlər əsasında aşaqdakı işlər görülüb:
1) Demokratiya Məktəbi təsis edilib (Oktyabr 2007).
2) Sayt (demokratiyanın tədrisi üçün dərs vəsaiti ola biləcək material toplusundan ibarət).
3) İlkin olaraq Bakı şəhərində yaradılan Demokratiya Məktəbi Regionlarda Demokratiya Məktəblərinin yaradılması üçün təşəbbüslərin dəstəklənməsi əsas prioritetlərdən biri seçib (nəticədə Lənkəranda, Gəncədə və Sumqayıtda Demokratiya Məktəbləri yaradıldı).
4) Demokratiya Məktəbinin tələbələri və məzunları arasında informasiya mübadiləsi üçün şəbəkələrin yaradılması (Sosial şəbəkələr və təşkil olunan qeyri-rəsmi tədbirlər vasitəsi ilə).
5) Demokratiya Məktəbinin beynəlxalq və yerli təşkilatlarla əməkdaşlığının qurulması (Bunun nəticəsində - ABŞ səfirliyi, İRİ, NED, NDİ, USAİD, Avropa Evi, Avropa Şurası, ATƏT,  Far Centre, Açıq Cəmiyyət İnstitutu, Avrasiya Fondu, Norveç səfirliyi, Links, Sülh və Demokratiya İnstitutu, Helsinki Vətəndaş Assambleyası, Transparency İnternational və Böyük Britaniya səfirliyi ilə əlaqələr quruldu).
6) Demokratiya Məktəbində yüksək səviyyəli tədris təşkil etmək üçün sayılıb seçilən və gənclərə yeni bilikləri aşılaya biləcək fəxri müəllimlər müəyyənləşdirildi. Fəxri müəllimlər aşaqdakılardır:
Demokratiya Məktəbinin fəxri müəllimləri:
1. Enn Dersi - ABŞ-ım Azərbaycandakı səfiri
2. Erkin Qədirli - hüquqşünas
3. Hikmət Hacızadə - politoloq
4. Rasim Musabəyov - politoloq
5. Zərdüşt Əlizadə - politoloq
6. Leyla Yunus - Sülh və Demokratiya İnstitutunun rəhbəri
7. Novella Cəfəroğlu - Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri
8. Arzu Abdullayeva - Helsinki Vətəndaş Assambleyasının rəhbəri
9. Eldar Namazov - Azərbaycan Naminə İctimai Formun rəhbəri
10. Jack Jones - İRİ Azərbaycan üzrə direktoru
11. Əli Kərimli – Azərbaycan Xalq Cəbhəsi Partiyası
12. Asim Mollazadə - millət vəkili
13. Nəsib Nəsibli - millət vəkili
14. İsa Qənbər - Müsavat Partiyasının başqanı
15. Şahvələd Cobanoğlu - “Gündəlik Azərbaycan” qəzetini şef redaktoru
16. İsaxan Aşurov - vəkil
17. Gülər Əhmədova - millət vəkili
18. İnnqrid Angela Qössinger - Avropa evinin Azərbaycan koordinatoru
19. Elcan Məmmədov - kino ssenarist
20. Sərdar Mahmudlu - sosioloq
21. Ağalar Məmmədov - filosof
22. Nəriman Qasımoğlu - teoloq
23. Xəqani Has - filosof
24. Səməd Seyidov - millət vəkili
25. Kamal Abdulla - Azərbaycan Slavyan Universitetinin rekotoru
26. Əvəz Həsənov - hüquq müdafiəçisi
27. Firudin Allahverdi - bəstəkar
28. Qubad İbadoğlu - İqtisadisatçı
29. Zahir Əzəmət - “Alma” qəzetinin şef redaktoru
30. Emin Milli - politoloq
31. Pənah Hüseyn - millət vəkili
32. Yon Ramberq – Norveçin Azərbaycandakı səfiri
33. Mətanət Əzizova - Qadın Krizis Mərkəzinin rəhbəri
34. Aynur Camalqızı - millət vəkili
35. Ramazan Taşdurmaz - İstanbul Universitetinin keçmiş rektoru
36. Xaləddin İbrahimli - Azərbaycan Universitetnin prorektoru
37. Rəşad Şirin – Siyasi elmlər üzrə mütəxəssis
38. İqbal Ağazadə - millət vəkili
39. Rauf Arifoğlu – Yeni Müsavat qəzetinin təsisçisi
40. Cəmil Həsənli – Tarixçi alim

7) Hər birində 20 gənc olmaqla qrupların formalaşdırılması (1 il ərzində 6 belə qrup təşkil edilib ki, nəticədə 120 Demokratiya Məktəbinin məzunu diplomla təmin edilib).
8) Demokratiya Məktəbinin tələbələri üçün xüsusi təlimçilər tərəfindən hər qrup üçün həftədə bir gün olmaqla 3 ay müddətinə məcburi tədris proqramıda nəzərdə tutulur (Fəxri müəllimlər tərəfindən oxunan mühazirə könüllü xarakter daşıyır və hər kəs üçün açıq olur. Lakin təlimçilər tərəfindən keçirilən dərs diplomla təmin edilmək üçün məcburi xarakter daşıyır və yalnız qrup üzvləri iştirak edə bilər).
9) Demokratiya Məktəbinin tələbələri üçün aşağıdakı mövzular tədris olunur:
a) Klassik demokratiya və müasir demokratiya
b) İdeyalogiyalar
c) Siyasi sistemlər
d) Vətəndaş cəmiyyəti
e) Fundamental Azadlıqlar
f) Aşkarlıq və onun insan həyatına təsiri
g) Siyasi düşüncələr tarixi
h) Mədəni dəyişikliklər və onların insan həyatına təsiri
q) İqtisadi islahatların demokratiyanın qurulmasına təsiri
ğ) Vətəndaşlıq və ya iştirakçı demokratiya
y) Hüquqi dövlət anlayışı
n) Özünü ifadə azadlığı
10) Qəzet əlavəsi. Demokratiya Məktəbinin təbliği, gənclər arasında məktəbə marağın artırılması, demokratiya haqqında bilgilərin yayılması, tələbələrin öz fikirlərini yayması və demokratiyanın inkişafı istiqamətində fəaliyyət göztərən yerli və xarici təsisatlar haqqında məlumatların çatdırılması məqsədi ilə ayda bir dəfə olmaq şərti ilə qəzet əlavəsi dərc olunur (Dalğa Gənclər Hərəkatının mətbu orqanı olan Alma qəzetində “Demokrat” adlı qəzet əlavəsi 16 ay çap olundu).
11) Forum, dəyirmi masa və düşərgələrin təşkili. Demokratiya Məktəbinin təşkilatçılığı və ya əməkdaşlığı ilə demokratik dəyərlərin təbliği məqsədi ilə, həmçinin Azərbaycan reallıqlarına uyğun demokratiyanın tədrisində aktual mövzuları müəyyənləşdirmək üçün forum, dəyirmi masa və düşərgələrin təşkil olunur.
Demokratiya Məktəbinin ilk direktoru Ramin Hacılı, yardımçısı isə Pənah Əlisoy olub (2007-2008). Demokratiya Məktəbi layihəsi başa çatdıqdan sonra Dalğa Gənclər Hərəkatı İdarə Heyəti məktəbin fəaliyyətini daxili imkanlar hesabına davam etdirmək qərarı aldı. Dalğa GH İdarə Heyəti 2008-2009 cu illərdə direktor Pənah Əlisoy və yardımçısı Nicat İmranlı, 2009-2010 cu illərdə direktor Orxan Nəbiyev və yardımçısı Emin Rəsulzadə təyin edildi. Bu illər ərzində Demokratiya Məktəbinin cəmiyyətə 240 məzun verməsi və məktəbin brendə çevrilməsi Dalğa GH-nın İdarə Heyəti tərəfindən məktəbə xüsusi imtiyazların verilməsinə səbəb oldu. Bundan sonra Demokratiya Məktəbinin direktoru və yardımçısı Dalğa Gənclər Hərəkatının qurultayında müəyyənləşəcək. 12 Fevral 2011-ci ildə keçirilən Dalğa Gənclər Hərəkatının qurultayında Emin Rəsulzadə Demokratiya Məktəbinin direktoru, Oruc Rəfili isə onun yardımçısı seçildi.
Gələcək planlar:
  1. Demokratiyanın tədrisi üçün Azərbaycan reallıqlarını nəzərə almaqla dərs vəsaiti ola biləcək kitabın nəşri.
  2. Demokratiya Məktəbinin dövlət qeydiyyatına nail olmaq (Məktəbin rəsmi qurum kimi fəaliyyətinə nail olmaq)
  3. Demokratiya Məktəbində imtahan təşkil etmək və yüksək nəticə göstərmiş tələbələrə demokratik ölkələrdən birində təcrübəyə göndərilməsi.
  4. Azərbaycanın bütün regionlarında yerli Demokratiya Məktəbinin təsis edilməsi və fəaliyyətinin dəstəklənməsi.
  5. Ən azı ayda bir dəfə olaraq “Demokrat” dərgisinin nəşr olunması.
  6. Demokratiya Məktəbinin onlayn tədris vermə imkanlarının yaradılması.
  7. Demokratik dəyərlərlə bağlı müsabiqələr və ya yarışların təşkili.
.Demokratiya Məktəbinin tələbəsi olmaq istəyən şəxslər məktəb rəhbərliyi tərəfindən müəyyənləşdirilən ərizə forması ilə müraciət edirlər. Müraciət edən tələbələr arasında uyğun olan 20 tələbəni məktəbin ali orqanı - “Azadlıq və Həmrəylik Komissiyası” tərəfindən müəyyənləşir. “Azadlıq və Həmrəylik Komissiyası” 7 üzvdən ibarətdir. Həmin üzvlərin biri Dalğa Gənclər Hərəkatının sədri, digər ikisi Demokratiya Məktəbinin direktoru və yardımçısı, digəri Demokratiya Məktəbinin qurucusu, qalan 3 nəfər isə müxtəlif aktiv gənclər təşkilatlarının nümayəndəsindən ibarətdir.
Demokratiya Məktəbinin məzunları xüsusi diplomla təltif edilir. 2011-ci ildən etibarən diploma tədris edilən dərslər və fəxri müəllimlər tərəfindən verilən mühazirələr əks olunur.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.