16.6.09

Pərviz Əzimov rektor Asəf İsgəndərli ilə görüşəcək

Pərviz Əzimov rektor Asəf İsgəndərli ilə görüşəcək 
«Məhkəmənin ədalətli qərar çıxaracağına inanıram»
Tənqidi yazılarına görə Lənkəran Dövlət Universitetindən qovulan «Dalğa» Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimov bu gün universitetin rektoru Asəf İsgəndərli ilə görüşəcək.
P. Əzimovun verdiyi məlumata görə iyunun 11-də Lənkəran şəhər məhkəməsində hakim Azər Səmədovun sədrliyi onun iddiası üzrə hazırlıq iclası keçirilib: «Məhkəmə hakimi tərəflərə barışıq təklif etdi. Mən bir şərtlə barışığa razılıq verdim ki, LDU-nin rektoru məni yenidən universitetə bərpa etsin və hərbi komisarlığa sənəd göndərsin ki, mən hazırda o ünversittin sonuncu kursunda təhsil alıram. Rektor özü məhkəmədə olmadığı üçün növbəti məhkəmə 18-də olacaq. Rektorla görüşdən sonra mənim yenidən bərpa olunub olunmayacağım həll olunacaq. İnanıram ki, məhkəmə də ədalətli qərar çıxaracaq”.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.