I KABİNƏ : 28.05.1918 - 17.06.1918 Nazirlər Şurasının sədri və Daxili İşlər naziri - Fətəli Xan Xoyski
Hərbi nazir -X.Sultanov
Xarici İşlər naziri - M.H.Hacınski
Maliyyə və Xalq Maarifi naziri - N. Yusifbəyli
Ədliyyə Naziri - X.Xasməmmədov
Ticarət və sənaye naziri - M.Y.Cəfərov
Əkinçilik və Sənaye naziri - Ə.Şeyxulislamzadə
Yollar və Poçt Teleqraf naziri - X.Məlikaslanov
Dövlət Müfəttişi - C.Hacınski
II KABİNƏ : 17.06.1918 - 07.12.1918 Nazirlər Şurasının sədri və Ədliyyə naziri - Fətəli Xan Xoyski
Daxili İşlər naziri -B.Cavanşir
Xarici İşlər naziri - M.H.Hacınski
Xalq Maarifi və Dini Etiqad naziri - N. Yusifbəyli
Maliyyə Naziri - Ə.Əmircanov
Ticarət və sənaye naziri - A.Aşurov
Əkinçilik naziri - X.Sultanov
Yollar naziri - X.Məlikaslanov
Səhiyyə və Sosial Təminat naziri - X.Rəfibəyov
Portfelsiz Nazir - Əli Mərdan bəy Topçubaşov
Portfelsiz Nazir -X.Xasməmmədov
Portfelsiz Nazir - M.Rəfiyev
1918 ci il 6 Oktyabr tarixli kabinə daxili
dəyişiklikdən sonra Nazirlər Şurasının sədri - Fətəli Xan Xoyski
Ticarət ,Sənaye və Daxili İşlər naziri -B.Cavanşir
Xarici İşlər naziri -Əli Mərdan bəy Topçubaşov
Xalq Maarifi - N. Yusifbəyli
Maliyyə Naziri - M.H.Hacınski
Poçt və Teleqraf naziri - A.Aşurov
Əkinçilik naziri - X.Sultanov
Yollar naziri - X.Məlikaslanov
Xalq Səhiyyə naziri - X.Rəfibəyov
Sosial Təminat və Dini Etiqad naziri - M.Rəfiyev
Dövlət Müfəttişi- Ə.Əmircanov
III KABİNƏ : 26.12.1918 - 14.03.1919 Nazirlər Şurasının sədri və Xarici İşlər - Fətəli Xan Xoyski
Daxili İşlər naziri -X.Xasməmmədov
Maliyyə Naziri - İ.Protasov
Yollar naziri - X.Məlikaslanov
Ədliyyə naziri -T.Makinski
Xalq Maarifi və Dini Etiqad naziri - N. Yusifbəyli
Poçt - Teleqraf və Əmək naziri - A.Səfikürdski
Hərbi nazir - S.Mehmandarov
Xalq Səhiyyə naziri - Y.Gindes
Ticarət və Sənaye naziri - M.Əsədullayev
Dövlət Müfəttişi- H.Hacınski
Ərzaq naziri - K.Lizqar
Əkinçilik naziri - X.Sultanov
| IV KABİNƏ : 14.03.1919 - 22.12.1919 Nazirlər Şurasının sədri və Daxili İşlər - N.Yusifbəyli
Maliyyə Naziri - Ə.Həsənov
Ticarət və Sənaye naziri - A.Əminov
Xarici İşlər naziri - M.Y.Cəfərov
Yollar naziri - X.Məlikaslanov
Poçt - Teleqraf və Əmək naziri - X.Hacınski
Hərbi nazir - S.Mehmandarov
Sosial Təminat Naziri - V.Klenevski
Səhiyyə naziri -A.Dastakov
Xalq Maarifi və Dini Etiqad naziri - R.Kaplanov
Əkinçilik naziri - A.Qardaşov
Dövlət Müfəttişi- N.Nərimanbəyli
Portfelsiz nazir - X.Amaspür
Ədliyyə və Əmək Naziri - A.Səfikürdski.
Sonralar Daxili İşlər Naziri - X.Xasməmmədov
V KABİNƏ : 24.12.1919 - 30.03.1919 Nazirlər Şurasının sədri - N.Yusifbəyli
Xarici İşlər naziri - F.X.Xoyski
Hərbi nazir - S.Mehmandarov
Daxili İşlər Naziri - M.H.HAcınski (18.02.1920 cil ildən sonra M.Vəkilov)
Ədliyyə naziri - X.Xasməmmədov
Maliyyə Naziri - R.Kaplanov
Maarif və Dini Etiqad naziri - H.Şaxtaxtinski (05.03.1920 cilidən sonra N.Şahsuvarov)
Əmək və Əkinçilik naziri - Ə.Pepinov
Yollar ,Ticarət , Sənaye,Ərzaq naziri - X.Məlikaslanov (18.02.1920 cilildən sonra Ticarət , Sənaye,Ərzaq naziri - M.H.Hacınski )
Poçt - Teleqraf - X.Hacınski
Sosial Təminat və Səhiyyə naziri -M.Rəfiyev
Dövlət Müfəttişi- H.Məmmədbəyov
Mənbə : Azərbaycan Cümhuriyyəti Hökümətinin qanun və bina güzarlığı məcmei, 15 Noyabr 1919, №1;Azərb.SSR OİMDA fond 894, siyahı 10 iş 87v 24..."Azərbaycan" qəzetinin müxtəlif nömrələri. ... Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mənedilən (qadağan edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında Dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabita və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı az zamanda oxutmaya başladı. Türkcəyi dövlətin dövlətin rəsmi dili elan etdi. Orta və Ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələri cavabdeh bir hökumət üsulu idarəsi yaratdı. Hakimiyyət, Millət Məclisinin əlində idi. Parlamentodan etimad almadıqca heç bir Hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. Məhəmməd Əmin Rəsulzadə |