7.3.10

Daşnaqsutyunçuya rəddiyyə

"İrşad"ın 156-cı nömrəsindəki "İki nüktə" ünvanındayazdığımız məqalə Daşnaqsutyunçunun mürəvvici-əfkarı olan "Alik"i ("Dalğa") təşvişə salmışdır.Həqiqət acı olduğu üçün "Alik" öylə həyəcana gəlmişdir ki, adətən bir az da artıq söyüş və hətərən- pətərən başlamışdır.

63-cü nömrəsində "Mətbuat" qismində bizim "İki nüktə"ni mövriydi (müzakirə etmək) bəhs edib,"Alik" bu növ ilə intiqada (tənqidə) girişir.

"İrşad"ın ətrafına toplaşan müsəlman "intilligentləri" erməni inqilabiyun firqəsi daşnaksutyunun əksinə çox şürir (üsyan) ediyorlar.Bu da vazehdir ki, onların hökümətlə əlbir olub erməniləri puç etmək demon (iblis) proqramlarına daşnaqsutyun mane oldu .İş böylə olduqda, müsəlman "intilligentləri" gördülərki, bütün erməniləri qırmaq üçün qabaqca daşnaqsutyunu puç etmək lazım gəliyor.

Əcaba, "Alik"in utanmazlığı gör nə yerə çatıbdır ki, erməni mılləti ilə daşnaksutyun firqəsini bir hesab ediyor.Bu firqəni də puç etmək fikrinə düşüb, onun əleyhinə fikir sürənlər yalnız irşadçılardır demək istiyor.Nə qədər cəsarət, nə qədər əndazə həyasızlıq!Cənab daşnaqsutyunçu, rus höküməti ilə rus millətini bir hesab etmək olursa, danaksutyun ilə erməniləri bir hesab etmək olur.Indi rus höküməti - istibndadiyyəsinin əleyhinə çalışanlar, rus hökümətinə qarşı gediyorlarsa,müsəlman intilligentlə-ri ilə bərabər, qeyri-hürriyyətpərəstlər də daşnaksutyunçunu puç etmək istıdikdə ermənin millətini məhv etmək istərlər.Ey erməni millətinin "hamisi" ! sizin əleyhinizə gedən tək mesəlman intilligentləri deyil.Rus intilligentləri və erməni intilligentləri də vardır.Ürəyiniz bulansa da Bakıda nəşr olunan "Trudovaya jizn" qəzetəsinin axırıncı, hökümət tərəfindən baglanmış nömrəsinə, "Kays"("Qılıncım") və "Mışak"ın ("Əməkçi") 150-ci nömrəsində Sərkisyanın məqaləsinə baxınız.Baxınız da görünüz ki, daşnaksutyunu tanıyan tək bir "İrşad"ın tək bir müsəlman intilligenti Rəsulzadə deyil.qeyriləridə var."Hncakistlər" kimi fe"lən protest edib dalaşanlarda var.

Zikr etdiyimiz müqəddimədən sonra "Alik" mətləb üstsə gəlib "Kayts"ın doğru və haqq sözünə, adətinə görə danos adı verib, bizim sosial demokrat olmağımıza da şəkk edərək, "nağara çalıb" yoldaşların diqqətini daşnaqsutyuna cəlb etməyimizdən mükəddər (kədərli) oluyorlar.Biz ki, müsəlman fəhlələrinin qoyduqları tələbi (ki erməni fəhləsinin də qəbulundan ibarət idi) tərifləyib ,bu tələbin müqəddəs bir əqidədən naşı olduğunu demişdik."Alik" bizim bu sadə ibarəmizi qanmayıb,xəyal etmiş ki, biz müsəlman fəhlələrinə müqəddəs demişiz.

Və bunun üçün də səbr etməyib kamali - qıhr ilə bizə hücum ediyor .

"... Doğrudur deyiblər ki, adam nə qədər cahil olsa , bir o qədər cəsur olar.Bizim sosial - demokrat gopçularımız bir qədər uzağa gediryorlar ki, "Volteri maxmister etməyə" hazırdırlar... Onların təzə müsəlman "yoldaşları" cəsarəti o yerə çatdırıblar ki, meydana çıxıb e"lan ediyorlar ki,müsəlman fəhlələri müqəddəslər dərəcəsinə çatıblar, çünki sosial demokrat təsiri altındadırlar."

Qəddar daşnaksutyunçu öz cahil mütərciminin səhfinə düçar olub, müqəddəs ləfzini, ictimaiyun ammiyun əqidəsinə təbir etmişlər, müsəlman fəhlələrinə müxtəs edib həyasızlığından, cəmi ictimaiyun ammiyunları gop vurmaqda müttəhim ediyorlar. Müttəhim etmək istədiyi yerdə biçarə hiyləgərlərin hiyləsi öz ayağına düçar olub, köhnə böhtançılıq və iftiraguluğunu indi də biruzə verib.Ey həqiqəti görmək istəməyən qəddar!Biz adını və müqəddəs ibarələri eşitmişiz, fəqət fəhlələrə deyil, əqidələrə təbir etmişiz, biz daşnaksutyun millətçiliyin adını deyib ictimaiyun ammiyun insaniyyətpərvərliyini müqəddəs bəyan etmişiz.Sözün məzmununu dəyişib, məzəmmət etməyi ancaq daşnaksutyunçu "Alik" kimi hıyasızlar bacararlar.

Lap axırda "Alik" bizim cümlə fəhlə sinfi tərəfdarənəsinə olan meraciyətimizi dərc edib daşnaksutyunun maskası götürülmək təklifinə xeyli acığı tutub diyor ki :

"Hərgah məqalə yazan sosial demokrat cənabın maskasını götürsək, görəsən altından nə çıxar ? Kramolni (hökümət əleyhinə fəaliyyət) panislamisti , yaniki, müsəlman feodalizminin bir layiqli nümayəndəsi?Bəlkə bunların xahişi budur ki, daşnaksutyunu puç etsinlər...? "

Yenə köhnə zurna! Hər vaxt bir kəs daşnaksutyunçulara müqabil durur isə, o saat daşnaksutyunçuların nəzərində Sultanhəmid, panislamizm və müsəlman feodalizmi mücəssəm oluyor.Əcəba , "Alik" hardan duydu ki, biz panislamistik və yaniki feodalist.Məhz ondan ötrü ki, daşnaksütyun əleyhində qələm sürmüşük? Böylə isə "Alik"in məntiqinə görə "Kayts","Mışaq","Trudovaya jizn" panislamizn orqan olub,"hnçakistlər" Sultanhəmidin agentləridir.Bu böyləmi?...

Əzizim qare (oxucu ) ! Niyə gülürsünüz ? "Alik"in məntiqinəmi? Xeyir əfəndim, burada təəccüb yeri yoxdur.Türkdə məsəldir : "Aşığın söze qurtaranda yarım-yarım çağırar"
"İrşad" qəzeti, 21 iyun 1906                                                                                                        M.Ə.Rəsulzadə

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.