6.3.10

HİTLERLƏ ÜZ-ÜZƏ


HİTLERLƏ ÜZ-ÜZƏ

Onun yalnız bir mübarizə amalı vardı: Azərbaycanın müstəqilliyi. O bu yolda döyüşüb inamından dönmürdü. Hansı iş təklif olunsa da, harda söhbət düşsə də bir fikri irəli sürürdü: Azərbaycan müstəqil dövlət olmalıdır. Çoxları təəccüblənir, heyrət içərisində onun dönməzliyinə, cəsarətinə pərəstiş edirdilər. Bəzənhəyatı təhlükədə qalır, amansız ölüm lap yaxınlığında dayanırdı. Belə dəhşətli anlarda da sözündən dönmür, “Azərbaycan” davasını davam etdirirdi.
Türkiyədəki dostları onun haqqında böyük məhəbbətlə danışır və həmişə də bir söz deyirdilər. Danışırdılar ki, Emin bey hansı şəraitdə olusa-olsun, sakitcə bir kənarda oturardı. Elə ki, söz Azərbaycandan düşdü, o qızmış şirə dönər, alovlanırdı. Onun bu halı qarşısında hamı təslim olardı. O, Azərbaycan davasını hər kəsə dərin məntiqlə, sübut və dəlillərlə başa salıb qalib gəlməyi bacarırdı.
Bütün dünyanı qorxuya salan Hitler də Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan davası” ilə bacarmadı.
Məhəmməd Əmin Rəsulzadə Hitlerlə üz-üzə gəlməzdən qabaq hələ 1933-cü ildə yazırdı ki, hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaradılmış bir ideyadır. O faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin aradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir.
Hitler millətçi idi və o insanları irqlərə bölürdü. Amma Məhəmməd Əmin Rəsulzadə Hitlerlə yaxınlıqda bir məqsəd güdürdü: düşmənin düşməni ilə dostluq etmək. Bu sözün altında hansı fikir yatırdı ? Məhəmməd Əmin Rəsulzadə Hitlerin kommunizmə, kommunist rejimə sonsuz nifrəti olduğunu bilirdi. Hələ Almaniyada yaşadığı zaman Hitler tərəfdarlarının kommunistlərə sonsuz nifrətini hiss edirdi. Hitler hakimiyyət başına gələn kimi kommunistlərə amansız divan tutmuşdu. Indi Hitler yer üzündən kommunizmi silib yox etmək istəyir, dünyada rus hökmranlığına son qoymağa çalışırdı. Onun vətəni Azərbaycanı isə ruslar işğal etmişdi. Deməli, qan içində boğulan yurdunu xilas etmək imkanı yaranmışdı. Amma sonradan Məhəmməd Əmin Rəsulzadə Hitlerin Qafqazla, Azərbaycanla bağlı fikirlərini biləndən sonra onun təkliflərinə qarşı çıxdı. Bu hadisə müharibənin ortalarında baş verdi.
1941-ci il idi. Hitler böyük sürətlə Moskvaya doğru irəliləyirdi. Müharibədə çoxlu əsirlər alınır və əksəriyyəti sorğu-sualsız güllələnirdi. Hitlerin yəhudilərə münasibəti pis idi. Yəhudilərə qarşı amansız idi Hitler. Bəs Azərbaycanlıları günahı nə idi ? Müharibənin ilk aylarından yüzlərlə azərbaycanlı yəhudi adı ilə qətlə yetirilmişdi.
Məhəmməd Əmin Rəsulzadə bu məlumatı eşitdiyi andan narahat olmağa başlamışdı. Onu ən çox ağrıdan aldığı bir xəbər oldu: almanlar min beş yüz azərbaycanlını güllələyəndən sonra onların yəhudi olmadığını bilmişdolər.
Vəziyyət acınacaqlı idi. Xilas yolunu axtarıb tapmaq lazım idi. Yazıqların , binəvaların günahı nə idi axı? Kürəyinə Stalinin iti külüngü külüngü söykənmiş biçarə Azəri türkü necə geri gönsün, almana güllə atmasın? Qurtarmaq, yazıqları xilas etmək lazım idi.
Məhəmməd Əmin Rəsulzadə böyük gərginlik və həyəcan içərisində idi...
...1941-ci ildə Məhəmməd Əmin Rəsulzadə Hitlerin “Şərq Nairliyi” tərəfindən Almaniyaya dəvət olundu. Bu onun böyük nüfuza malik olduğunu göstərirdi. Bəs Şərq Nazirliyi niyə məhz Məhəmməd Əmin Rəsulzadəni dəvət edir, onunla birgə işləmək istəyirdi? Sərq Nazirliyinin məqsədi nə idi?
Hitlerin “Şərq Nazirliyi”. Hitlerin “Şərq Nazirliyi” 1941-ci ilin iyununda yaradılmışdı. Nazirliyin başında Rozenberq dayanırdı. Nazirlik üç bölmədən ibarət idi: siyasi, idarə və iqtisadi. Siyasi bplməədki Qafqaz şöbəsinə professor von Mende başçılıq edirdi. Professor von Mende bir dəfə Polşada olarkən çoxlu türk tatarın səhvən “aşağı təbəqə” dərəcəsinə bölünüb güllələndiyini eşitmişdi və nazir Rozenberqə çatdırmışdı. Rozenberq də öz növbəsində Hitlerə məlumat vermişdi. Deməli, nazirlik bu anlaşılmazlıqdan narahat olmağa başlamışdı. Tütkərin, müsəlmanların yəhudilərlə - “aşağı təbəqəyə” mənsub olanlarla dəyişik salınıb güllələnməyi yaxşı nəticələr verməzdi...
Von Mende Məhəmməd Əmin Rəsulzadəni böyük səmimiyyətlə qarşıladı. Və ilk söhbətdən onunla işləmək istədiyini bildirdi. Von Mendeyə Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti haqqında bəzi tanışları da məlumat vermişdilər. Indi üzbəüz oturub söhbət edirdilər.
Amma Məhəmməd Əmin Rəsulzadə von Mende ilə söhbətində öz fikrini açıqca bildirdi: o zaman birgə işləməyə razı olaram ki, Almaniya Azərbaycaın müstəqilliyini tanımağa razı olsun!
Hitlerin isə böyük neft mənbəyi olan Azərbaycan haqqında fikri başqa idi.
Von Mende Hitlerin məqsədindən xəbərdar idi.
von Mende eyni zamanda onda xoş təəssürat oyadan Məhəmməd Əmin Rəsulzadəni da kənarda qoymaq istəmirdi.
Von Mendenin təklifi yeni deyildi. Almanlar bir dəfə Məhəmməd Əmin Rəsulzadəyə birgə işləmək təklifini etmişdilər. O bu təkliflə yalnız bir şərtlə razılaşacağını bildirmişdi: o da Azərbaycanın müstəqil dövlət kimi tanınması idi. O zaman söhbət baş tutmamışdə və O çıxıb getmişdi. Məhəmməd Əmin Rəsulzadənin belə vəziyyətdə almaniyadan çıxıb getməsi narahatçılıq doğurmuşdu. Odur ki, Drezdendəki mətəblərin birində dosentlik işinə onu da dəvət etmişdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə razı olmamışdı.
Budur, yenidən Almaniya hökuməti birgə işləməyə əvət edir.
Məhəmməd Əmin Rəsulzadə von Mende ilə söhbətində bir məsələdən narazılığını bildirdi. Dedi ki, azəri türklərini yəhudilərlə eyniləşdirib güllələyirlər.
(Bəzi məlumatlarda deyilir ki, Məhəmməd Əmin Rəsulzadə yəhudilərin də türklər kimi sünnət olunduğunu və onları bir-birindən fərqləndirməyi sübuta yetirmək üçün Hitler hökumətindən qüds müftisi əl-Hüseynin Almaniyaya dəvət olunmağını xahiş edib əl-Hüseyn Almaniyaya gətirilib və yəhudilərlə müsəlmanların sünnət olunmağındakı fərqi Hitlerə başa salıb. Bu hadisədən sonra almanlar azərbaycanlıları yəhudi adı ilə güllələməyi dayandırıblar.)
Azərbaycanlıların nahaq güllələnməyinin qarşısını almaqda Türkiyə hökumətinin də Hitlerə təsiri böyük olmuşdu.
Qüds müftisi Əl-Hüseyn Məhəmməd Əmin Rəsulzadənin təhriki ilə Almaniyaya gətirildi. Məqsəd Hitlerə anlatmaq idi ki, azərbaycanlılar yəhudilərdən nə ilə fərqlənir. Qüds müftisi bir neçə azərbaycanlıdan “kəlmeyi-şəhadətini” oxumağı tələb edəndə onlar gözlərini döyüb baxırlar. Məhəmməd Əmin Rəsulzadə hörmətlə müftiyə deyir:
─ Axı bunlar kəlmeyi-şəhadətlərini haradan bilsinlər? Rus qoyubmu ki, kəlmeyi-şəhadət öyrənsinlər!
Almanlar Hitlerin göstərişi ilə əsirlərdən təşkil olunmuş legionlar yaradırdilar. Məhəmməd Əmin Rəsulzadə legionlar yaradılmasının əlehinə deyildi. Çünki legionların yaradılması azərbaycanlıların bir yerdə cəmləşməsinə imkan verirdi. Ikinci bir səbəb də yenə azərbaycanlıların vəziyyətinin yaxşılaşmağı ilə bağlı idi. Çünki legoinlar yaradılana qədər azərbaycanlıları qruplara bölüb müxtəlif yerlərə göndərirdilər. Kim bilir orada hansı çətinliklərlə qarşılaşırdılar. Bir də Almaniyada həddindən çox hərbi əsirlər var. Yalnız müharibənin başlanğıcından noyabrın 1 -ə kimi almanlar tərəfindən iki milyondan çox keçmiş qızıl ordu əsirləri toplanmışdı. Hətta Rozenberq bu rəqəmin 3.6 milyon olduğunu söyləyirdi. Belə vəziyyətdə ayrıca legionun yaradılmasına ehtiyac vardı.
Hitler legionlar yaradılmasına 1941 –ci ilin sonlarında razılıq vermişdi.
əvvəlcə əsirləri milliyyətlərinə görə ayıran komissiyalar təşkil edildi. 500 – 600 adamı birləşdirən 25 – 30 –a yaxın komissiyalar bu işlə məşğul olurdular.
1941 –ci ilin dekabr ayında Rozinberq Hitlerə türk legionlarının təşkil edilməsinin vacib olduğunu söyləmişdi. Rozinberqin plan və təklifindən razı qalan Hitler 1941 –ci ilin dekabr ayının 22 –də rəsmən türküstanlı, gürcü və qafqasiyalı müsəlman legionların yaradılması əmrini vermişdi. Qafqasiyalı müsəlman legoinu sonradan azərbaycanlı və şimali qafqasiyalı legion olmaq üzrə iki yerə ayrılmış, 1942 –ci il baharın sonlarında Volqa tatarlarının legionu təşkil edilmişdir.
Ilk legionların qərərgahı əsasən Polşada yerləşirdi. Azərbaycan legionuna əvvəlcə qrup halında başçılıq edirdilər: Abbas bəy, Atam Əlibəyov, Fətəlibəyli Düdənginiski və Fuad Əmircan.
Yaradılmış hərbi legionda azərbaycanlıların sayı 70 minə yaxın idi. Azərbaycan legionunda “boz qurd”, “aslan” kimi batalyonlar vardı. Legionda “Azərbaycanla” yanaşı “Hücum” adlı bir qəzet də çıxırdı.
Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan legionunda hörməti çoxdu. Onu sevir, ona inanırdılar təsadüfi deyil ki, həmin vaxtlar legionun orqanı kimi çıxan “Azərbaycan” qəzetində şair Daşqın Məhəmməd Əmin Rəsulzadəyə “Əfəndim ” adlı bir şer ithaf etmişdi. Şerdə bütün həmyerlilərinin Rəsulzadəyə səmimi duyğularını verməklə yanaşı, zülm və işgəncəni əldə tutan sovet kommunist rejimini, onun qanlı icrasını, internasionallaşdırma adı altında yürüdülən qəddar ruslaşdırma siyasətini, milli mədəniyyətinə, inkişafına mane olmağını da böyük istiqlal liderinə çatdırıb deyirdi.
...Fətəlibəyli Düdənginiski müharibənin ilk illərindən əsir düşmüş və Hitlerə müraciət edib legion yaratmaq istədiyini bildirmişdi. Düdənginskinin bu təklifi əvvəllər şübhə ilə qarşılanmışdı...
Məhəmməd Əmin Rəsulzadənin Düdənginskiyə böyük hörməti vardı. Əsli Naxçıvanın Düdəngə kəndindən olan mayor Fətəlibəyli Moskvada hərbi Akademiyanı qurtarmış, sonra da almanların tərəfinə keçmişdi.
Düdənginskinin Məhəmməd Əmin Rəsulzadəyə böyük hörməti vardı. O, Məhəmməd Əmin Rəsulzadənin azərbaycanlı əsirləri xilas etmək üçün hansı işlər gördüyünü yaxşı bilirdi. Məhəmməd Əmin Rəsulzadə o zama legionların təşkilindən sonra Berlindəki milli Azərbaycan Komitəsində çalışırdı. Bu komitənin başlıca vəzifəsi milli Azərbaycan davasını alman hökumətinə qəbul etdirmək idi. Çünki Hitlerin Azərbaycan haqqındakı planlarını Məhəmməd Əmin Rəsulzadə qəbul etmirdi. Hitlerin planı belə idi ki, müharibədən sonra Bakı birbaşa Berlinə tabe olunacaq, Azərbaycan xanlıqlar dövründə olduğu kimi əyalətlərə bölünəcək, başda isə almanlar oturacaq. Məhəmməd Əmin Rəsulzadə Hitlerin bu fikri ilə razılaşmır, ona görə də ciddi mübarizə aparıb Azərbaycana müstəqil düvlət hüququ qazandırmaq istəyirdi.
Düdənginski Məhəmməd Əmin Rəsulzadənin çətin bir işlə məşğul olduğunu yaxşı bilirdi. Məhəmməd Əmin Rəsulzadəyə 1943 –cü ilin mayında yazdığı məktubda qeyd edirdi:
“Mərhaba, çox hürmətli Məhəmməd Əmin!
Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan sizi cəbhədəki bütün əsgərlərimiz adından salamlayıram.
...Qəzetimizdə (Berlində çıxan “Azərbaycan” qəzeti) Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum. Bu məni sevindirir. Biz cəbhədəki əsgərlər şübhə etmirik ki, Milli Komitəmizin başçıları arasında hamımızın sevimlisi, legionumuzun qurucusu Babayev Beydullah olacaqdır.
Biz irəlidə də millətimizin hürriyyəti uğrunda fədakarlıqla vuruşacağıq.
Cəbhədəki bütün əsgərlərdən salam. Sizə yaxşı sağlamlıq arzulayırıq. Sizin : A. Düdənginiski Fətəlibəyli”
Fətəlibəyliyə o sonralar da hörmətlə yanaşıb, xətrini istəyitdi. Ikinci dünya müharibəsindən sonra mayor Fətəlibəyli Münhendə amerikalıların xərci ilə təsis edilən “Qurtuluş” radiosu Azərbaycan şöbəsinin şefi oldu. Azərbaycanın ağrılarını radio dalğalarında bütün dünyaya çatdırdı. Məhəmməd Əmin Rəsulzadə 1954 –cü ildə vəhşicəsinə qətlə yetirilən vətənpərvər həmyerlisi haqqında bu sözləri yazacaqdı :
“Qurtuluşu mühəqqəq olan hür və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız mərhum da (Fətəlibəyli) olacaqdır”.
Azərbaycan legionunun “Azərbaycan” adlı bir qəzeti çıxırdı. Qəzetə Fuad Əmircan başçılıq edirdi. Sonradan Məhəmməd Əmin Rəsulzadə qəzeti ciddi tənqid etmiş, ona yeni istiqamət vermişdi. Çünki qəzetdə Azərbaycanın tarixi və bəzi şəxsiyyətlərin mövqeyi düzgün işıqlandırılmırdı.
Almaniyada başqa xalqların da milli komitələri də çalışırdı. Amma Məhəmməd Əmin Rəsulzadənin fəaliyyət göstərdiyi milli Azərbaycan komitəsi bunların arasında birinci olaraq öz qurultayını çağırdı.
1943 –cü il, noyabrın 6 –sı. Berlinin məşhur Kayzerhof mehmanxanası. Böyük təntənə ilə milli Azərbaycan komitəsinin qurultayı keçirilir. Qurultayda Rozenberqlə yanaşı Qüds müftisi Əl-Hüseyn də iştirak edirdi. Qurultay xüsusi bir qərar çıxarır.
Məhəmməd Əmin Rəsulzadə saoralar o qurultayı belə xatırlayırdı:
Bu vəsiqənin 5 maddədən ibarət olan ana xətlərini 21 noyabr 1943 –cü il tarixli 47 nömrəli “Azərbaycan” qəzetindən nəql edirəm:
“ 1943 –cü il noyabrın 6 –da Berlin şəhərində toplanmış cəbhədə vuruşan əsgərlərimizin və vətəndən xaric Azərbaycan siyasi mübarizələrinin nümayəndələrindən ibarət milli Azərbaycan qurultayı, mayor Fətəlibəylinin məruzəsini və bu ətrafda olan çıxışları dinlədikdən sonra qeyd edir ki:
1918 –ci il 28 maydan 1920 –ci il 27 aprelə qədər davam etmiş Milli Azərbaycan hökuməti dövrü şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir.
Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində millətimizin istər vətən daxilində və istər yad ellərdə apardığı şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası uğrunda olmuşdur.
Qurultay bu ağır çərait daxilində aparılan mübarizədə canlarını vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edir.
Dünyanı sarsıda bu ikinci cahan müharibəsi nəticəsində müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də mənafeyimiz bizi bu gün bolşevizmə qarşı qəti döyüş aparan və tarix boyu türk xalqlarının dostu Almaniyaya bağlamışdır.
Qurultay əsrlər boyu olduğu kimi bu gün də Azərbaycan xalqı ilə Qafqaz qonşuları və qardaş Şimali Qafqaz, Türküstan, Edil-Ural və Kırım xalqları ilə eyni qayə idea birliyi müşahidə edir və onlarla işbirliyini zəruri sayır...”
Məhəmməd Əmin Rəsulzadə mübarizəsindən geri çəkilmir. Azərbaycanın istiqlaliyyəti uğrundakı yolundan dönmürdü. Bütün vasitələrdən istifadə edib Azərbaycan müstəqil olmalıdır fikrini təbliğ edən Rəsulzadə azad vətənin unudulmamağına çalışırdı.
Amma Hitler onunla razılaşmırdı hələ.
...Həmin o qurultayda da Rozenberqə bir neçə tənqidi söz deyildi. Bu tənqid də Almaniyanın Azərbaycan haqqındakı planı ilə bağlı idi. Bu tənqiddən sonra arada bir soyuqluq yarandı. Rozenberqin köməkçisi Alfred Meyer ortalığa çıxıb soyuqluğu aradan qaldırmaq, yenidən mehriban ünsiyyət yaratmaq, söhbəti şirinləşdirmək məqsədi ilə dedi: Mən öndə gedən azərbaycanlıları ən güzəl qızların və ən yaxşı rakının (içki) olduğu öz əyalətimə - Vüstfapenə dəvət edirəm...
Məhəmməd Əmin Rəsulzadə Hitlerin Azərbaycan haqqınada olan planı ilə razılaşmırdı. Hitlerin siyasəti ilə ikinci bir narazılıq da yaranmışdı artıq. Bu da legionlara Hitlerin münasibəti ilə bağlı idi. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan legionlarının başqa xalqlara qarşı vuruşması əleyhinə idi. O Azərbaycan legionunun öz istiqlaliyyəti uğrunda mübarizə aparan xalqlara qarşı silah çevirməyinin qəti əleyhinə idi. Onun fikrincə Polşa, Yuqoslaviya, Çexoslavakiya və digər xalqlar azadlıq uğrunda döyüşürlər. Çünki onların ölkəsi işğal olunub. Vətəni işğaldan xilas etmək yolunda vuruşan bu adamlara azərbaycanlı nəyə görə güllə atmalı idi?
1943 –cü ildə Azərbaycan legionu qarşısında belə bir bəyannamə ilə də çıxış etdi. Bu o zaman üçün böyük cəsarət idi. Hitlerin qulağı eşitdiyi halda belə sözlər demək ölümə bərabər idi.
Amma o qorxmurdu. O həyatından, vətənindən ötrü yaşayırdı. Öz ömrünü başa vurmuşdu. Yaşayışını da, həyatını da çoxdan bir amala – Azərbaycanın istiqlaliyyəti uğrundakı mübarızəyə qurban vermişdi. O vətəni Azərbaycanın və onun bu qərib diyarda yaşayan övladlarının başına od hərisi pərvanə kimi dolanırdı. Doğma torpağı işğal olunan, vətənsiz qalan yurddaşları onun çırpınan qəlbi idi. Hərdən bu adamları söhbətə tutur, vətənində baş verən hadisələri öyrənirdi. Günahsız qətlə yetirilənlərin acı taleyinə ağrıyırdı. Bir hadisənin də şahidi olurdu. Görürdü ki, əsir düşən azərbaycanlıların hamısının gözündə bir qorxu dolaşır. Bəziləri isə çox-çox uzaqda olan Almaniyanın özündə belə Stalinin adı çəkiləndə həyacanlanır, təşvişə düşür. Söhbəti dəyişməyə çalışır. Vəziyyəti belə gürəndə sınırdı, ağrıyırdı. Düşünürdü ki, qanlı terror rejimi adamları gör necə hala salıb? Stalinin məqsədi də elə bu idi. Vaxtilə Moskvadakı söhbətlərinin birində ona demişdi ki, kütləvi terrora keçib, xalqı tərbiyə etmək lazımdır. Budur Stalin arzusuna çatıb. Tərbiyə edib xalqı. Yalnız terrorlamı istəyinə nail oldu? Bu işlə o Lenin təliminə çox əsaslanmışdı. Yalnız fiziki yolla yox, mənəvi terrorla da adamları özünə tabe etmək lazımdır. Bəs nədən ibarət idi bu mənəvi terror? Adamlarda yalançı və saxta bir inam – kommunuzm inamı yaratmaq. Qoy adamlar bütün yaşayışını, həyatını, güzəl ömür sürmək istəyinin bir kənara atıb bu xam xəyalın arxasında sürünsünlər. Onsuzda kommunizmin qurulması mümkün deyildi. Əgər belədirsə lap yaxşı. Adamlar mümkün olmayan bir istək ardınca gedəndə, ona pərəstişlə yanaşanda sən də sakitcə hakimiyyət taxtında əyləşirsən. Indi qarşısında dayanan bu cavanları bəs nə yolla tərbiyə edib Stalin? Mənəvi terrorun daha hansı üsulundan istifadə edib! Nifrətlə, həmişə nifrətlə dilinə gətirirdi bu sözü: pioner, komsomol. Bunlara həmişə tələ deyərdi. Bolşeviklərin tələləri. Cavan uşaqları bu tələyə salıb məhv edir, beyinlərinə yalançı vədlər yığıb “işıqlı bir sabahın” qaranlığını doldurub buraxırdılar.
... Qarşısında dayanan yurddaşlarına baxdıqca ürəyi ağrıyırdı və indi həyatda olmayan Azərbaycan əsgərlərini xatırlayırdı. Milli hökumət zamanında o əsgərlərlə də beləcə üz-üzə dayanıb söhbət etmişdi. Onların məğrur baxışı, coşğun sözləri indiki kimi yadındadır. O adamlar bolşevik tələsi görməmişdilər.Azad vətənləri,höküməyləri, milli orduları vardı. Onlar azad mühitin havasını udan gənclər idi və əllərindəki silahla qorxu , hürkü bilmədən Vətənin keşiyini çəkirdilr.Bu gənclər isə işğal olunmuş torpağın havasını udmuşdular. O Azad Azərbaycandakı əsgərlərlə söhbətini xatırlayanda erəyi sızlardı. Düşündü ki, indi onların çoxu yoxdur həyatda. Qalanları isə soyuq həbsxanalarda işgəncələr çəkir. O günlər isə ötüb keçmişdi...
Indi qaşısında dayanan bu azərbaycanlıların hamısı ondan ötrü d oğma idi
Bir hadisəni də xatırladı. Yencə gətirilən əsgərlərdən biri çox diqqətlə baxırdı ona. Onun azərbaycanlı olduğunu əsirlər bilmirdi hələ. Rus dilində əsirdən ad-familyasını, milliyətini, haralı olduğunu soruşdu. Birdən əsir Azərbaycan dilində dedi: mən o yerdənəm ki, siz orada olmusunuz. Soruşdu ki, harda görmüsünüz məni? Əsir onu Lahıcda, qonşularının evinda hərdən balkona çıxan zaman gördüyünü və indi də unutmadığını dedi. Bu qəribə hadisədən çox mütəəssir olmuşdu.
Bu əsirləri sevirdi, onlardan ötrü çox narahat idi və çalışırdı ki, Vətəndən qürbətdə yaşayan Azərilər sıxıntıdan , ehtiyacdan uzaq olsunlar.
Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan legionuna müraciəti Hitlerin xoşuna gəlmədi. Göstəriş verdi ki, Məhəmməd Əmin Rəsulzadə Almaniyadan qovulsun.
Məhəmməd Əmin Rəsulzadənin bu bəyənatı öz istiqlaliyyəti uğrunda müübarizə aparan xaqlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Elə bu bəyənatın nəticcəsi idi ki, 1944-cü ildə Polşada üsyan edən almaları güllə yağmuruna tutan polyaklar azərbaycanlıları görən kimi pəncərələrdən üstlərinə gül-çiçək atmışdılar.
(Azərbaycan legionunun əsgərləri alman hərbi formaalarını geyirdilər. Amma qollarıda embilemin içində alman hərfləri ilə “ Azərbaycan” yazılırdı).
Məhəmməd Əmin Rəsulzadə Almaniyanı tərk etməyə məcbur olanda 1943-cü ilin sonları idi.
Daha bir qapı da üzünə bağlandı.
Rumıniyada ona sığınacaq yeri tapılmışdı.
Həmdullah Sübhi Tanrıövər etibarlı dostdur.
Həmdullah bəylə çoxdan- hələ 1911-12-ci illərdən dostluq edirdilər. O zaman “Türk ocağı”nda birgə çalışırdılar. Aralarında dərin səmimiyyət vardı. Həmdullah bəy köhnə dostunun- Məhəmməd Əmin Rəsulzadənin Hitler hökuməti ilə münaqişəsini eşidən kimi kömək əlini uzatmışdı. Məhəmməd Əmin Rəsulzadəni öz yanına çağrmışdı. Həmdullah bəy o zaman Türkiyyənin Buxarestdə baş səfiri idi.
Rumınyaya gələndən sonra da Məhəmməd Əmin Rəsulzadə fəaliyyətindən qalmadı. Yenə azərbaycanlı əsirlərin taleyi ilə maraqlanır, Berlindəki “Azərbaycan” qəzeti ilə əlaqə saxlayırdı.
Amma vəziyyət dəyişirdi. Almaniyanı müharibədə məğlub olmaq təhlükəsi gözləyirdi.
Sovet qoşunlarının Rumıniyaya yaxınlaşmağı ilə əlaqədar olaraq Məhəmməd Əmin Rəsulzadə Buxarestdəki Türkiyə səfirliyinin qonaq evindən çıxmağa məcbur olur. Türkiyə səfiri yaxın dostu Həmdullah bəy Ankaraya, o isə Vyanaya gedir.
Vyanada “İmperial” mehmanxanasında bir müddət qaldıqdan sonra Almaniyaya- Amerika hökümüətinin nəzarətində olan Batı bölgəsinin kiçik bir şəhərində gedir. Az keçməmiş yenidən faliyyətə başlayır.
... 1945-ci ildə Məhəmməd Əmin Rəsulzadə yenidən Almaniyaya keçdi. Artıq Hitler məğlub olmuşdu. Hər yan sovet əsgərləri ilə dolu idi. Olduqca təhlükəli vəziyyət yaranmışdı. Stalin əsirlərin geri qaytarılmasına çalışırdı. Bu qorxulu idi. Stalin onları sakit buraxmayacaqdı. Azərbaycanlı əsirlərin çoxu “müharibə qurtardı” deyib sevincək halda vətənə-Azərbaycana tələsirdilər.
Amma o, köhnə mübarizə dostunun xarakterinə yaxşı bələd idi. Stalinin bu adamları qətlə yetirəcəyini bilirdi.
Bu yazıq cavanları xilas etmək lazım idi. Onları göz görə-görə ölüm düşərgəsinə göndərmək olmazdı.
Məhəmməd Əmin Rəsulzadə böyük gərginlik keçirir, vəziyyətdən çıxış yolu axtarırdı. Içərisini yalnız bir fikir ağrıdırdı: azərbaycanlı əsirləri xilas etmək ! Çoxları ilə söhbət edib saxlamaq istəmişdi. Amma faydası olmamışdı. Azərbaycanlı əsirlərin əksəriyyəti bu fikirdə idi:evə gedirik: Ata-anamızı , qohum-qardaşımız üçün darıxmışıq. Bir də müharibə qurtarıb. Daha nə təhlükə olacaq ki?
Məhəmməd Əmin Rəsulzadə onlara həqiqəti başa sala bilmirdi. Stalin isə əsirləri geri alırdı. Amerika , İngiltərə heç bir maneçilik törətmirdilər. Hər gün minlərlə əsirri qatarlara doldurub Vətənə aprırdılar. Qatarlarada gedən əsirlər fəlakətdən xəbərsiz halda “Vətənə gedirik” deyib sevinirdilər.
Az keçməmiş Sovetlər birliyindən ölüm fəryadları göylərə yüksəldi. Stalinin cəllad kötüyü yenə qımızı qana bulanmışdı. Amerikadan ajınıb aparılan əsirləri Stalin rəhimsizcəsinə ölümə məhkum edirdi.
Yüzlərlə azərbaycanlı Stalinin ağzından saçan ölüm alovuna əriyib torpağa dönürdü.
Xilas etmək, yazıqları xilas etmək lazımdır! Məhəmməd Əmin Rəsulzadə bir qrup azərbaycanlını başına toplayıb əsirləri xilas etmək yollarını axtarır. Ilkin addım Amerika, İngiltərə hökümətlərinə göndərdiyi bəyanatlardır. Qalib dövlətlərin rəhbərlərinə başa salır ki, Stalin sizdən alıb apardığı əsirləri vəhşicəsinə güllələyir. Bu işə mane olmaq lazımdır...
Bir şikayət. Ikinci dünya müharibəsindən sonra Stalinin əsirlərə qarşı amansız mövqeyi və qəddarlığı az keçməmiş başqa dövlətlərə də məlum oldu . Həmin vaxtlar inglislər Stalinin bu qəddarlığından, əsirləri gecə güllələnməyindən bəhs edən “Dünya alovlar içində” adlı film çəkmişdilər. Həmin film 1948-ci ildə Türkiyədə də göstərilmiş və xalqın böyük qəzəbinə səbəb olmuşdu. Filmdə Azəri türklərinin də necə qəddarlıqa qətlə yetirilməyi göstərilirdi. Film cəmisi bir dəfə göstəriləndən sonra yığışdırıldı.
Məhəmməd Əmin Rəsulzadə azərbaycanlı əsirləri xilas və onların geri dönməməsini təmin etmək Azərbaycan Demokrat Birliyi adlı bir cəmiyyət qurmağı lazım bildi. Tezlikə cəmiyyət fəaliyyətə başladı. Elə həmin vaxtlar Məhəmməd Əmin Rəsulzadə azərbaycanlı əsirlərə müraciət qəbul etdi. Həmin müraciəti Azərbaycan Demokratik Cəmiyyəti azərbaycanlı əsirlər arasında yaydı.
Məhəmməd Əmin Rəsulzadənin Azərabycan Demokratik Cəmiyyəti adından azərbaycanlı əsirlərə müraciəti:
“Əziz mücahidlər! 6 ildir davam edən ikinci cahan hərbi artıq sona yetdi: hərb almanların məğlubiyyəti, qərb müttəfiqlərinin zəfəri ilə nəticələndi. Bizim mücadiləmiz isə davam edəcək , çünki müqəddəs vətənimizi işğal altında tutan sovet komunist rejimi müttəfiqləri yanında yer almaq imkanına sahib oldu.
Yurddaşlar! Müqəddəs Vətənimizin bolşeviklər tərəfindən istilasından 21 il sonra ələ keçən bir fürsəti işin başlanğıcında bəzi səbəbləri zühür edən xətalara rəğmən yaxşı qarşıladınız və əldə silah əbədi düşmənə qarşı yaman döyüşlər verdiniz . Vətən övladlarından şəhidlərimiz oldu, yerləri behişt olsun, hamısını hörmətlə yad edirik.
Hərb qəhrəmanı gənclər?
Siz tələsməyin, araqızışdıranların təbliğatlarına inanıb geri dönmək kimi tələsiklik qəbul etməyin
Vətəndaşlar, məlumunuz olsun ki, sizlər ostministirlikdə işlədiniz, legionlar qurdunuz,cəbhələrdə silahlı cəng yapdınız, milli təşkilat yaratdınız, qəzet və jurnal buraxdınız, xalqımız üçün şərəfli xidmətlər göstərdiniz, qəhrəmanlıqlar yaratdınız, dəvətə inanmayın, çünki hamınız onlara görə vətən xaini və hərb günahgarı sayılacaqsınız, bunun cəzasını hamınız bilin. Vətən həsrətinə köks gərin. Olduğunuz ölkələrdən ayrılmayın, milli təşkilatlarımız ətrafında birləşin, bundan aldığınız güclə də mücadilənizi davam etdirin. Eski nəsl bu davanı 26 ildir belə yürüdür. Ana vətən Türkiyə də sizin arxanızdadır. Hər zamankı kimi ayıq olun. Özünüzə müvəqqəti yaşayacağınız bir ölkə seçin. Biz sizin Türkiyəyə hicrət etmənizə kömək edərik, fəqət Amerikayada gedə bilərsiniz, orası da elə lap yaxşı ictima sistemi olan məmləkətdir.
Yurddaşlar, yurdumuza dönənə qədər yaşayacağınız ölkələrdə sizə bəxtiyar olmanızı dilər. Bu vəsiqə ilə qısa adı “ADB” olan Azərbaycan Demokrat Birliyi ətrafında birləşməyə çağırırıq.
Azərbaycan Demokrat Birliyi.
“Münhen.1946-cı il”
Məhəmməd Əmin Rəsulzadənin azərbaycanlı əsirləri qurtarmaqla bağlı aprdığı işlər öz bəhrəsini verirdi. Əsirlərin müəyyən hissəsi geri dönməyə tələsmirdi.
Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Türkiyə-Azərbaycan cəmiyyəti də yarandı. Bu cəmiyyət azərbaycanlıların Türkiyəyə getməyini təmin edirdi.
O zaman Misir kralı Fərrux Almaniyaya gəlmişdi. Məhəmməd Əmin Rəsulzadə onunla əlaqə yaradıb azərbaycanlılara yardımını xahiş etdi. Kral Fərrux 600-ə yaxın azərbaycanlını özü ilə Misirə apardı.
Məhəmməd Əmin Rəsulzadə belə vasitələrlə azərbaycanlıları təhlükədən qurtardı.
Nəhayət,təhlükənin tam sovuşmağı təmin edildi. 1948-ci ildə Amerika höküməti ilə Stalin arasında sərinlik yarandı. Elə həmin vaxtlar Ruzveltin həyat yoldaşı Amerika senatına müraciət edib əsirlərin zorla sovet hökümətinə göndərilməməsini tələb etdi.
Bir əlavə.
Vəziyyətin gərginliyinə, imkanın məhdudluğuna baxmayaraqo əsas işini unutmurdu. O, iyirmi altı il idi ki, Azərbaycan davası adlanan siyasi mübarizəni davam etdiridi. Belə çətin şəraitdə aprdığı mübarizəyə sadiqliyini bir daha sübut etdi. 1947-ci ildə Münhendə Məhəmməd Əmin Rəsulzadə 33 səhifəlik “Azərbaycan tarixindən” kitabını nəşr etdirdi. Kitabın çapı ilə bağlı bütün əziyyətləri Azərbaycan Demokrat Birliyiyinin üzvləri- Əhməd Yaşad, Məhəmməd Kəngərli, Heydər Atak çəkdilər.Amerikalılar kitabın çapına mane olurdular. Ona görə də Əhməd Yaşadın fəallığı ilə kitab Hannover şəhərində çap olundu. Amma kitabda Münhendə nəşr edildiyi göstərildi. Azərbaycan Demokrat Birliyinin üzvləri kitabı bütün Avropadakı azərabaycanlılara yaydılar.
Məhəmməd Əmin Rəsulzadə bu kitabında da xalqının şanlı tarixindən söz açmaqla yanaşı, doğma yurdunun bolşeviklər tərəfindən işğal olunduğunu qeyd etdi.
Məhəmməd Əmin Rəsulzadəyə 1947-ci ilin sonlarında Türkiyəyə-Ankaraya qayıtmağa icazə verildi. Bu razılığın da alınmasında dostu Həmdullah Sübhi Tanrıövərin böyük rolu oldu. Həmdullah bəy o zaman Türkiyə hökümətində hörmətli şəxslərdən sayılırdı.
Türkiyəyə gəldiyi ilk vaxtlar əmisi oğlu Məhəmməd Əlinin qaldığı mənzildəyaşayırdı. Məhəmməd Əmin tək deyildi. Polşada evlənib həyat qurduğu Leyla xanım (əsil adıVandadır) da onunla birlikdə Ankaraya gəlmişdi. Məhəmməd Əlinin mənzili çox darısqal idi. Iki balaca otaqda dörd adam yaşayırdı. Amma dözürdülər. Həyatda azmı çətinlik çəkmişdilər? Hansı xoş gün görmüşdülər ki? Qırx ildən çox idi ki, ömürləri, günləri belə yaşayışda keçmişdi. Amma ruhdan düşmürdülər. Vətənin istiqlilaliyyəti uğrunda mübarizələrini davam etdirirdilər.
Məhəmməd Əmin Rəsulzadə Ankaraya gəldiyi ilk gündən yurddaşlarının taleyi ilə maraqlandı. Əsas gördüyü iş başqa ölkələrdən gələn azərbaycanlıları Türkiyədə yerləşdirmək idi. Çöxları Türkiyədə heç kimi tanımır. Hara gedəcəyini bilmirdi. Məhəmməd Əmin Rəsulzadə onlara kömək edir, mənəvi dayaq olurdu.
Bir ağrılı xatirə. Bir gün gələcək, onun sorağı ilə Türkiyəyə gedəcəyəm. Məhəmməd Əmin Rəsulzadənin dostlarını axtaranda 1947-ci ildən sonra Türkiyəyə gələnlərlə də rastlaşacağam. Kimi dindirib onun haqqında söz soruşacağamsa, göz yaşı görəcəyəm. Hamısı ağlayıb bu sözü deyəcək: o bizm əlimizin çörəyə çatdırdı. Allah onun qəbrini nurla doldursun!

Məlumat "www.resulzade.org" saytından götürülmüşdür.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.