7.3.10

Əhməd Cavad


Soranlara  ben  bu yurdun,anlatayım nəsiyəm : 
Bən çeynən bir ölkənin "Həqq" bağıran səsiyəm !
Əhməd Cavad


Milli Şair , Azərbaycan Cünhuriyyətinin Dövlət Himnin müəllifi Əhməd Cavad
Məhəmməd Əmin Rəsulzadənin görüşləri



....Azərbaycan gəcləri saf və səmimi bir niyyətlə Türk öyrətmənlərinin tələbəsi oldu.Çox keçmədi ki, Namiq Kamal - Məhəmməd Hadini,Əbdülhaq Hamid - Hüseyn Cavidi, Məhəmməd Əmin də Əhməd Cavadı oğulluğa götürdü
Rəsulzadə Məhəmməd Əmin  
"Əsrimizin səyavuşu","Çağdaş Azərbaycan Ədəbiyyatı","Çağdaş Azərbaycan Tarixi"  Bakı1991, səh 35 

 


***

...Milli qurtuluş hərəkatının, Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini əks etdirən Milli Şair Əhməd Cavadın 28 May İstiqlal günü münasibəti ilə hürriyyət pərisinnə müraciyyət etdiyi "Nədən yarandın ?" parması son dərəcə lirikdir.Onun bu lirikizmindən biz də aşina olaq :


Sən qüdrətin aşıb, coşan vaxtında,
Mələklərin gülüşündən yarandın !
Sehr dilli bir firçanın əliylə,
Ahuların duruşundan yarandın!
Ay ışığı gözəlliyin, qızlığın,
Çiçəklərin öpüşündən yaradın!
Sərinlətdin baxışınla könlümü,
Bulutların uçuşundan yaradın !
Qaranlıqda qırılırkən könlümü,
Dan ulduzu yürüşündən yarandın!
Masəvadan uçmuş birər kölgənin,
Dan yeriylə görüşündən yaradın!
Gözəllikçin təbiətlə qüdrətin,
Yavaçca bir sovuşundan yaradın!
Qələm əldə ilhamımı dinlərkən,
Sən qəlbimin vuruşundan yarandın!

Məktəb və mədrəsələrə qarşı üsulsuz mübarizələrdən sonra "uçitel" məqsədi anladı , bildi ki, Sə"dini də, Tolstoyu da türk xalqına öyrətmək, türkü onlarla aşna etmək həm lüzumlü,həm də faydalıdır.Fəqət bununla bərabər türkü kəndi Sə"disindən kəndi Tolstoyundan məhrum etmək olmaz.Sə"dini,Tolstoyu və sair dünya məşahiri - ədibini anlatmaq üçün kəndi Füzulilərini , Nəbatilərini - nə qədər kiçik də görünsələr Seyidlərini, Sabirlərini,Cavidlərini, Cavadlarını öyrənməlidirlər.
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan cümhuriyyəti, Bakı 1990, səh: 17


...Milli cərəyanın...nümayəndəsi Cavad Axundzadənin (Əhməd Cavad) işi bolşevik dövründə qətiyyən gətirmir.Əski bir "musavatçı" olduğuna görə onu həbs edirlər.Mətbuat səhifələrindən, qurultaylarından hər yerdən uzaqlaşdırılır və qovulur.Əsərlərini nəşr etmirlər, nəşr olunanları isə toplayırlar.Bütün bunlara baxmayaraq onun yadığı parçalar əldən-ələ gəzərək gənc kommunistlər arasında belə yayılır.Gənc bolşevik şairlər öz yazdıqları şerlərini Cavadın tənqid və təqdirinı ərz edəcək dərəcədə onun təsirinə düşürlər...

***

Çekist ruhlu sovet tənqidçiləri "Bir sözün varmıdır əsən yellərə? Sifariş etməyə uzaq ellərə?" (söhbət Əhməd Cavadın məhşur "Göy göl" şerindən gedirdi - M.M) beytində əks inqilabçı bir rəmz görür.Cavad onların mühakiməsincə "inqilab tərəfindın uzaq ellərinə atılmış musavatçı millətçilərə " işarə etmək istəyirmiş.

***

Əhməd Cavad başqa bir şerində Göy gölü belə təsvir edirdi.Gəncə civarında bir yayla gölünə həsr edilmiş bu şeri dinləyək:


Dumanlı dağların yaşıl qoynunda,
Tapmış gözəllikdə kamalı Göy göl!
Yaşıl gərdəbəndi gözəl boynunda ,
Əks etmiş dağların camalın Göy göl!

Əhməd Cavadın siyasi olmayan parçaları bəzən fürsət olduqca mətbuat səhifələrində özünə yer tapır.Bunların çoxu rəmzidir .Bu rəmzlər çekist ruhlu tənqidçilər tərəfindən deşifrə olununb şairə hucum üçün bir vasitə olur.Cavadrnziliyinin başlıca mövzusu Azərbaycan təbiətinin mənzərələridir:

Əyil Kürüm, əyil keç,
Dövran sənin deyil, keç!


Cavad bir aralıq gürcü şairi Şota Rustavellinin "Pələng dərisi geymiş pəhləvan" adlı mənzumısini şerlə türkcəyə tərcümə etdimişdilərsə də , sonralar onu tamamiylə inkar etmiş,tərcümısinidə aradan götürmüşdülər.H.Cavid kimi o da ziyalılara qarşı tədbiq olunan ümumi təmizləmə qətliam (ümumi qırğın) illırində Azərbaycan mühitindən uzaqlaşdırılmış, gedər-gəlməz bir diyara göndərilmişdir.Sibirin ucqar bir güşəsində,məhrumiyyət və səfalətlər içində əziz yurdunun yolunda qalan gözlərini əbədi olaraq qapayan BÖYÜK ŞAİRİN vəhşət dünyasından qəti - əlaqə etdiyini faciyənin şahidi olan bir azərbaycanlıdan aldıq...
Məhəmməd Əmin Rəsulzadə


Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə qadiriz !
Üç rəngli bayrağınla mə"sud yaşa !

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.