19.3.10

Əkbər ağa Şeyxülislamov

Əkbər ağa Şeyxülislamov 1891-ci ildə İrəvan şəhərində dünyaya gəlmişdir. 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olmuşdur. ZDFR–nın hökumətində daxili işlər nazirinin müavini vəzifəsini tutmuşdur. Zaqafqaziya Federasiyasının süqutundan sonra 26 may 1918-ci ildə Milli Şuranın üzvü olmuş və İstiqlal Bəyannaməsinin qəbulunda iştirak etmişdir. Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyyətinin üzvü idi. Aprel işğalından sonra mühacirətdə yaşamış və siyasi fəliyyətini mühacirətdə davam etdirmişdir. 2 mart 1961-cı ildə Fransanın, Paris şəhərində dünyasını dəyişmişdir.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.