20.1.12



Gənc Dalğaçı 5 sutka həbs cəzası aldı

19 yanvar 2011-ci ildə, Dalğa Gənclər Hərəkatının bir neçə üzvü Nəqliyyat Nazirliyinin qarşısında sürücülərin keçirdiyi aksiyaya dəstk göstərmək üçün ora gedib. Onlardan biri Qurban Məmmədov polis tərəfindən saxlanılıb və Yasamal rayonunda yerləşən 28-ci polis bölməsinə aparılıb. 28-ci polis bölməsində protokol aktı tərtib olunaraq qondarma 310.1-ci maddə ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) Yasamal rayon məhkəməsinə aparılıb. Yasamal rayon məhkəməsinin qərarı ilə Qurban Məmmədov barəsində 5 sutkalıq inzibati həbsin tətbiq olunması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Qurban Məmmədovun dediyinə görə, o heç aksiyada iştirak etməyib. O, aksiyaya gedərkən tanımadığı insanlar tərəfindən saxlanılıb və maşına salınaraq bölməyə gətirilib.
Biz Dalğa Gənclər Hərəkatı olaraq bu həbsi qətiyyətlə pisləyəyir, bunu Azərbaycan vətəndaşlarının konustutsiyon hüququnun pozlması kimi iymətləndirir və müvafiq qurumlardan Qurban Məmmədovun tezliklə azad edilməsini tələb edirik.

Birdaha bəyan edirik vətəndaşların sosial problemləri ilə bağlı aksialara bundan sonra da dəstək verəcəyik.

Dərin ehtiramla,
Orxan Nəbiyev
Dalğa Gənclər Hərəkatının sədri



Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.