13.1.14

Dalğa Gənclər Hərəkatı yazı müsabiqəsi ELAN edir



12 fevral 2014-cü ildə Dalğa Gənclər Hərəkatının yaranmasının 9 ili tamam olur. Bu münasibətlə hərəkat yazı müsabiqəsi elan edir. Bugünə qədər Dalğa GH-nın fəaliyyətində iştrak edən və ya faydalanan insanların qatıldığı müsabiqə 13 yanvar tarixindən 20 fevral tarixinədək davam edəcək. Müsabiqə iştrakçıları arasından seçilmiş ən yaxşı üç yerin müəllifinin məqaləsi isə hərakatın kitabına əlavə olunacaq.

Müsabiqədə Dalğa GH-nın fəaliyyəti ilə bağlı xatirələr, təəssüratlar, gözləntilər, məqamlar və s. bu kimi nüanslar məqalədə əks olunmalıdı.

Qeyd edək ki, məqalələri (status, blog post və s.) yaradılmış #DalğaGH hashtag'ı vasitəsilə paylaşa və yaxud facebook səhifəmizə göndərə bilərsiz. Təsuratlarınızı bilmək bizə xoş olardı.

Hörmətlə, Dalğa Gənclər Hərəkatı İdarə Heyəti

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.