15.1.14

Dalğaçılar "cin" çıxardı - Video

Artıq bir neçə gündür ölkə gündəminin bir hissəsi olan "cin çıxarma" məsələsi ilə bağlı müzakirələr artmaqda davam edir.

Qaynar.info xəbər verir ki, məsələ ilə bağlı etiraz və ironiyalı materiallar hazırlanıb. Belə materiallardan biri də Dalğa Gənclər Hərəkatı və Sancaq Production tərəfindən hazırlanıb.


Dalğa GH-nin hazırladığı video rolikdə universitetdə keçirilən imtahan səhnələşdirilib və müəllimin rüşvətxorluğu onun içinə girən cinlə əlaqələndirilib. TV-lərdə yayımlanan "cin çıxarma" hərəkətini xürafat kimi dəyərləndirən gənclər, videorolikdə buna etiraz edərək, Quran əvəzinə Azərbaycan Respublikasının Konustutsiyasından istifadə ediblər.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.