9.2.14

Dalğaçılar: “Biz Uqanda vətəndaşıyıq”

Fevral ayının 4-ü Dalğa Gənclər Hərəkatının üzvləri Gənclər və İdman Nazirliyi qarşısında flaş-mob keçiriblər. Əllərində “Biz Uqanda vətəndaşıyıq”, “Biz Cibuti vətəndaşıyıq” və s. yazılmış bayraqları tutaraq ölkədə fərqli düşünən gənclərə olan diskriminasiya, ögey münasibətə, hər cür ayrıseçkiliyə qarşı etiraz ediblər. 

Hərəkatın sədri Hacı Zeynallı  bildirib ki, ölkədəki gənclərə siyasi, dini baxışlarına, hansısa təşkilata mənsubluğuna görə fərq qoyulması dövlətin laqeyd münasibətindən xəbər verir və biz buna etiraz edirik.  Ölkəmizin vətəndaşlari arasinda fərq qoyulması və gəncləri qəliblərə salma cəhdlərinə qarşı gələcəyimiz naminə mübarizə aparacağıq. 
Nazirliyin mühafizə xidmətçisi buna mane olsa da, flaş-mob hərəkatın bəyənatını nazirlik əməkdaşına çatdırıldıqdan sonra başa çatıb. 
Heç bir saxlanılma olmayıb.


Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.