20.3.14

Dalğa Gənclər Hərəkatının sədrindən bayram təbriki










Əziz həmvətənlər! Bu gün qədim mənşəyə sahib, əsrlər boyu xalqımızın qeyd etdiyi Novruz bayramıdır.

Novruz şərq təqviminə görə yeni ilin başlanğıcıdır. Baharın gəlişini, təbiətin canlanmasını göstərir. Həm də şərq mifologiyasına görə bir əzmkarlıq, cəsarət bayramıdır.


Biz, Dalğa Gənclər Hərəkatı olaraq, bütün insanların xoşbəxtliyə canatma hüququnun olduğuna inanırıq. İnsanın özünü hansı halda xoşbəxt hiss etdiyini onun özündən yaxşı heç kəs bilmədiyi üçün, biz insanların ümumi xoşbəxtlik meyarının məhz azadlıq olduğunu düşünürük. Digər yandan ölkə gələcəyi təhsilli gənclərin çiyinləri üzərindədir. Xoşbəxt vətəndaşlara sahib olan ölkənin qurulması təhsildən yan keçir. Yalnız təhsilli insan problemlərini həll etmək iqtidarında olduğu üçün azadlığı elmlə vəhdətdə hesab edirik.

Biz, təşkilat olaraq, Novruz bayramı münasibətilə, insanlarımıza bu hüquqları uğrunda daha cəsarətli olmalarını və ümumi xoşbəxtlik meyarının məhz azadlıq olduğunu düşünürək əzmkar olmağı arzulayır, xalqımıza azad, firəvan günlər diləyirik. Bayramınız mübarək olsun!


Hörmətlə,
Hacı Zeynallı
Dalğa Gənclər Hərəkatının sədri

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.