Dalğa Gənclər Hərəkatının təşkilatçılığı ilə "Demokratiya məktəbi"
layihəsi çərçivəsində "Azərbaycan kitabı bu gün- " Qanun " nəşriyyatı
mövzusunda tədbir keçirilib. Nəşriyyatın üzləşdiyi problemlər və kitab
sektorundakı son durum müzakirə olunub.
Bu polemikalarda bir sıra təkliflər irəli
sürülüb. Belə ki, bu məsələnin həlli yolunda təşkilat
komitəsi yaradılması və bu komitə daxilində nəşriyyata dəstək üçün işlərin
görülməsi nəzərdə tutuldu.
Sonda, Dalğa Gənclər Hərəkatı digər QHT-ləri, vətəndaş cəmiyyəti
nümayəndələrini birgə dəstək nümayiş etdirməyə və fəal olmağa çağıraraq, "Qanun" nəşriyyatına sahib çıxmağa səslədi.
Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.