21.11.14

"AŞMA" niyə ikinci dəfə çap edildi?

Tarix: 29 noyabr, saat 15:00-dan 17:00-dək.

Məkan: «Əli və Nino» –2 kitab mağazası.

Filosof Ağalar Məmmədovun ilk dəfə 2012-ci ilin dekabr ayında işıq üzü görən "AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” ikinci dəfə çap edildi. "Qanun Nəşrlər Evi"nin çap etdiyi kitab ilk satış mərhələsini uğurla başa vurdu. Oxucuların marağını nəzərə alaraq, nəşriyyat kitabın genişləndirilmiş ikinci çapını gerçəkləşdirdi. Yeni kitabın tərtibatı və keyfiyyəti daha yüksək səviyyədə hazırlanıb.
Kitabda bütövlükdə 80-dən çox fəlsəfi məqalə və 4 müsahibə yer alıb. 

"AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” Dalğa Gənclər Hərəkatının (Dalğa GH) təşəbbüsü ilə çap edilmişdir. Kitab məqtul (qətl edilmiş) yazıçı-pubilisist Rafiq Tağının xatirəsinə həsr olunub. Dalğa GH-nın həmtəsisçisi, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının ön sözü də Rafiq Tağı və müəllifin baxışları istiqamətindədir.

"Aşma"nın genişləndirilmiş II nəşrinin müzakirəsi üçün 29 noyabr saat 15:00-da «Əli və Nino» – 2 kitab mağazasında (Nizami küçəsi, 91.) təqdimat keçiriləcək.
Hər kəs dəvətlidir.

Tədbir müzakirə formatında olacağı üçün qatılanlar üçün çay süfrəsi təşkil olunacaq.

Təşkilati dəstək: Qanun Nəşrlər Evi

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.